Kadırov istefa ilə bağlı sözlərdən sonra…

Putin və Maduronun görüşündə peyda olub Çeçenistan lideri Ramzan Kadırov vəzifəsindən getməsi ilə bağlı danışdıqdan sonra Rusiya və Venesuela prezidentləri Vladimir Putin və Nikolas Maduro arasında Moskvada keçirilən görüşdə iştirak edib. SİA-nın məlumatına görə, bu barədə o, Telegram kanalında yazıb. …Bu gün mən Rusiya prezidenti Vladimir Putin və Venesuela prezidenti Nikolas Maduro arasında Kremldə keçirilən danışıqlarda iştirak etmək şərəfinə nail oldum, – nəşr yazır. Çeçenistan rəhbəri danışıqlarda iştirak etmək imkanına görə Vladimir Putinə dərin minnətdarlığını bildirib. O əlavə edib ki, bu cür tədbirlər məsuliyyətli xarici siyasətin necə…

Daha çox

Vyetnamla Azərbaycan arasında fikir ayrılığı…

Biz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisatda dörd il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə mətbuata bəyanatında bildirib. “Bu gün, eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıq və burada da heç bir fikir ayrılığı yoxdur”, – deyə dövlətimizin başçısı əlavə edib ki, bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin…

Daha çox

Afina İspaniyada olduğu kimi elektrik kəsilməsindən ehtiyat edir

Gözlənilən tarixi turist axını ilə Yunanıstan paytaxtının meri elektrik enerjisinin fasiləsiz təchizatını təmin etmək üçün təcili tədbirlər görməyə çağırıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Yunanıstan paytaxtının meri Haris Dukasın sözlərinə görə, ölkə əhalisinin demək olar ki, 35 faizinin yaşadığı Afinanın idarə edilməsi artan turist axını səbəbindən çətinləşib. Turizmin inkişafı şəhərin enerji ehtiyacının pik mövsümdə üçqat artmasına gətirib çıxarır. Afina bələdiyyəsi tərəfindən aparılan turizm axını ilə bağlı araşdırmaya görə, şəhərin mərkəzindəki ümumi tullantıların, enerji istehlakının və suyun 50 faizindən çoxu turistlərin payına düşür və bu da şəhərin enerji infrastrukturu…

Daha çox

Martda Fransanın ticarət kəsiri 600 milyon avro artıb

Fransanın ticarət kəsiri mart ayında 600 milyon avro artaraq 7,3 milyard avroya çatıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Fransanın ümumi ticarət balansı 400 milyon avro azalaraq 81,1 milyard avroya düşüb. Həmçinin mart ayında enerji balansı 300 milyon avro azalaraq 4,7 milyard avro dəyərində olub. Fransa Gömrük və Aksiz Departamentinin saytında dərc olunan məlumatlara görə, enerji idxalı 200 milyon avro artsa da, ixrac 100 milyon avro azalıb. İdxal üzrə həcmlər 5,3 faiz artsa da, qiymətlər 2,4 faiz azalıb.

Daha çox

“Əbədiyaşar dahi şəxsiyyət – Heydər Əliyev” adlı konfrans keçirilib

Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, Qarabağ Regional Gənclər və İdman İdarəsi və Tərtər–Ağdərə rayonları üzrə Təhsil sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Əbədiyaşar dahi şəxsiyyət –Heydər Əliyev” adlı konfrans keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, rayon gənclərinin iştirakı ilə keçirilən konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Anar Əsgərov, rayon icra hakimiyyətinin əməkdaşı Zabil Paşayev, YAP rayon təşkilatının əməkdaşı…

Daha çox

“Beynəlxalq təşkilatlarda birgə fəaliyyətimiz də çox ürəkaçandır…”

Azərbaycan tərəfi Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazırdır. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə mətbuata bəyanatında bildirib. Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, müdafiə sənayesi sahəsində də çox böyük perspektivlər var. Hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib və burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər. Dövlətimizin başçısı bildirib ki, beynəlxalq təşkilatlarda birgə fəaliyyətimiz də çox ürəkaçandır.

Daha çox

Qazaxıstanda QHT-lərlə bağlı yeni qanun hazırlanacaq

Qazaxıstanda qeyri-hökumət təşkilatları (QHT) sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Oljas Bektenov məlumat verib. “Hazırda qeyri-hökumət təşkilatlarının fəaliyyətinə nəzarət, koordinasiya və dəstək məsələlərinə cavabdeh orqan tərəfindən QHT sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və Qazaxıstan Respublikasının “Qeyri-hökumət təşkilatları haqqında” qanun layihəsinin hazırlanması istiqamətində işlər aparılır”, – deyə Baş nazir qeyd edib. Onun sözlərinə görə, yeni Vergi Məcəlləsi layihəsində hüquqi şəxslərin xarici dövlətlərdən, beynəlxalq və xarici təşkilatlardan, əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən pul vəsaitləri və ya digər əmlak alarkən və xərcləyərkən üzərinə…

Daha çox

Parklarda etik davranışlara əməl etməmək DÜZGÜN DEYİL!

Parklar ictimai istirahət məkanları olmaqla yanaşı, eyni zamanda cəmiyyətin mədəniyyətini və davranış səviyyəsini əks etdirən ərazilərdir. Burada insanların bir-birinə və ətraf mühitə qarşı necə davrandığı, ictimai əmlakın qorunması və nizam-intizamın saxlanılması etik qaydaların vacibliyini göstərir. Etik davranış qaydalarına riayət etmək yalnız fərdi məsuliyyət deyil, həm də ictimai həmrəyliyin və qarşılıqlı hörmətin əsas şərtidir. Bəs vətəndaşlarımız buna əməl edirmi? SİA bu barədə sorğu keçirib. Şəhər sakini Elyana Vəliyeva: “Təbii ki, mən parkda etik davranışlara düzgün əməl etməyən şəxslərə yaxşı baxmıram. Parklar ictimai yerlərdir və orada hər bir vətəndaşın istirahət və idman…

Daha çox