Almaniyanın Federal Kansleri Olaf Şoltsun bu vəzifədə fəaliyyətinin başa çatması ilə əlaqədar Berlində vida mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Bundestaqın sədri Yuliya Klökner, dövlət və hökumət rəsmiləri, parlamentin deputatları iştirak ediblər. Berlindəki “Bendlerblok” kompleksində təşkil olunan mərasimdə çıxış edən Olaf Şolts qarşıdan gələn hökumət dəyişikliyini “demokratik normanın ifadəsi” kimi dəyərləndirib. “Almaniyaya onun Federal Kansleri kimi xidmət etmək həyatımın ən böyük şərəfi idi və bu, belə də da qalacaq”, – deyən Olaf Şolts yeni hökumətin sivil, kollegial və ləyaqətli şəkildə hakimiyyətə keçməsini yüksək qiymətləndirib, gələcək…
Daha çoxDay: May 6, 2025
Bu gecə Bakıda meteor yağışı müşahidə ediləcək
Bu gecə Bakıda meteor yağışını müşahidə etmək mümkün olacaq. SİA xəbər verir ki, Eta-Akuariid meteor yağışının Bakıdan ən yaxşı müşahidə vaxtı saat 02:15-05:00 arası olacaq. Yağışın mənbəyi maksimumda Bakı üçün üfüqdən 29° hündürlükdə olacaq. İdeal şəraitdə gözlənilən meteor sayı saatda 40-a çatacaq. Bakıda isə bir saatda maksimum 19-20 meteor müşahidə edilə bilər. Eta-Akuariid meteor yağışı 2025-ci ildə gözlənilən ən gözəl təbiət hadisələrindən biridir. Qeyd edək ki, Eta-Akuariid meteor yağışı hər il Yerin Halley kometinin orbitində buraxdığı toz hissəciklərinin içindən keçməsi nəticəsində yaranır. Bu hissəciklər Yer atmosferinə daxil olduqda parlaq işıqlı…
Daha çoxFransız portalı ADA Universitetində keçirilmiş forumdan yazıb
Fransanın geosiyasət üzrə ixtisaslaşmış “Conflits : Revue de Géopolitique” (revueconflits.com) portalında Brüssel Universitetinin enerji üzrə geosiyasət professoru, Avropa Mühəndislər və Sənayeçilər Assosiasiyasının prezidenti Samuel Furfarinin Bakıda Azərbaycan Diplomatik Akademiyasında (ADA) keçirilmiş “Münaqişələr: Yeni dünya nizamına qarşı mübarizə” adlı forumla bağlı müsahibəsi çıxıb. SİA xəbər verir ki, müsahibədə ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən forumun uğurundan bəhs olunub. Məqalədə Azərbaycanın əhəmiyyətli qaz və neft ehtiyatlarına və Xəzər dənizi ilə Avropa arasında strateji coğrafi mövqeyinə görə Avropanın enerji təchizatında əsas oyunçuya çevrildiyi bildirilir. BTC boru kəməri və…
Daha çoxABŞ-ın F-47 qırıcısı Çin və Rusiyaya meydan oxuyur…
Mühəndislər gizliliyi növbəti səviyyəyə çıxarmağın bir yolunu tapmış ola bilər… …Boeing-in yeni altıncı nəsil F-47 qırıcısı hərbi aviasiyada əsl sıçrayış olacağını vəd edir. SİA-nın əldə etdiyi məlumata görə, bunu 19FortyFive yazır. Təyyarənin ilk görüntülərində diqqətli mütəxəssislər gizli təyyarələr üçün qeyri-adi elementləri – kiçik ön qanadları müşahidə ediblər və bu, hərbi dairələrdə qızğın müzakirələrə səbəb olub. Radar imzasını əhəmiyyətli dərəcədə artıran böyük bir kanard (ön üfüqi quyruğu) olan Çin J-20-dən fərqli olaraq, F-47 gövdəyə səliqəli şəkildə inteqrasiya olunmuş daha kiçik qanadlara malikdir. Bu, “Boeing” mühəndislərinin təyyarənin…
Daha çox"Kadırovun xəstəliyi irəliləyir..?"
“Kadırovun xəstəliyi irəliləyir..?”
