“Ölkəmizdə hal-hazırda utilizasiya prosesinə strat verilib”

“Bildiyiniz kimi ölkəyə yaşı 10 ildən yuxarı olan avtomobillərin girişi qadağan olunub. Buda əlbəttə ki, bizim avto-parkın yenilənməsi ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev deyib. Onun sözlərinə görə, bizim avto-parkın ötən ilin son nəticələrinə görə, 80 faizdən yuxarış yaşı 10 ili keçmiş avtomibillər idi: “Amma bu son illər elektrik və hybrid avtomobillərinin ölkəyə gətirilməsi və gömrük rüsumlarının və əlavə dəyər vergisinin ləğvi məsələsi bizim avto-parklarımızın yenilənməsinə səbəb olub. Lakin hal-hazırda da, avto-parkımızda köhnə avtomobillər var. Lakin hamının bildiyi kimi ölkəmizdə hal-hazırda utilizasiya prosesinə…

Daha çox

“Əməkdaşlığın yol xəritəsini Prezidentin müsahibəsində gördük”

“Azərbaycan Prezidentinin “Vietnam News Agency” agentliyinə müsahibəsi Çinin media orqanları ilə geniş əməkdaşlıqdan sonra başlanmış prosesin davamı və uzantısı kimi dəyərləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. O bildirib ki, Azərbaycanın xarici, iqtisadi, ticarət, investisiya əlaqələrinin inkişafında Cənub-şərqi Asiyaya doğru yeni bir istiqamət açılır: “İndiyə kimi bu istiqamətin əsas ağırlıq gücünü Çinə yönəlik görürdük. İndiki şəraitdə Çinlə bağlı planlar və fəaliyyətlər öz yerində qalmaq şərtilə Cənub-Şərqi Asiyanın inkişaf etmiş ölkələrinə, o cümlədən də Vyetnama, digərlərinə yönəlik istiqamətdə yeni fəaliyyətlərin şahidi oluruq. Hansı ki, Azərbaycan Vyetnamla hərtərəfli…

Daha çox

“NASA 2026-cı ildə Marsa raket göndərə bilər..?”

…Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) tezliklə Marsa raket göndərmək variantlarını nəzərdən keçirir. …Biz 2026 və 2028-ci illərdə buraxılış pəncərələri də daxil olmaqla bütün variantları qiymətləndiririk ki, nəticədə Marsa insanları endirməyə imkan verəcək texnologiyaları sınaqdan keçiririk. SİA-nın məlumatına görə, “Politico” bunu NASA-nın mətbuat katibi Betanu Stivens-ə istinadən bildirir. …Bu, 2026 və 2028-ci illər nəzərdə tutulur, çünki bu, Yer və Marsın bir-birinə ən yaxın olacağı dövrlərdir və bu, uçuşlar üçün əlverişlidir. Politico-nun qeyd etdiyi kimi, NASA-nın bəyanatı kosmosun tədqiqində prioritetlərin dəyişdirilməsindən xəbər verir, çünki ABŞ Konqresi artıq Ayın kəşfiyyatı proqramını…

Daha çox

dostluq və əməkdaşlığın inkişaf yolu

Qlobal siyasi və iqtisadi münasibətlərin çağdaş mərhələyə qədəm qoyduğu, dünya gündəminin sürətlə dəyişdiyi bir dövrdə Azərbaycan beynəlxalq əməkdaşlıq əlaqələrini yeni coğrafiyalara doğru genişləndirməkdədir. Bu baxımdan, Asiya-Sakit okean regionu, xüsusilə də Vyetnam Sosialist Respublikası ilə münasibətlərin inkişafı mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə bu istiqamətdə mühüm bir siyasi siqnal olmaqla yanaşı, iki ölkə arasında artan qarşılıqlı marağın və strateji əməkdaşlığın bariz nümunəsidir. Dövlət başçısı müsahibəsində tarixi əlaqələrdən tutmuş müasir dövrdə iqtisadi, enerji, humanitar və beynəlxalq əməkdaşlıq sahələrinə qədər geniş…

