Ərdoğan hücuma məruz qalan Özgür Özelə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda hücuma məruz qalan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ zəng edib. SİA xəbər verir ki, CHP sədrinə “keçmiş olsun” arzularını çatdıran Türkiyə lideri hadisənin bütün detalları ilə aydınlaşdırılması üçün prosesi yaxından izlədiyini bildirib. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial media hesabında bildirib ki, hücumla bağlı dərhal istintaq başladılıb və hadisəni törədən şəxs saxlanılıb. “Cənab Özələ qarşı bu hücumu qınayır, ona keçmiş olsun arzularımızı çatdırırıq”, – deyə o vurğulayıb. Xatırladaq ki, deputat Sırrı Sürəyya Öndərin dəfn mərasimindən sonra Özel…

Daha çox

Samir Şərifov Suriyanın keçid dövrü Prezidenti ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti Suriyada səfərdədir. SİA “SANA” agentliyinə istinadən xəbər verir ki, Azərbaycanın nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Suriyanın iqtisadiyyat naziri Məhəmməd Nidal əl-Şaar ilə görüş keçirib. Eyni zamanda Azərbaycan rəsmiləri Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa tərəfindən qəbul ediliblər.

Daha çox

Ermənistanın xarici dövlət borcu artaraq 13 milyard 581 milyon dollar olub

Ermənistanın xarici dövlət borcu artmaqda davam edir. Cari il martın 31-nə olan məlumata görə, Ermənistanın xarici dövlət borcu 5 trilyon 318 milyard dram təşkil edib. Bu da 2024-cü ilin sonuna olan göstəricidən 4,4 faiz çoxdur. SİA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistanın maliyyə naziri Vaqa Ovenesyan deyib. Onun sözlərinə görə, ölkənin xarici dövlət borcu ABŞ dolları ilə ifadədə 13 milyard 581 milyon dollar təşkil edib ki, bu da keçən ilki göstəricidən 5,8 faiz çoxdur. Xarici dövlət borcunun artmasında dövlət büdcəsinin kəsirinin bağlanmasına və digər sahələrə ayrılan vəsaitin artırılması…

Daha çox

Kirill Allahşükür Paşazadə ilə görüşüb

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana səfəri çərçivəsində mayın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə ilə görüşüb. SİA xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin inkişafı və perspektivləri müzakirə edilib. Şeyxulislam Hacı Allahşükür Paşazadə bildirib ki, Azərbaycan ilə Rusiyanın dini konfessiyaları arasındakı dostluq əlaqələrinin əsası Ulu Öndər Heydər Əliyevin zamanında yaradılıb və səmimi xarakter daşıyır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev provaslav və müsəlmanlar arasındakı dostluq əlaqələrinin daha da inkişafı etməsi üçün dəstəyini əsirgəmir. Prezident İlham Əliyev ilə Prezident Vladimir Putinin dostluq əlaqələri xalqların dini və mədəni…

Daha çox

Azərbaycan XİN Azər Badamovun Moskvada hava limanında saxlanılmasına münasibət bildirilib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Milli Məclisin deputatı Azər Badamovun Rusiya Federasiyası ərazisinə buraxılmamasına münasibət bildirilib. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə danışıb. Onun sözlərinə görə, hadisə bu gün baş verib: “Milli Məclisin üzvü Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru – Hökümət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkil olunub. Nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı…

Daha çox

Leyla Əliyeva və Arzu Əliyevanın Naxçıvan səfəri Ordubad rayonunda davam edib

Mayın 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvlərinin Naxçıvan Muxtar Respublikasına səfəri Ordubad rayonu və ətraf bölgələri əhatə etməklə davam edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, səfərin ikinci günündə onlar qədim tarixə, zəngin mədəniyyətə və unikal coğrafi landşafta malik olan bu regionun irsi ilə daha yaxından tanış olublar. Səfər çərçivəsində ilk olaraq Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanın mənəvi-simvolik məkanlarından biri sayılan, dini-tarixi baxımdan mühüm əhəmiyyət kəsb edən Əshabi-Kəhf ziyarətgahına baş çəkiblər. Burada onlar…

Daha çox

deportasiya və tarixi ədalət” adlı tədbir keçirilib

Bakı şəhərinin Nəsimi rayonunda Qərbi Azərbaycan İcmasının, Nəsimi Rayon İcra Hakimiyyətinin, YAP Nəsimi Rayon Təşkilatının və Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: deportasiya və tarixi ədalət” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının, Nəsimi Rayon İcra Hakimiyyətinin, YAP Nəsimi Rayon Təşkilatının, Rayon Ağsaqqallar Şurasının rəhbərlikləri və əslən Qərbi Azərbaycandan olan ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Qərbi Azərbaycanın milli-mənəvi dəyərlərini özündə əks etdirən sərgi ilə tanış olublar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin…

Daha çox

Sabaha olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, 04-dən 05-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qeyd olunub ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var, gecə və səhər bəzi yerlərdə arabir duman, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65% olacaq. Azərbaycanın…

Daha çox