Daha çoxYakutların “Ayta” filminin yayım sertifikatı niyə ləğv edilib?..
Roskomnadzor filmdə millətçilik əlamətlərini və “Rusiya xalqlarının birliyi prinsiplərinə zidd olan dağıdıcı məlumatların” olduğunu aşkar edib… …Rusiya Mədəniyyət Nazirliyinin rəhbəri Olqa Lyubimova bildirib ki, yakut rejissoru Stepan Burnaşevin “Ayta” filmi tamaşaçıların çoxsaylı şikayətlərinə görə yayım sertifikatından məhrum edilib. O qeyd edib ki, millətlərarası qarşıdurma mövzusuna hər hansı istinad Rusiya cəmiyyətində mənfi reaksiyaya səbəb olur. Filmə onlayn platformalarda baxmağı bacaran tamaşaçılardan daxil olan yüzlərlə şikayəti bununla izah edir. Müxtəlif kinofestivallarda nümayiş olunan “Ayta” filminin yayım sertifikatının ləğvindən əvvəl Roskomnadzordan Burnaşevin filminin Rusiyanın onlayn kinoteatrlarından çıxarılması tələbi…
Daha çoxƏgər Tramp Putinlə razılığa gələ bilməsə…
Avropa İttifaqı Ukraynaya hərbi dəstəyi artıracaq… …Avropa komissarı Andrius Kubilius deyib ki, Trampın Putinlə barışıq cəhdləri nəticə verməsə, Avropa İttifaqı Ukraynaya maliyyə dəstəyini əhəmiyyətli dərəcədə artırmağa hazırdır. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Sputnik Litva” məlumat yayıb. Kubilius vurğulayıb ki, Tramp Putini sülh sazişinin bağlanmasının zəruriliyinə inandıra bilməsə, Avropa İttifaqı Ukraynaya hərbi dəstəyini tez bir zamanda artıra, bununla da münaqişənin sülh yolu ilə həlli lehinə daha inandırıcı arqumentlər təqdim edə bilər. Avropa komissarı, həmçinin Avropa İttifaqına üzv ölkələrin birbaşa Ukrayna ərazisində istehsal olunan…
Daha çox“Rusiyanı ancaq qeyri-ənənəvi üsullarla məğlub etmək olar…”
Artıq doqquz aydır ki, cəbhənin bu hissəsində döyüşlər gedir… …Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Kursk vilayətindəki ukraynalı müdafiəçilərin mövqelərinə baş çəkərək, cəbhənin bu hissəsində əməliyyatın artıq 9 aydır ki, davam etdiyini bildirib. Telegram kanalında yazdığı mesajda o, Ukrayna Silahlı Qüvvələrinin orada məqsədlərinin çoxuna nail olduğunu bildirib. …Kursk vilayətində fəal hərəkətlərimiz sayəsində biz Sumı və Xarkov vilayətlərində düşmənin hücum kampaniyasının qarşısını ala bildik. Ukrayna Müdafiə Qüvvələrinin sərhədyanı ərazilərdə yaratdığı bufer zonası bu gün də aktuallığını qoruyub saxlayır. SİA-nın məlumatına görə, bunu yazan Sırskinin…
Daha çoxKaliforniya sahillərində qayıq aşıb, 3 nəfər ölüb, 9 nəfər itkin düşüb
ABŞ-da Kaliforniya ştatının San Dieqo sahillərində kiçik qayığın aşması nəticəsində 3 nəfər ölüb. SİA-ın məlumatına görə, hadisə zamanı 4 nəfər yaralanıb, daha 9 nəfər itkin düşüb. Sakit okean sahilində çevrilmiş qayıq səhər tezdən sahilə gəzintiyə çıxan sakinlər tərəfindən aşkar edilib. Sahil Mühafizəsinin gəmiləri və helikopterləri itkin düşənləri axtarır. Səlahiyyətli şəxslər 12 metrlik qayığın haradan gəldiyini bilmədiklərini açıqlayıblar. Bildirilir ki, aşmış qayıq əsasən balıq ovu üçün nəzərdə tutulub, lakin adətən qaçaqmalçılar və miqrant daşınması üçün istifadə edilir.
Daha çox