Filippində avtomobil aeroportun girişinə çırpılıb

Filippinin paytaxtı Manila şəhərində naməlum avtomobil səhər saatlarında aeroportun girişinə çırpılıb. SİA xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla 2 nəfər ölüb, çoxlu sayda şəxs xəsarət alıb. Aeroportun mətbuat xidməti hadisə ilə bağlı şayiələrə inanmamağa çağırıb. Bildirilib ki, avtomobilin sürücüsü həbs olunub, yaralılara tibbi yardım göstərilib. Hadisə hava limanının işinə ciddi təsir göstərməyib.

Daha çox

Bakının bu yollarında hərəkət tam məhdudlaşdırıldı

“Bakı Marafonu 2025” ilə əlaqədar bu gün saat 09:00-dan 16:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılır. SİA xəbər verir ki, bu barədə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov – A.Cəlilov küçələrinin kəsişməsindən Üzeyir Hacıbəyli…

Daha çox

Şahzadə Harrinin Kral III Çarlzla bağlı müsahibəsi tənqidlərə səbəb olub

Sasseks hersoqu Şahzadə Harri atası Kral Çarlzın səhhəti ilə bağlı verdiyi açıqlamaya görə ciddi tənqid hədəfinə çevrilib. SİA xəbər verir ki, o, “BBC”yə verdiyi müsahibədə “atamın nə qədər vaxtı qaldığını bilmirəm” deyərək, kral ailəsi ilə münasibətləri və şəxsi hüquqi mübarizəsi barədə danışıb. Sasseks hersoqu bildirib ki, Kral III Çarlz onun təhlükəsizlik məsələlərinə dair hüquqi iddiasına görə onunla danışmaqdan imtina edir. Harrinin kral ailəsindən uzaqlaşmasından sonra təhlükəsizlik tədbirlərində edilən dəyişikliklər məhkəmə çəkişməsinə səbəb olub və o, bu mübarizəni uduzub. Harri BBC-yə müsahibəsində deyib: “Mən ailəmlə barışmaq istəyirəm. Artıq bu mübarizəni davam…

Daha çox

Məşhur milyarder vəzifəsini tərk edir

94 yaşlı amerikalı investor Uorren Baffet bu ilin sonuna qədər “Berkshire Hathaway” konqlomeratının baş icraçı direktoru vəzifəsini tərk edəcək. SİA RBC-yə istinadla xəbər verir ki, bu barədə Baffet “Berkshire Hathaway” səhmdarlarının illik ümumi yığıncağında danışıb. Qeyd olunub ki, Baffet “Berkshire Hathaway”in yeni rəhbəri vəzifəsinə Qreq Abelin təyin olunmasını tövsiyə edib. Xatırladaq ki, 94 yaşlı Baffet 169 milyard dollar sərvətlə “Bloomberq” milyarderlər siyahısında 5-ci yerdədir.

Daha çox

Bu gün leysan yağacaq, güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında mayın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, mayın 3-dən 4-nə keçən gecə isə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı…

Daha çox

Rusiya səfiri Özbəkistan XİN-ə çağırıldı

Rusiyanın Daşkənddəki səfiri Oleq Malqinov Özbəkistan Xarici İşlər Nazirliyinə çağırılıb. SİA xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfir Özbəkistan xarici işlər nazirinin müavini Bobur Usmanov ilə görüşüb. “Danışıqlar zamanı Özbəkistan tərəfi Rusiya tərəfinin diqqətini Rusiya Federasiyasında Özbəkistandan olan əmək miqrantlarının hüquqlarının pozulması və onlara qarşı kobud rəftar hallarının sayının artmasına yönəldib”, – deyə mətbuat xidməti bildirib. Səfirə bildirilib ki, bu cür hərəkətlər Rusiya Federasiyasında işləyən özbəklərin hüquq və azadlıqlarını pozur, bu, ev sahibi ölkənin qanunları ilə təmin edilməlidir. Səfirdən Özbəkistanın narahatlığını Rusiyanın müvafiq səlahiyyətli…

Daha çox

İranın XİN rəhbəri Pakistan və Hindistana səfər edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi bazar ertəsi Pakistana, daha sonra Hindistana səfər edəcək. SİA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi məlumat verib. Onun sözlərinə görə, bu səfər qonşu dövlətlərlə müntəzəm məsləhətləşmələrin tərkib hissəsidir. İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, səfər zamanı Əraqçi Pakistanın yüksək rütbəli rəsmiləri ilə görüşərək ikitərəfli əlaqələr, həmçinin son regional və beynəlxalq hadisələri müzakirə edəcək. Bəqayi əlavə edib ki, gələn həftənin sonunda yüksək səviyyəli İran diplomatı da rəsmi səfərlə Hindistana gedəcək.

Daha çox

Monteneqroda iqtisadi fəal əhalinin sayı 100 min nəfərədək artıb

Monteneqroda iqtisadi fəal əhalinin sayı 2009-cu illə müqayisədə 100 min nəfər çoxdur. SİA xəbər verir ki, bu barədə Monteneqronun Statistika İdarəsinin (Monstat) məlumatında deyilir. Monteneqronun Baş naziri Miloyko Spayiç məşğulluq sahəsində əldə olunan nəticələri şərh edərkən bildirib: “Monteneqroda əhalinin sayı praktiki olaraq eyni qalsa da, iqtisadi fəal əhalinin sayı təxminən 100 min nəfər artıb. Aşağı işsizlik səviyyəsi və digər məlumatlar bütün dünya institutları üçün məqbul göstəricilərdir”.

Daha çox

Britaniya beynəlxalq tədqiqatçıları cəlb etmək üçün 50 milyon funtluq proqram hazırlayır

Böyük Britaniya hökuməti dünyanın aparıcı alimlərini ölkəyə cəlb etmək məqsədi daşıyan yeni təşəbbüsü təqdim etməyə hazırlaşır. SİA “Financial Times”a istinadla xəbər verir ki, 50 milyon funt sterlinq dövlət maliyyəsi ilə dəstəklənəcək proqram beynəlxalq miqyasda seçilmiş elmi komandaların tədqiqat qrantları ilə təmin olunmasını və onların Böyük Britaniyaya köçürülməsi xərclərini əhatə edəcək. Təşəbbüs, dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıları cəlb etməyi hədəfləyir və onların işlərinin Böyük Britaniyanın sənaye strategiyasında müəyyənləşdirilmiş prioritet sahələrə uyğunluğu əsasında qiymətləndiriləcək. Prioritet sahələr arasında dəqiq elmlər, süni intellekt və yaşıl enerji texnologiyaları yer alır. Proqramın ilkin mərhələsində təxminən 10…

Daha çox