Hazırda bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciətində deyilir. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması, sosial-iqtisadi rifahın təmin edilməsi üçün var qüvvəsi ilə çalışır.
Daha çoxDay: May 8, 2025
MMA döyüşçüsü Nikolay Savilov İslamı qəbul etdiyini açıqladı…
…MMA döyüşçüsü Nikolay Savilov Kərim müsəlman adını alaraq İslamı qəbul edib. SİA xəbər verir ki, bu barədə idmançının etirafı ilə video yayımlayan “Exo of Daqestan” Telegram kanalı məlumat yayıb. …Bu, mənim başıma gələ biləcək ən yaxşı şeydir. Bunu Savilov deyib. Döyüşçünün qərarı, onun fikrincə, uzun bir mənəvi axtarışın nəticəsidir. …Mən özüm bu qənaətə gəldim, üç-dörd il düşündüm. Budur, Uca Allah nəhayət mənim ürəyimi açdı, -deyə Kərim bildirib. Yeri gəlmişkən, bu, güc idmanlarının nümayəndələri tərəfindən İslamın qəbul edilməsi ilə bağlı ilk hadisə deyil – məsələn, döyüşçülər Benik Sarkisyan və Sergey Morozov…
Daha çoxSahibə Qafarova vyetnamlı həmkarını Azərbaycana səfərə dəvət edib
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycana dövlət səfəri ilə gələn Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə görüş keçirib. Bu barədə SİA Vyetnam KİV-inə istinadən xəbər verir. Tərəflər ikitərəfli əməkdaşlığın, o cümlədən parlamentlərin koordinasiyası ilə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. S.Qafarova To Lam Çana Vyetnam Milli Assambleyasının sədri Çan Tan Manı Azərbaycana dəvət məktubunu çatdırıb.
Daha çox“Qadınlar üçün əsas prioritet özlərini azad və rahat hiss etməkdir”
“2025-ci ilin yay trendləri həm rahatlığı, həm də fərdi üslubun ifadəsini ön plana çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında modelyer Səkinə Əliyeva deyib. O bildirib ki, bu mövsüm qadınlar üçün əsas prioritet özlərini azad və rahat hiss etməkdir: “Təbii materiallardan hazırlanmış axıcı donlar, sadə amma zərif kəsimlər və neytral tonlar – bu yay ən çox seçilən detallar olacaq. Moda artıq ciddi və sərt deyil – əksinə, insanın ruhunu əks etdirən, ona nəfəs verən bir dildir. Hər bir qadın tərzində özünü ifadə edə bilməli, geyindiyi libasla “bu mənəm” deyə bilməlidir. “S Atelier”…
Daha çoxQarabağdakı sənaye parklarının rezidentlərinə 8 milyon manata yaxın azadolma tətbiq olunub
Bu il mayın 1-nə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki sənaye parklarının rezidentlərinə idxal etdikləri texnika, texnoloji avadanlıqlar və xammala görə 142 təsdiqedici sənəd verilib, nəticədə 8 milyon manata yaxın vergi və rüsumlardan azadolma tətbiq olunub. SİA bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir. Xatırladaq ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında investisiya kapitalı 400 milyon manata yaxın olan 45 sahibkarlıq subyektinə rezidentlik, 8 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Onlar 4 mindənartıq daimi iş yeri yaratmağı planlaşdırırlar. Artıq bu sənaye parklarında görülmüş işlərə…
Daha çoxGəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi olub
Mayın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının rəsmi açılış mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze, ARVK-nın sədri Anar Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkillər və media nümayəndələri iştirak ediblər. Rəsmi mərasimdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərində yerləşən Heydər Əliyev park-kompleksində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad…
Daha çoxAzərbaycan-Vyetnam Birgə Biznes Şurası yaradılır
Azərbaycan və Vyetnam iş adamları arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə Biznes Şura yaradılır. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib. Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri çərçivəsində “Bakı KOB evi”ndə KOBİA və Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyası (VINEN) arasında Azərbaycan-Vyetnam Biznes Şurasının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və VINEN-in prezidenti Dinh Viet Hoa imzalayıblar. Azərbaycan-Vyetnam Biznes Şurası hər iki ölkənin sahibkarlarının təşəbbüslərini dəstəkləyəcək, iş adamları arasında əlaqələrin…
Daha çox“Azərbaycan hazırda Avrasiyanın önəmli energetika mərkəzinə çevrilib”
Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir. SİA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən”Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusundakı xüsusi iclasında deyib. O bildirib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanmasıdır: “1995-ci ildə qəbul edilən ali sənəd dünyanın ən demokratik konstitusiyaları ilə müqayisə oluna bilər. Ulu Öndərin başlatdığı işləri layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurları misilsiz tarixi qələbələri ilə davam etdirilib. Azərbaycan…
Daha çoxSOCAR karbohidrogen ehtiyatlarının idarə olunmasında yeni mərhələyə start verib
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) həyata keçirilən transformasiya layihəsi çərçivəsində karbohidrogen ehtiyatlarının idarə olunmasında yeni bir mərhələyə start verilib. Bu barədə SİA-ya SOCAR-dan məlumat verilib. Bildirilib ki, bu istiqamətdə SPE/PRMS standartlarına keçid prosesinə başlanılıb. Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, birinci mərhələ – keçid dövrü ərzində 22 əsas yataqda SPE/PRMS sisteminə uyğun idarəetmə modeli tətbiq ediləcək, ikinci mərhələdə digər yataqların bu sistemə inteqrasiyası həyata keçiriləcək. Pilot layihədə isə “Qərbi Abşeron” yatağında daxili resurslar hesabına SPE/PRMS standartlarına uyğun ehtiyat hesablaması aparılacaq. Bu məqsədlə, “upstream” sahəsində çalışan bir sıra…
Daha çoxAzərbaycan oğulları İkinci Dünya Müharibəsinin qəhrəmanlarıdır
Rusiyada hazırlanan “pamyat-naroda.ru” saytı isə Azərbaycana qarşı qərəz nümayiş etdirib Dünya yaranandan mala-mülkə, insan əsarətinə, torpaq ilhaqına susamış baş cəlladlar fitnə-fəsadla müharibələr törətmişlər. Nəticədə yüz minlərlə insan müharibələrin qurbanı olmuş, minlərlə şəhər, kənd və qəsəbələr dağdılaraq məhv edilib. Yəqin ki, bundan sonra da müharibələrdən qaçmaq mümkün olmayacaq. Albert Eynşteyn deyirdi ki, super gücə malik hegemon dövlətlər olduqca, müharibələr həmişə olacaqdır. Bəşər tarixində ən qanlı savaş kimi tarixə düşən İkinci Dünya müharibəsindən çox yazılıb, danışılıb, bədii və sənədli filmlər çəkilib. Amma hələ də çox suallara, bir çox mətləblərə tam aydınlıq gətirilməyib.…
Daha çox