…Deməli, dünyanın bir çox ölkələrində olmuş rusiyalı turis bildirir ki, yerli sakinlərin açıq şəkildə turistlərdən razı qalmadığı, hətta onlara düşmən münasibət bəslədikləri yerlər var.
… SİA-nın məlumatına görə, Berlin onun siyahısında birinci yerdədir.
…ABN24 portalı ilə söhbətində rus turist Berlinin adını birincilər sırasında çəkib.
Onun dediyinə görə, şəhər əhalisi bura istirahətə gələnlərin davamlı axınından bezib.
Rusiyalı turist gənc almanların onunla döyüşə girməyə çalışdıqları bir hadisəni də xatırladıb, lakin o, heyranedici boyu olduğu üçün alman gənclərin sonradan qaçdığını deyir.
…Venesuelanın paytaxtı əsasən narkotik alverçiləri tərəfindən idarə olunduğundan turistlər bu ölkənin baş şəhəri Karakasa səyahətdən çəkinməlidirlər.
İlk üçlüyü Venesiya tamamlayır.
Rusun dediyinə görə, venesiya gondolçuları qonaqlarla ünsiyyətdə olan zaman söz cızmır, xüsusilə aqressiv olurlar. Turist bu davranışını xroniki yorğunluqla izah edib.
…Bu şəhərlər memarlıq və mədəniyyət baxımından gözəldir, lakin yerli əhalinin münasibəti istənilən səyahəti poza bilər.
…Yada salaq ki, sorğuya əsasən, rusların bir həftəlik məzuniyyətə xərcləməyə hazır olduqları orta məbləğ 52 min rubl təşkil edir.
…Misirdə isə turistlər ağcaqanadların istilasından əziyyət çəkməyə başladılar.
P.S: Maraqlıdır, görən, yerli əhalidəki bu qıcıq ruslardan başqa digər millətlərə də göstərilirmi?
Nazlı Almuradova