Fransa səhiyyəsindəki ayrı-seçkiliklə bağlı xəbərdarlıq…

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hüquq müdafiəçiləri Fransa səhiyyə sistemindəki ciddi ayrı-seçkiliklə bağlı həyəcan təbili çalır. Hüquq müdafiəçilərinin 1500 xəstənin və mütəxəssisin ifadəsinə əsaslanan 68 səhifəlik hesabatı həkim qəbuluna yazılmasından məsləhətləşmələrə, təcili yardım otaqlarına qədər səhiyyənin bütün mərhələlərində üzləşilən ayrı-seçkilikdən bəhs edir. “Səhiyyə sistemində ayrı-seçkiliyin qarşısının alınması: Bərabərlik problemi” adlı hesabat sistemli bir problemi vurğulayır: Fransa səhiyyə sistemində ayrı-seçkilik var. Bildirilir ki, ayrı-seçkilik müxtəlif formalarda olub. Qeyri-ağ kimi qəbul edilən insanlar tez-tez simptomlarının minimuma endirilməsini yaşayırlar. Qadınlar, xüsusən də gənc qadınlar və ya əcnəbi mənşəlilər, xüsusilə təcili yardım…

Daha çox

Qəribə və donmuş münaqişə

Hindistan Hərbi Hava Qüvvələrinin “Sindoor” əməliyyatı çərçivəsində Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdə doqquz hədəfi vurduğu və Pakistanın beş hind qırıcısını vurduğunu bildirdiyi Hindistan və Pakistan arasında yeni qarşıdurma hələ bitməyib. Görünən budur ki, qarşıdurma özünün pik həddinə çatmayıb. Kəşmirdə nəzarət xəttində davam edən atışmalara və Hindistanın Pakistanla həmsərhəd olan şimal bölgələrindəki 20-dən çox hava limanında əməliyyatların mayın 10-dək dayandırılmasına baxmayaraq, münaqişənin qaynar mərhələsinin başa çatması yaxın gələcəyin məsələsidir. Bölünmüş Kəşmirin Hindistan hissəsindəki Pahalqam şəhərində aprelin 22-də törədilən terror aktından sonra müharibə təhlükəsi hər kəsi narahat etməkdədir. Pakistan hakimiyyəti mülki…

Daha çox

Tramp Zelenski ilə danışacağını açıqlayıb

ABŞ prezidenti Donald Tramp cümə axşamı, mayın 8-də Ali Radanın yerin təki sazişini ratifikasiya etməsindən sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə danışacağını gözlədiyini deyib. …Biz indicə Ukrayna ilə nadir torpaq metalları üzrə saziş bağladıq, bu saziş onların qanunverici orqanları tərəfindən tam ratifikasiya edilib və təsdiqlənib. Və biz bunu yüksək qiymətləndiririk. SİA-nın məlumatına görə, Tramp bunu Ağ Evdə deyib. O, daha sonra deyib ki, “bir azdan” Zelenski ilə telefon danışığı olacaq. Mayın 8-də Ali Rada ABŞ və Ukrayna arasında faydalı qazıntılar üzrə sazişin ratifikasiyasına səs verib. Layihəyə bütün fraksiya və qruplar,…

Daha çox

Milli Qəhrəman İlqar Mirzəyevin anım mərasimi keçirilib

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günü münasibətilə mayın 8-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu onun məzarını ziyarət edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Hərbi qulluqçular, şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri və məktəblilərin iştirak etdiyi anım mərasimi şəhidlərimizin ruhuna duaların oxunması ilə başlayıb. Daha sonra mərasim iştirakçıları İ.Mirzəyevin məzarını ziyarət edərək, üzərinə gül dəstələri düzüblər. Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin…

Daha çox

YAP Ağcabədi rayon təşkilatında tədbir keçirilmişdir

May ayının 8-də YAP Ağcabədi rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri və ƏPT sədrləri ilə yanaşı keçirilmiş mini futbol və şahmat turnirlərinin, bədii qiraət və inşa müsabiqələrinin qalibləri də iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbiri açmış, Azərbaycanın Dövlət Himni səsləndirilmişdir. Yeni Azərbaycan Partiyasının banisi, Ulu Öndər Heydər Əliyevin və…

