İsrail Müdafiə Qüvvələri Livanın Bekaa bölgəsində Hizbullah hərəkatının strateji silah istehsalı obyektinə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, İsrail ordusu Hizbullahın ərazidə öz mövcudluğunu və fəaliyyətini bərpa etmək cəhdlərini müəyyən edib. Bundan əlavə, Livanın cənubundakı Şrifa bölgəsində Hizbullahın digər hərbi hədəflərinə də zərbələr endirilib.
Daha çoxDay: May 6, 2025
Ermənistan sərhədində yük daşımaları dayandırıldı
Ermənistan-Gürcüstan sərhədindəki Qoqavan-Ququt keçid məntəqəsindən ağır yük avtomobillərinin hərəkəti dayandırılıb. SİA xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat verib. Məlumata görə, Gürcüstan tərəfində kabelin zədələnməsi səbəbindən ərazidə internet xidməti kəsilib, keçid məntəqəsi bir müddət işləməyəcək. Komitə kommunikasiyalar bərpa olunmayana qədər bu keçid məntəqəsindən ağır maşınların hərəkətinə icazə verilməyəcəyini bəyan edib.
Daha çoxDubayda 24-cü beynəlxalq Hava Limanları Sərgisi başlayır
Mayın 6-da Dubayda 24-cü beynəlxalq Hava Limanları Sərgisi başlayır. Tədbirdə aviasiya sektorunun mütəxəssisləri, hava limanı operatorları və bu sektorun digər nümayəndələri ilə yanaşı, yüksəksəviyyəli hökumət rəsmiləri də iştirak edəcək. SİA xəbər verir ki, mayın 8-dək davam edəcək tədbirə otuzdan çox ölkədən 6 mindən çox nümayəndə qatılacaq. Yaxın Şərq, Afrika və Cənubi Asiya regionlarında hava limanları sektoru üçün böyük biznes platforması sayılan sərgi hava limanlarının gələcəyini formalaşdıran yeniliklər və texnologiyalar, o cümlədən sərnişin təcrübəsinin yaxşılaşdırılması, hava limanlarında nəqliyyatın idarə olunması, karbon emissiyalarının azaldılması və davamlılıq, rəqəmsal transformasiya sahələrində innovasiyalarla tanışlıq imkanı…
Daha çoxBöyük Britaniyanın Aİ-nin cinayət və qeyri-qanuni miqrasiya məlumat bazalarına çıxış tələbi rədd edilib
Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) cinayət və qeyri-qanuni miqrasiya ilə bağlı ortaq məlumat bazalarına çıxış əldə etmək istəyi rədd olunub. SİA “The Times”a istinadla xəbər verir ki, Britaniya danışıqlar çərçivəsində Şengen zonasında polis xəbərdarlıqlarının paylaşılması üçün əsas alət sayılan Şengen Məlumat Sisteminə (SIS) çıxış əldə etməyə ümid edirdi. Qəzetin məlumatına görə, Aİ rəsmiləri Böyük Britaniyaya bu sistemə və qeyri-qanuni miqrantların barmaq izi məlumatlarının toplandığı mərkəzləşdirilmiş “Eurodac” bazasına çıxış vermək niyyətində olmadıqlarını bildiriblər. Bu qərar Baş nazir Kir Starmerin “Brexit”dən sonra Aİ ilə münasibətləri yenidən qurmaq və sığınacaq müraciətlərinin sayını azaltmaq…
Daha çoxOlaf Şoltsun Kansler kimi fəaliyyəti başa çatdı
Almaniyanın Federal Kansleri Olaf Şoltsun bu vəzifədə fəaliyyətinin başa çatması ilə əlaqədar Berlində vida mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Bundestaqın sədri Yuliya Klökner, dövlət və hökumət rəsmiləri, parlamentin deputatları iştirak ediblər. Berlindəki “Bendlerblok” kompleksində təşkil olunan mərasimdə çıxış edən Olaf Şolts qarşıdan gələn hökumət dəyişikliyini “demokratik normanın ifadəsi” kimi dəyərləndirib. “Almaniyaya onun Federal Kansleri kimi xidmət etmək həyatımın ən böyük şərəfi idi və bu, belə də da qalacaq”, – deyən Olaf Şolts yeni hökumətin sivil, kollegial və ləyaqətli şəkildə hakimiyyətə keçməsini yüksək qiymətləndirib, gələcək…
