Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri mayın 8-də başa çatıb. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.
Daha çoxDay: May 8, 2025
“Dəyişikliklər yeniliklərlə yanaşı pis vərdişlər də gətirir”
“Ailə tərbiyəsi və pedaqogika sahəsində müxtəlif vaxtlarda pis vərdişlərlə bağlı çoxlu sayda mübarizə metodları, əxlaqi, mənəvi, kamilləşmə ilə bağlı xüsusi inkişaf yolları olub. Təəssüflər olsun ki, bütün bunlar bütövlükdə cəmiyyətin bütün nümayəndələrini düzgün yola, kamilləşmə yoluna apara bilməyib”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. O bildirib ki, hər dövrün özünəməxsus pis vərdişləri olur: “Bəzi pis vərdişlər qısamüddətli, bəziləri isə uzunmüddətli olur. Vaxtilə toylarda dava salmaq, Bakı şəhərində…
Daha çoxBalakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrılıb
Prezident İlham Əliyev Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. SİA xəbər verir ki, sərəncama əsasən, Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 milyon manat vəsait ayrılıb.
Daha çoxMünasibətlər bütün istiqamətlər üzrə dinamik inkişaf edir
Azərbaycan ilə Vyetnam arasında yarım əsrdən artıq davam edən dostluq münasibətləri mövcuddur. Bu münasibətlərin əsası 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə səfəri ilə qoyulub. Həmçinin, 1983-cü ildə o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Vyetnama etdiyi səfər tərəflər arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb. Bu əlamətdar görüşlər, ölkələrimiz arasında əməkdaşlığın təməlini təşkil edib. Dövlət başçımız cənab İlham Əliyevin 2014-cü ildə Vyetnama etdiyi dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri…
Daha çox“Heydər Əliyev irsi – Gələcəyə yol” adlı tədbir keçirilib
Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Heydər Əliyev irsi – Gələcəyə yol” adlı tədbir keçirilib. SİA xəbər verir ki, 7 may 2025-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkda keçirilən tədbirdə Xəzər RİH başçısı Elşən Salahov, Millət vəkili Gülşən Paşayeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, RİH başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, şəhid ailələri və qazilər, təhsil, səhiyyə, idarə və…
Daha çoxAzərbaycan-Vyetnam münasibətləri
Coğrafi cəhətdən uzaq məsafədə olmalarına baxmayaraq, 66 ilə söykənən Azərbaycan və Vyetnam tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə zamanı bu məsələyə xüsusi ilə toxunaraq bildirdi ki, “Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Azərbaycan – Vyetnam münasibətlərini təhlil edərkən Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Heydər Əliyevin rolunu xüsusi ilə qeyd etmək lazımdır. Onun bu ölkəyə…
Daha çoxUmico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
11 may 2025-ci il tarixinədək Umico kredit xətti istifadəçiləri üçün xüsusi kampaniya təqdim olunur. SİA xəbər verir ki, kampaniya çərçivəsində kreditlə 24 ayadək edilən alış-verişlər üzrə komissiya məbləğinə 50% endirim tətbiq edilir. Qeyd edək ki, kampaniya yalnız ikinci və sonrakı alış-veriş əməliyyatlarına aiddir. Bununla yanaşı, yay mövsümünə özəl endirimlər çərçivəsində müştərilər Umico.az-da təqdim olunan məhsulları daha sərfəli qiymətlərlə əldə etmək imkanı qazanırlar. Kampaniyadan faydalanmaq üçün əvvəlcə Umico Market-də elektronika, məişət texnikası, geyim və digər kateqoriyalar üzrə yüzlərlə məhsul arasından seçim edərək “Kreditlə Al” düyməsini klikləmək və şəxsi məlumatları qeyd edib…
Daha çoxİlham Əliyev toplantı iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. SİA-nın məlumatına görə, müraciətdə deyilir: “Hörmətli Zirvə Toplantısının iştirakçıları, Sizi Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə səmimiyyətlə salamlayıram. Builki Zirvə Toplantısı əlamətdar hadisə – Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin qurulmasının 40-cı ildönümünə təsadüf edir. Bu münasibətlə Vəqfin bütün üzvlərini ürəkdən təbrik edirəm. 1985-ci ildə sülh və dialoq təşəbbüsü olaraq təsis olunmuş Vəqf bu gün öz sıralarında nüfuzlu siyasətçiləri, politoloqları, iqtisadçıları, akademik dairələrin nümayəndələrini və iş…
Daha çox“Bu cür ikili yanaşma düzgün deyil”
“Siğə bu gün yalnız müəyyən çevrələrin qəbul etdiyi bir yanaşmadır. Bu praktika zamanı iki nəfər arasında şahidsiz, müəyyən maddi qarşılıq müqabilində razılaşma əldə olunur və onlar bir müddət ər-arvad münasibətləri yaşayırlar. Lakin bu münasibətlər nəticəsində nə miras hüququ, nə aliment, nə də hüquqi nəticələr ortaya çıxır. Belə bir yanaşma nə dini, nə hüquqi baxımdan sağlam və qəbulolunan deyil”. Bunu SİA-ya açıqlamasında dinşünas, ilahiyyatçı Elşad Miri deyib. Onun sözlərinə görə, tarixdə “dini nikah” deyilən anlayış olmayıb — sadəcə “nikah” olub: “Müasir dövrdə dövlət qeydiyyatı ilə yanaşı aparılan dini nikahlar müəyyən yanlış…
Daha çoxAzərbaycan Vyetnamla kibertəhlükəsizlik üzrə əməkdaşlığı müzakirə edib
Azərbaycan və Vyetnam arasında İT, rəqəmsallaşma, texnologiyalar və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. SİA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib. Onun sözlərinə görə, müzakirələr Bakıda səfərdə olan Vyetnamın elm və texnologiya naziri Nguyen Manh Hung ilə görüşdə baş tutub. Tərəflər Vyetnamın İT şirkətlərinin gələcəkdə Azərbaycanda fəaliyyət göstərməsi barədə də fikir mübadiləsi aparıb.
Daha çox