Daha çox

Azadlığın İllüziyası – Rəqəmsal Panoptikon Çağı

“Hər şeyin göründüyü, heç kimin gizlənə bilmədiyi bir dünya düşün”. İnsan öz azadlığını necə və nə zaman itirdiyini hiss etməz çox vaxt. Xüsusilə də bu itki ona bər-bəzəkli təqdim olunursa, azadlıq yoxluğu belə zövqlə yaşanır. Biz indi elə bir dövrdəyik: ekranlardan boylanan nəzarət qüllələri, telefonlarımızın içində yerləşən gözlər və könüllü şəffaflıq illuziyası. Bu yeni dünya Panoptikonun özüdür, özü də rəngli, cazibədar, aldadıcı bir şəkildə. Və biz bu dünya içində görünmədiyimizi sandığımız halda, daim izlənildiyimizi bilən könüllü məhbuslarıq. Panoptikon nə idi, nə oldu? 18-ci əsrdə Jeremy Bentham tərəfindən irəli sürülmüş Panoptikon…

Daha çox

“Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası və konfrans keçirilib

8 may 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərli, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kollektiv üzvləri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak ediblər. Konfransdan…

Daha çox

ABŞ Ukrayna ilə yeraltı sövdələşmənin zəruriliyini şübhə altına alıb

…Konqresmen Marjorie Taylor Qrin Ukrayna ilə yeraltı sövdələşmənin zəruriliyini şübhə altına alıb, çünki Birləşmiş Ştatlar oradan ehtiyatların çıxarılmasına başlamaq cəhdi ilə gözlənilməz vəziyyətə düşə bilər. SİA-nın məlumatına görə, o, bu barədə “The Telegraph” qəzetinə müsahibəsində danışıb. …Mən iş dünyasından gəlirəm və bu, xərcləri nəzərə almalı olduğunuz bir işdir. Bu nadir torpaq minerallarını çıxarmaq üçün əmək xərcləri olacaq və bu, hərbi iştirak tələb edəcək. Mənsub olmadığımız bir ölkəyə qarışmağa, qoşunlarımızı təhlükəyə atmağa dəyərmi? Bunu siyasətçi soruşur. Taylor Qrin vurğulayıb ki, ABŞ öz resurslarına diqqət yetirməli və onları inkişaf etdirməyə başlamalıdır. O,…

Daha çox

Rusiya və Çin KXDR ilə bağlı açıqlama veriblər…

Rusiya və Çin digər ölkələri Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı güc tətbiqini dayandırmağa çağırıb. SİA xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunmuş Qələbənin 80 illiyi ilə bağlı əməkdaşlığın daha da dərinləşdirilməsinə dair iki ölkənin Birgə Bəyanatında deyilir. Mətndən göründüyü kimi, Rusiya və Çin “müvafiq dövlətləri” Koreya yarımadasında gərginliyi azaltmaq üçün addımlar atmaqla birtərəfli sanksiyalardan və güclü təzyiqlərdən, habelə Şimal-Şərqi Asiyanın hərbiləşdirilməsi kursundan və orada qarşıdurmaya təhrik etməkdən əl çəkməyə çağırır. …Tərəflər əmindirlər ki, suverenliyə qarşılıqlı hörmət və əlaqəli dövlətlərin milli maraqlarının balanslaşdırılmış şəkildə nəzərə alınması Koreya yarımadasındakı…

Daha çox

“Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi”

“Ölkə ictimaiyyət bu günlərdə Vətən və xalq qarşısında misilsiz xidmətlərə imza atmış Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qeyd etməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Əli Hüseynli deyib. Onun sözlərinə görə, Ümummilli Liderin titanik siyasi fəaliyyəti növbəti inkişaf mərhələri üçün bir örnək olaraq Azərbaycanın çağdaş tarixində silinməz izlər buraxıb: “O, bütün həyatı boyu ölkəmizin inkişafı və xalqımızın firavan həyatı üçün elə bir fəaliyyət nümunəsi nümayiş etdirib ki, onun istiqamətlərini dəyər baxımından bir-birindən fərqləndirmək çox çətindir. Çünki bu amala bütün varlığı ilə bağlı olan Ulu öndərin baxışlarında…

Daha çox