Daha çox

Azərbaycanın Baş naziri To Lamla görüşüb

Baş nazir Əli Əsədov Azərbaycanda dövlət səfərində olan Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin (VKP MK) Baş katibi To Lam ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüş əsnasında Əli Əsədov səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə (VKP MK) Baş katibi To Lam arasında aparılan danışıqların əhəmiyyətini qeyd edib. Bu danışıqların, həmçinin əməkdaşlığın müxtəlif sahələrini əhatə edən imzalanan sanballı ikitərəfli sənədlər paketinin iki dost ölkənin dövlətlərarası əlaqələri tarixində yeni səhifə açacağına əminlik ifadə olunub. Vurğulanıb ki, Azərbaycan-Vyetnam münasibətləri çox qədim və zəngin ənənələrə malikdir. Qarşılıqlı…

Daha çox

Peruda 5,5 maqnitudalı zəlzələ olub

Peruda Ekvadorla sərhədə yaxın 5,5 maqnitudalı zəlzələ qeydə alınıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib. Mərkəzin məlumatına görə, zəlzələnin episentri Tumbes şəhərindən 23 km cənub-qərbdə, ocağı isə 45 km dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Daha çox

Bakının bir hissəsində hərəkət tam şəkildə məhdudlaşdırılacaq

Bakının Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli Xan Xoyski küçəsinə qədər, aparılan əsaslı yenidənqurma işləri zamanı yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının azaldılması məqsədilə hərəkətin tam şəkildə məhdudlaşdırılması zərurəti yaranıb. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Məlumata əsasən, qeyd olunanları nəzərə alaraq mayın 9-da saat 00:00-dan başlayaraq Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli Xan Xoyski küçəsinə qədər, tam şəkildə nəqliyyat vasitələrinin…

Daha çox

İkinci Dünya Müharibəsində qazanılan QƏLƏBƏNİN TARİXİ VƏ ƏNƏNƏLƏRİ

İkinci Dünya Müharibəsində Qələbə Günü sovet və rus xalqlarının tarixində böyük və müqəddəs bayram hesab olunur. Bu bayram hər il may ayının 9-da qeyd olunur. 2025-ci ildə Qızıl Ordunun nasist Almaniyası üzərində tam və qeyd-şərtsiz qələbə qazanmasından düz 80 il keçir. Bu müddət ərzində 9 may tarixi, onun simvolları və adət-ənənələri haqqında kifayət qədər məlumat var. Qələbə gününün tarixi 1945-ci il mayın 9-da Qızıl Ordu Berlində tarixi qələbəyə imza atdı. Uğurlu hücum əməliyyatı mayın 2-də başa çatdı və bir həftə sonra Almaniyanın qeyd-şərtsiz təslim olması aktı imzalandı. Moskva vaxtına çevrildikdə,…

Daha çox

Qızılın qiyməti rekord hədlərə yaxınlaşır

“Son günlər ərzində qlobal əmtəə bazarlarında qızılın qiymətində ardıcıl artım tendensiyası müşahidə olunur. Bu artım, xüsusilə dünyadakı geosiyasi qeyri-müəyyənliklər, dünya iqtisadiyyatında tənəzzül təhlükəsi və mərkəzi bankların qızıl ehtiyatlarına tələbinin rekord həcmdə artması ilə izah olunur”. Bu sözləri SİA-ya açıqlamasında Zərgərlər Assosiasiyanın İdarə heyətinin sədrinin müavini Rövşən Əmircanov deyib. Onun sözlərinə görə, hazırda London Əmtəə Birjasında (LBMA) qızılın bir unsiyasının qiyməti 3,380–3,400 ABŞ dolları aralığında dəyişir ki, bu da tarixi maksimuma yaxın səviyyə hesab olunur: “Bu göstəricilər fonunda müxtəlif əyar dərəcələrinə malik qızıl məmulatlarının qramla satış qiymətləri təxmini olaraq aşağıdakı kimidir:…

Daha çox