Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən silsilə tədbirlər təşkil olunub. SİA xəbər verir ki, Dövlət Xidmətindən bildirilib ki, tədbirlər çərçivəsində XRİTDX-nin şəxsi heyəti Heydər Əliyev Mərkəzini ziyarət edib, burada dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalarla tanış olub. Xidmətin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, onun əziz xatirəsini dərin ehtiramla anıblar. Daha sonra Xidmətin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.…
Daha çoxDay: May 10, 2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib. SİA xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına əvvəlcə “Bərdə-Ağdam dəmir yolu xətti” layihəsi, Bərdə-Ağdam-Xankəndi dəmir yolunun tikintisi, Xankəndi dəmir yolu və avtovağzal kompleksi barədə məlumat verdilər. Qeyd edilib ki, Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın…
Daha çoxgüclü gənclik, güclü Vətən” adlı tədbir təşkil edilib
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən müstəqil Azərbaycan dövlətinin banisi, müdrik dövlət xadimi və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər təşkil edilib. SİA xəbər verir ki, təşkilatdan bildirilib ki, tədbirlər gənclərin vətənə məhəbbət, tarixi keçmişimizə hörmət və ehtiram ruhunda tərbiyə olunması, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin dərindən mənimsənilməsi, şərəfli və mənalı ömür yolunun, zəngin dövlətçilik təcrübəsinin və misilsiz xidmətlərinin öyrənilməsi məqsədilə keçirilib. Təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri və gənclər Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, müasir Azərbaycanın qurucusunun…
Daha çoxMüdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib
Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.
Daha çoxDövlət Xidmətində Ümummilli Liderin xatirəsinə həsr olunan tədbirlər keçirilib
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Ümummilli Liderin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilib. SİA xəbər verir ki, xidmətdən verilən məlumata görə, mayın 7-də Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsi Kompleksinin ərazisində ağacəkmə aksiyası baş tutub. Mayın 8-də şəxsi heyətin iştirakı ilə “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib. Tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Çıxışlar zamanı müstəqil Azərbaycanın memarı Ulu Öndərin milli dövlətçilik tariximizdəki xidmətləri, həmçinin Azərbaycan…
Daha çoxPrezident və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. SİA xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışına həsr olunan konsert proqramına baxıblar.
Daha çoxProkurorluq əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar Baş prokuror Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları Fəxri xiyabanı ziyarət edərək dünyaşöhrətli siyasətçinin əziz xatirəsini dərin ehtiramla yad ediblər. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.
Daha çoxAZAL-ın təyyarəsinin Rusiya hava məkanında kənar təsirlərə məruz qalması ilə bağlı istintaq tədbirləri davam edir
Ötən ilin dekabrında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” aviaşirkətinin “Embraer 190” təyyarəsinin Rusiyanın hava məkanında kənar təsirlərə məruz qalması ilə bağlı Rusiyada istintaq tədbirləri davam edir. SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində deyib. Nazir bildirib ki, AZAL-ın “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan istintaq tədbirləri hər zaman Azərbaycanın prioritetində və gündəmindədir: “Biz Rusiya tərəfi ilə bütün təmaslar zamanı bu məsələni qaldırırıq. Qarşı tərəfin verdiyi izahat ondan ibarətdir ki, hələ istintaq davam edir. İstintaq tədbirləri başa çatandan sonra daha detallı məlumatlar təqdim edəcəyik.…
Daha çoxƏsası Ulu Öndər tərəfindən qoyulmuş milli inkişaf strategiyasının başlıca hədəfi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası olub – Prezident Administrasiyasının rəhbəri
Müstəqillik illərində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun təkmilləşdirilərək həyata keçirilmiş milli inkişaf strategiyasının başlıca hədəfi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası olmuşdur. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları” adlı məqaləsində bildirilib. Prezident Administrasiyasının rəhbəri vurğulayıb ki, iki mühüm istiqamətin paralel şəkildə həyata keçirilməsi ilə şərtlənən siyasi xətt bir tərəfdən problemin beynəlxalq hüququn tələblərinin və beynəlxalq birlik tərəfindən məcburetmə…
Daha çoxPrezident Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib. SİA xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına burada yaradılmış şərait barədə məlumat verdi. Qeyd edildi ki, işğaldan azad olunmuş digər ərazilərdəki kimi, Ağdam rayonunda da genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən…
Daha çox