Qarabağdakı sənaye parklarının rezidentlərinə 8 milyon manata yaxın azadolma tətbiq olunub

Bu il mayın 1-nə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki sənaye parklarının rezidentlərinə idxal etdikləri texnika, texnoloji avadanlıqlar və xammala görə 142 təsdiqedici sənəd verilib, nəticədə 8 milyon manata yaxın vergi və rüsumlardan azadolma tətbiq olunub. SİA bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir. Xatırladaq ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında investisiya kapitalı 400 milyon manata yaxın olan 45 sahibkarlıq subyektinə rezidentlik, 8 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Onlar 4 mindənartıq daimi iş yeri yaratmağı planlaşdırırlar. Artıq bu sənaye parklarında görülmüş işlərə…

Daha çox

Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi olub

Mayın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının rəsmi açılış mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze, ARVK-nın sədri Anar Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkillər və media nümayəndələri iştirak ediblər. Rəsmi mərasimdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərində yerləşən Heydər Əliyev park-kompleksində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad…

Daha çox

Azərbaycan-Vyetnam Birgə Biznes Şurası yaradılır

Azərbaycan və Vyetnam iş adamları arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə Biznes Şura yaradılır. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib. Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri çərçivəsində “Bakı KOB evi”ndə KOBİA və Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyası (VINEN) arasında Azərbaycan-Vyetnam Biznes Şurasının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və VINEN-in prezidenti Dinh Viet Hoa imzalayıblar. Azərbaycan-Vyetnam Biznes Şurası hər iki ölkənin sahibkarlarının təşəbbüslərini dəstəkləyəcək, iş adamları arasında əlaqələrin…

Daha çox

“Azərbaycan hazırda Avrasiyanın önəmli energetika mərkəzinə çevrilib”

Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir. SİA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən”Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusundakı xüsusi iclasında deyib. O bildirib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanmasıdır: “1995-ci ildə qəbul edilən ali sənəd dünyanın ən demokratik konstitusiyaları ilə müqayisə oluna bilər. Ulu Öndərin başlatdığı işləri layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurları misilsiz tarixi qələbələri ilə davam etdirilib. Azərbaycan…

Daha çox

SOCAR karbohidrogen ehtiyatlarının idarə olunmasında yeni mərhələyə start verib

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) həyata keçirilən transformasiya layihəsi çərçivəsində karbohidrogen ehtiyatlarının idarə olunmasında yeni bir mərhələyə start verilib. Bu barədə SİA-ya SOCAR-dan məlumat verilib. Bildirilib ki, bu istiqamətdə SPE/PRMS standartlarına keçid prosesinə başlanılıb. Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, birinci mərhələ – keçid dövrü ərzində 22 əsas yataqda SPE/PRMS sisteminə uyğun idarəetmə modeli tətbiq ediləcək, ikinci mərhələdə digər yataqların bu sistemə inteqrasiyası həyata keçiriləcək. Pilot layihədə isə “Qərbi Abşeron” yatağında daxili resurslar hesabına SPE/PRMS standartlarına uyğun ehtiyat hesablaması aparılacaq. Bu məqsədlə, “upstream” sahəsində çalışan bir sıra…

Daha çox

Azərbaycan oğulları İkinci Dünya Müharibəsinin qəhrəmanlarıdır

Rusiyada hazırlanan “pamyat-naroda.ru” saytı isə Azərbaycana qarşı qərəz nümayiş etdirib Dünya yaranandan mala-mülkə, insan əsarətinə, torpaq ilhaqına susamış baş cəlladlar fitnə-fəsadla müharibələr törətmişlər. Nəticədə yüz minlərlə insan müharibələrin qurbanı olmuş, minlərlə şəhər, kənd və qəsəbələr dağdılaraq məhv edilib. Yəqin ki, bundan sonra da müharibələrdən qaçmaq mümkün olmayacaq. Albert Eynşteyn deyirdi ki, super gücə malik hegemon dövlətlər olduqca, müharibələr həmişə olacaqdır. Bəşər tarixində ən qanlı savaş kimi tarixə düşən İkinci Dünya müharibəsindən çox yazılıb, danışılıb, bədii və sənədli filmlər çəkilib. Amma hələ də çox suallara, bir çox mətləblərə tam aydınlıq gətirilməyib.…

Daha çox

“Hər bir insan gəlirinin müəyyən bir hissəsini gələcək üçün ayırmalıdır”

“XXI əsr, dünya iqtisadiyyatının sürətlə dəyişdiyi, insanların maddi tələbatlarının artdığı bir dövrə çevrilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. O bildirib ki, hər bir insanın həyatında maddi imkanlar vacibdir, çünki bu imkanlar yalnız şəxsi həyatın keyfiyyətini deyil, həm də ümumi sosial rifahı təyin edir: “İnsanın maddi tələbatları bir çox sahəni əhatə edir: ev, minik vasitələri, təhsil, sağlamlıq və sair. Lakin bu tələblər ilə insanların gəlirləri arasındakı balans bəzən ciddi problemlər yaradır. Əksər hallarda, insanın istədiyi maddi mülklərə sahib olmaq üçün çox çalışması və…

Daha çox

Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfədən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı üzərindən 201 min 837 ədəd bilet satılıb. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. 2024-cü ilin ilk 4 ayı ərzində isə onlayn qaydada 97 min 79 bilet satılmışdı. Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 80 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 319 reys olmaqla 371nəqliyyat vasitəsi…

Daha çox

“Onun ən böyük şah əsəri bugünkü müstəqil Azərbaycan dövlətidir”

“Heydər Əliyevin ən böyük xüsusiyyəti öz xalqını sevməsidir”. SİA xəbər verir ki, bu sözləri “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş xüsusi iclasda deputat Aydın Hüseynov deyib. O bildirib ki, Ulu Öndər vəzifədə olduğu müddətdə bütün enerjisini xalqına sərf edib: “Sonrakı mərhələdə Azərbaycana rəhbərlik edərək siyasi büronun üzvü mərhələsinə qədər yüksəldi. Onun ən böyük şah əsəri bugünkü müstəqil Azərbaycan dövlətidir. Siyasi, iqtisadi qələbələrimiz haqqında dəfələrlə söz açmışıq. Azərbaycanın dünəni, bu günü Ulu Öndərin uğurlarının nəticəsidir. Ulu Öndərdən sonra siyasət davam etdirilib. Biz İlham Əliyevin bu siyasəti uğurla davam etirdiyi üçün minnətdarıq.…

Daha çox

“Bakı Metropoliteni” ADB ilə yeni konsepsiyanın istiqamətlərini müəyyənləşdirib

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” QSC Asiya İnkişaf Bankı (ADB) ilə enerji səmərəliliyinin təmin edilməsi, infrastrukturunun effektiv istismarı, mütərəqqi texnologiyalar, o cümlədən süni intellekt və data əsaslı qərarların qəbul edilməsi ilə səmərəyə nail olmaq üçün yeni konsepsiyanın hazırlanmasını özündə ehtiva edən 3 əsas istiqamət müəyyənləşdirilib. SİA “Bakı Metropoliteni”nə istinadən xəbər verir ki, bu barədə qərar qurumun sədri Vüsal Aslanov ilə ADB-nin yeni yaranan sahələr üzrə enerji sektorunun direktoru Sindi Tiyankonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə qəbul edilib. Görüş Bakı metropoliteninin fəaliyyətində yeni…

Daha çox