Daha çoxBu gecə Bakıda meteor yağışı müşahidə ediləcək
Bu gecə Bakıda meteor yağışını müşahidə etmək mümkün olacaq. SİA xəbər verir ki, Eta-Akuariid meteor yağışının Bakıdan ən yaxşı müşahidə vaxtı saat 02:15-05:00 arası olacaq. Yağışın mənbəyi maksimumda Bakı üçün üfüqdən 29° hündürlükdə olacaq. İdeal şəraitdə gözlənilən meteor sayı saatda 40-a çatacaq. Bakıda isə bir saatda maksimum 19-20 meteor müşahidə edilə bilər. Eta-Akuariid meteor yağışı 2025-ci ildə gözlənilən ən gözəl təbiət hadisələrindən biridir. Qeyd edək ki, Eta-Akuariid meteor yağışı hər il Yerin Halley kometinin orbitində buraxdığı toz hissəciklərinin içindən keçməsi nəticəsində yaranır. Bu hissəciklər Yer atmosferinə daxil olduqda parlaq işıqlı…
Daha çoxFransız portalı ADA Universitetində keçirilmiş forumdan yazıb
Fransanın geosiyasət üzrə ixtisaslaşmış “Conflits : Revue de Géopolitique” (revueconflits.com) portalında Brüssel Universitetinin enerji üzrə geosiyasət professoru, Avropa Mühəndislər və Sənayeçilər Assosiasiyasının prezidenti Samuel Furfarinin Bakıda Azərbaycan Diplomatik Akademiyasında (ADA) keçirilmiş “Münaqişələr: Yeni dünya nizamına qarşı mübarizə” adlı forumla bağlı müsahibəsi çıxıb. SİA xəbər verir ki, müsahibədə ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən forumun uğurundan bəhs olunub. Məqalədə Azərbaycanın əhəmiyyətli qaz və neft ehtiyatlarına və Xəzər dənizi ilə Avropa arasında strateji coğrafi mövqeyinə görə Avropanın enerji təchizatında əsas oyunçuya çevrildiyi bildirilir. BTC boru kəməri və…
Daha çoxABŞ-ın F-47 qırıcısı Çin və Rusiyaya meydan oxuyur…
Mühəndislər gizliliyi növbəti səviyyəyə çıxarmağın bir yolunu tapmış ola bilər… …Boeing-in yeni altıncı nəsil F-47 qırıcısı hərbi aviasiyada əsl sıçrayış olacağını vəd edir. SİA-nın əldə etdiyi məlumata görə, bunu 19FortyFive yazır. Təyyarənin ilk görüntülərində diqqətli mütəxəssislər gizli təyyarələr üçün qeyri-adi elementləri – kiçik ön qanadları müşahidə ediblər və bu, hərbi dairələrdə qızğın müzakirələrə səbəb olub. Radar imzasını əhəmiyyətli dərəcədə artıran böyük bir kanard (ön üfüqi quyruğu) olan Çin J-20-dən fərqli olaraq, F-47 gövdəyə səliqəli şəkildə inteqrasiya olunmuş daha kiçik qanadlara malikdir. Bu, “Boeing” mühəndislərinin təyyarənin…
Daha çox"Kadırovun xəstəliyi irəliləyir..?"
“Kadırovun xəstəliyi irəliləyir..?”
Daha çoxYakutların “Ayta” filminin yayım sertifikatı niyə ləğv edilib?..
Roskomnadzor filmdə millətçilik əlamətlərini və “Rusiya xalqlarının birliyi prinsiplərinə zidd olan dağıdıcı məlumatların” olduğunu aşkar edib… …Rusiya Mədəniyyət Nazirliyinin rəhbəri Olqa Lyubimova bildirib ki, yakut rejissoru Stepan Burnaşevin “Ayta” filmi tamaşaçıların çoxsaylı şikayətlərinə görə yayım sertifikatından məhrum edilib. O qeyd edib ki, millətlərarası qarşıdurma mövzusuna hər hansı istinad Rusiya cəmiyyətində mənfi reaksiyaya səbəb olur. Filmə onlayn platformalarda baxmağı bacaran tamaşaçılardan daxil olan yüzlərlə şikayəti bununla izah edir. Müxtəlif kinofestivallarda nümayiş olunan “Ayta” filminin yayım sertifikatının ləğvindən əvvəl Roskomnadzordan Burnaşevin filminin Rusiyanın onlayn kinoteatrlarından çıxarılması tələbi…
Daha çox