Lukaşenko 42 siyasi məhbusu əfv edib…

18 qadın və 24 kişi… Aleksandr Lukaşenko ekstremist cinayətlərdə təqsirli bilinən 42 nəfəri əfv edib. Belarus prezindetinin mətbuat xidmətinin məlumatına görə, əfv qərarı “Qələbə bayramı ərəfəsində” qəbul edilib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əfv olunanlar arasında 18 qadın və 24 kişi var. Onlardan 13-də xroniki xəstəlik var, biri əlildir. Məhkumlardan 24-nün azyaşlı, ikisinin çoxuşaqlı övladı var. On nəfərin yaşı 50-dən yuxarı, biri isə pensiya yaşına çatıb. Əli Babayev

Daha çox

“Belə yerlərdə avtomobili park etmək qadağandır”

“Dayanma qadağan olunmuş yerlərdə avtomobili park etmək qadağandır. Bunun 20 manat cəriməsi var. Avtobus zolaqları isə başqa məsələdir, cəriməsi də artırıldı. Amma istər taksi dayanacağı olsun, istər dayanma qadağan olunmuş yerlər olsun, belə yerlərdə avtomobili park etmək qadağandır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib. O bildirib ki, dayanma və durma qaydalarını pozan şəxs nəqliyyat vasitəsinin yanında olmadıqda və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdıqda (tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olma), nəqliyyat vasitəsi müvəqqəti olaraq Daxili…

Daha çox

İraqlı həmkarımla regional təhlükəsizliyin aktual məsələlərini müzakirə etdik

Regionda baş verən son hadisələr, eləcə də, Hindistan ilə Pakistan arasında gərginliyin artması Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun iraqlı həmkarı Fuad Hüseyn ilə görüşləri zamanı müzakirə olunub. SİA xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri C.Bayramov bu gün iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib. “Biz Hindistan və Pakistan arasında münasibətlərin artan eskalasiyasından dərin narahatlığımızı ifadə etdik. Həmçinin həlak olanların ailələrinə başsağlığı verdik. Qardaş və bacılarımıza tezliklə sağalmaları üçün arzularımızı bildirdik. Eyni zamanda, tərəflərə vəziyyətin deeskalasiyası və bütün fikir ayrılıqlarının diplomatik yollarla həll edilməsi çağırışı ilə müraciət…

Daha çox

V D Academy-nin Azərbaycandakı ofisi fəaliyyətə başladı

Bu gün Bakıda təhsil və karyera sahəsində mühüm hadisə baş verib – V D Academy-nin Azərbaycandakı filialının rəsmi açılışı keçirilib. Açılış mərasimi təntənəli şəkildə baş tutub və tədbirdə elm və təhsil sahəsinin nüfuzlu nümayəndələri iştirak ediblər. Tədbiri Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar rəsmi şəkildə açıq elan edib. O, V D Academy-nin fəaliyyətini yüksək qiymətləndirərək bu əməkdaşlığın Azərbaycan-Türkiyə təhsil əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini bildirib. Açılış mərasimində TÖMER Baş direktoru Timur Gültekin, TÖMER Bursa Şöbəsi İdarə Koordinatoru Halil Çağlar, Dillər Universiteti Rektor müavini Jale Garibova və V D Academy-nin əməkdaşlıq…

Daha çox

VKP Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana dövlət səfərinə gəlib

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mayın 7-də Azərbaycana dövlət səfərə gəlib. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıb.

Daha çox

Amerikalıdan dost olarmı?

ABŞ Konqresinin Nümayəndələr Palatası Gürcüstana qarşı sanksiya qanun layihəsini təsdiqləyib Gürcüstan-Amerika münasibətləri yaxın gələcəkdə kəskin şəkildə pisləşə bilər. Nümayəndələr Palatasının bazar ertəsi, mayın 5-də qəbul etdiyi qanun layihəsini ABŞ Senatı təsdiq edərsə və prezident Donald Tramp imzalarsa, bu baş verəcək. Meqobari Aktı adlanan qanun respublikada hakim Gürcü Arzusu (GA) partiyasının liderlərinə qarşı sanksiyaları nəzərdə tutur. Sənəd Vaşinqtonun Tbilisinin xarici və daxili siyasətindən, xüsusilə insan haqlarının pozulması, habelə Rusiya, Çin və İranla əməkdaşlıq baxımından narazılığını nümayiş etdirir. Buna baxmayaraq, Gürcüstan hakimiyyəti hələ də ABŞ-la münasibətlərin “yenidən qurulmasına” ümid edir. Qanun layihəsini…

Daha çox

İraq Prezidenti Ceyhun Bayramovu qəbul edib, ikitərəfli və regional məsələlər müzakirə edilib

İraq Prezidenti Abdullatif Camal Rəşid Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycan və İraq arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, o cümlədən qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov ölkələrimiz arasında yüksək səviyyəli səfərlərin, intensiv siyasi dialoqun əməkdaşlığın siyasi, iqtisadi, ticarət, enerji, sərmayələr, nəqliyyat, təhsil, mədəniyyət, turizm və digər sahələrdə müsbət şəkildə irəliləməsinə…

Daha çox

Sabah hava necə olacaq?

“Mayın 8-i və 9-da, yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 23–28 dərəcə isti olacaq”. Bu sözləri SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, bölgələrdə, əksər rayonlarda əsasən yağmursuz hava şəraiti gözlənilir: “Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı və dolu düşəcəyi mümkündür. Mülayim qərb küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu Aran…

Daha çox

“Təcrübə göstərir ki, kredit götürmək gəlirdən asılı deyil”

“Təcrübə göstərir ki, kredit götürmək gəlirdən asılı deyil”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elman Sadıqov deyib. Onun sözlərinə görə, çünki bəzi insanlar var ki, gəlirindən aslı olmayaraq kreditdən istifafə edir: “Bəzi seqment isə ümumiyyətlə, gəlirlərinin nisbətən aşağı olması, tələblərinin gəlirlərindən daha yüksək olması səbəbindən kreditdən istifadə edir. Bu, bəzi insanlarda adət halını alır, bəzi insanlarda isə zərurət halında baş verir. Hər hansı bir xəstəlik, yaxud da, övladlarının toyu olarkən, ciddi bir hadisə baş verdikdə kredit götürürlər. Bütün dünyada ölkələr arasında maliyyə savadlılığına görə fərq var. “Kreditdən istifadə etmə kültürü” deyilən…

Daha çox

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycana dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də rəsmi qarşılanma mərasimi olub. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini qarşıladılar. Fəxri qarovul dəstəsinin rəisi Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinə raport verdi. Vyetnam Sosialist Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Fəxri…

Daha çox