Qaçqınlara vtomobillərini qeydiyyatdan keçirmək tələb olunacaq


…Polşa ukraynalı qaçqınları öz avtomobillərini qəbul edən ölkədə qeydiyyatdan keçirməyə məcbur edəcək.

SİA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Radoslav Sikorski bildirib.

Hal-hazırda Polşada iki milyona qədər Ukrayna vətəndaşı yaşaya bilər, onların çoxu Ukrayna nömrəli avtomobilləri idarə edir və illik avtomobil texniki baxışdan keçmir.

Seçkiqabağı mitinqdə çıxış edən Sikorski bildirib ki, Avropa İttifaqı ukraynalılara sığınacaq verib, lakin hərbi münaqişədən əvvəl qüvvədə olan qanuna əsasən, hər bir əcnəbi Polşada texniki baxışdan və sığortadan keçmək üçün avtomobilini altı ay ərzində yenidən qeydiyyatdan keçirməlidir.

Polşa hakimiyyəti bu qaydanı geri qaytarmağı planlaşdırır,.. o əlavə edib.

Daha əvvəl bildirilmişdi ki, Finlandiyaya köçmüş ukraynalı qaçqınlar ağac kəsmə sənayesində işləmək təklifi alıblar. Proqram işçi qüvvəsinin kəskin çatışmazlığı ilə üzləşən meşə təsərrüfatı müəssisələrinin təşəbbüsü ilə həyata keçirilib.

Əli Babayev

Əlaqəli Xəbərlər