Makron, Merts, Starmer və Tusk Kiyevə gediblər

Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Polşanın Baş naziri Donald Tusk “qətiyyətlilərin koalisiyası”nın görüşü üçün Kiyevə gediblər. SİA xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Qeyd olunb ki, “qətiyyətlilərin koalisiyası”nın görüşündə ölkə liderləri Ukraynada davamlı atəşkəsi müzakirə edəcəklər. E.Makron bildirib ki, sülh sazişi Ukraynanın təhlükəsizliyinə zəmanət verməlidir: “Bu, üzərində işlədiyimiz məsələdir. Birlikdə irəliləyirik”.

Daha çox

Sabah 31 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu…

Daha çox

Azərbaycanın Belarusdakı səfirliyi Heydər Əliyevlə bağlı paylaşım edib

Azərbaycanın Belarusdakı səfirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə paylaşım edib. SİA xəbər verir ki, paylaşım səfirliyin “X” sosial şəbəkəsindəki hesabında edilib. “10 may – müstəqil, müasir, güclü Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Qəlbimizdə əbədi yaşayan böyük liderin xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik”, – paylaşımda vurğulanıb.

Daha çox

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri mayın 10-da Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha çox

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, DİN-in mətbuat xidmətinin məlumatına görə, axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

Daha çox

“Heydər Əliyev xalqını çətin sınaqlardan uğurla çıxarmış dahi şəxsiyyətdir”

Ümummilli Lider Heydər Əliyev xalqını çətin və taleyüklü sınaqlardan uğurla çıxarmış, ölkəmizin inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyətdir. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibəti ilə “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Onun müdrikliyi, uzaqgörənliyi və yorulmaz fəaliyyəti sayəsində dövlətçiliyimiz möhkəmləndi, bugünkü güclü və müasir Azərbaycanın təməli qoyuldu. Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün də ölkəmizin dinamik yüksəlişinin əsasını təşkil edir. Bu strateji xəttin bünövrəsində dayanan milli dövlətçilik amalları hər birimiz üçün zəngin örnəkdir. Ulu Öndər Heydər Əliyevi 102-ci ildönümündə ehtiramla…

Daha çox

Səfirlik Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə tədbir keçirib

Azərbaycanın ABŞ-dəki səfirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirib. SİA xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkələrdəki səhifəsində paylaşım edilib. “Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümünü təntənəli şəkildə qeyd edirik. Onun uzaqgörən rəhbərliyi və siyasi müdrikliyi müasir Azərbaycanın təməlini qoyub. Onun irsi ölkəmizin gələcək inkişafı üçün istiqamətverici qüvvə olaraq qalır”, – məlumatda bildirilib.

Daha çox

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü tamam olur. Ulu Öndərin parlaq xatirəsi Bakıda, respublikamızın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, eləcə də xarici ölkələrdə dərin ehtiramla anılır. SİA xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq müxtəlif idarə və müəssisələrin, təhsil ocaqlarının kollektivləri, hərbçilər, Qarabağ müharibəsinin veteranları, paytaxt sakinləri Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Məzar və abidə önünə təzə-tər güllər düzülür, əklillər qoyulur. Dahi şəxsiyyətin Vətən və xalq qarşısında misilsiz xidmətləri bir…

Daha çox

Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib

Mayın 10-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Suraxanı rayonu, Zığ şossesindəki boş ərazidə ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, aksiya Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib. “IDEA” könüllülərinin fəal iştirakı və Bakı Abadlıq Xidmətinin dəstəyi ilə keçirilən tədbir zamanı ərazidə 1000 ədəd zeytun ağacı əkilib və yaşıllaşdırma ilə yanaşı, abadlıq işləri də aparılıb. Ağacların effektiv şəkildə sulanması və su israfının qarşısının alınması üçün damcılı suvarma sisteminin tətbiqi nəzərdə tutulub.…

Daha çox