Avtomat hidroloji stansiyaların mayın 4-ü saat 11:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 14 sm, Qarasuçay-Zərdabda 32 sm, Vəlvələçay-Afurcada 35 sm, Qudiyalçay-Qımılda 20 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəng və Tutqunçay-Comərddə 3 sm, Zabuxçay-Bozluda 35 sm, Oxçuçay-Bürünlüdə 34 sm, Həkəriçay-Balasoltanlıda 3 sm, Quruçay-Böyük Tağlarda 2 sm və Araz çayının yuxarı axımında 61 sm artım qeydə alınıb. Transsərhəd çaylarında Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 29…
Daha çoxDay: May 4, 2025
Pakistan uzaqmənzilli raketi sınaqdan keçirdi
Pakistan Hindistanla artan gərginlik fonunda uzaqmənzilli raketi sınaqdan keçirib. SİA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Pakistan hərbçilərinə istinadən məlumat yayıb. “Abdali” yer-yer raketinin buraxılışı qoşunların əməliyyat hazırlığının təmin edilməsi və əsas texniki parametrlərin sınaqdan keçirilməsi məqsədi daşıyıb. Təlim silahın naviqasiya sisteminin və manevr xüsusiyyətlərinin sınaqdan keçirilməsi çərçivəsində keçirilib”, – məlumatda deyilir.
Daha çoxÇilidə 7,5 ballıq zəlzələ olub
Çilinin cənub sahil sularında 7,5 bal gücündə güclü zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Çili Universitetinin Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Məlumata görə, hadisə ilə əlaqədar Maqalyanes bölgəsi üçün sunami təhlükəsi barədə xəbərdarlıq edilib. Rəsmilərin bildirdiyinə görə, yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib və ətraf yaşayış məntəqələrində hiss olunub.
Daha çoxSahibə Qafarova TBMM-in sədrinə başsağlığı məktubu ünvanlayıb
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa TBMM-in sədr müavini Sırrı Sürəyya Öndərin vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məktubda Milli Məclisin sədri mərhumun ailəsinə və yaxınlarına, TBMM-in üzvlərinə şəxsən öz adından və Milli Məclisin deputatları adından başsağlığı verib, mərhuma Allahdan rəhmət diləyib.
Daha çoxBəzi çaylarda sululuq artıb
Respublika ərazisində bəzi çaylarda sululuq artıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, avtomat hidroloji stansiyaların mayın 04-ü saat 9:00-a olan məlumatına əsasən transsərhəd çaylardan Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 29 sm, Qanıx-Cəlayirdə 4 sm, Kür-Yevlaxda 5 sm, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 14 sm, Qarasuçay-Zərdabda 32 sm, Vəlvələçay-Afurcada 35 sm, Qudiyalçay-Qımılda 20 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 3 sm, Gəncəçay-Zurnabadda 1 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəng və Tutqunçay-Comərddə 3 sm, Zabuxçay-Bozluda 35 sm, Oxçuçay-Bürünlüdə 34 sm, Həkəriçay-Balasoltanlıda 3 sm, Quruçay-Böyük Tağlarda…
Daha çoxZelenski onları Kiyevə toplayır
Ukraynada ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın iştirakı ilə milli təhlükəsizlik üzrə müşavirlərin görüşü keçirilə bilər. SİA “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı deyib. Ukrayna lideri bildirib ki, görüşün tarixi hələ müəyyənləşdirilməyib. Məlumata görə, milli təhlükəsizlik müşavirləri səviyyəsində keçiriləcək görüş ötən ay London və Parisdə keçirilən son danışıqların davamı olacaq. O, görüşdə ABŞ Dövlət katibi Marko Rubionun da iştirak edə biləcəyini istisna etməyib.
Daha çoxÖlkə ərazisinin əksər yerlərində küləkli və yağışlı hava davam edir
Milli Hidrometeorologiya Xidmətinin mayın 4-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli və yağışlı hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. SİA xəbər verir ki, düşən yağıntının miqdarı Qubada 17, Ağdamda 16, Xınalıqda 15, İsmayıllı, Naxçıvan, Xaltan və Şahdağda 14, Göyçayda 12, Culfa, Şabran, Şahbuz, Qəbələ və Şabranda 10, Şamaxıda 6, Xaçmaz, Bərdə, Tərtər, Zərdab, Altıağac, Astara, Naftalan, Qusar, Oğuz, Yardımlı, Gədəbəy, Mingəçevir, Kürdəmir, Lerik, Şərur, Goranboy, Yevlax, Beyləqan, Göygöl, Gəncə, Şəki, Ordubad, Daşkəsən, Biləsuvar, Lənkəran, Şəmkir, Zaqatala, Ceyrançöl, Cəlilabad, Qobustan və Neftçalada…
Daha çoxPrezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər. SİA xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım qonağı qarşıladılar. Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilli salamlayan Prezident İlham Əliyev dedi: -Zati-aliləri, xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Dəvətimi qəbul etdiyinizə və Azərbaycana səfərə gəldiyinizə görə sağ olun. Siz Azərbaycanda birinci dəfə deyilsiniz. Mehribanla bizim Sizinlə əvvəlki görüşlərimizlə bağlı çox yaxşı xatirələrimiz var. Zaman sürətlə keçir. Sizin ötən səfərinizdən artıq altı il keçib və əlbəttə, bu vaxt ərzində həm…
Daha çoxAzərbaycanda millətlərarası sülh və qarşılıqlı dəstək hökm sürür
“Azərbaycanın pravoslav icması dövlətlərarası münasibətlərin mühüm amilidir. Əminəm ki, bizim hamımız kimi, onlar da Sizin gəlişinizə çox sevinəcəklər”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşü zamanı deyib. “Sizinlə bu məsələ ətrafında fikir mübadiləsi apardığımız kimi, Azərbaycanda konfessiyalararası və millətlərarası sülh və anlaşma, qarşılıqlı dəstək hökm sürür. Bu, ölkələrimizin dayanıqlı inkişafının mühüm amilidir. Çünki əks halda, heç bir inkişafdan söhbət gedə bilməz. Çox şadıq ki, rus icmasının nümayəndələri olaraq pravoslav icması ölkəmizin inkişafında, onun suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasında…
Daha çoxFilippində avtomobil aeroportun girişinə çırpılıb
Filippinin paytaxtı Manila şəhərində naməlum avtomobil səhər saatlarında aeroportun girişinə çırpılıb. SİA xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla 2 nəfər ölüb, çoxlu sayda şəxs xəsarət alıb. Aeroportun mətbuat xidməti hadisə ilə bağlı şayiələrə inanmamağa çağırıb. Bildirilib ki, avtomobilin sürücüsü həbs olunub, yaralılara tibbi yardım göstərilib. Hadisə hava limanının işinə ciddi təsir göstərməyib.
Daha çox