Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin mayın 9-da üç günlük atəşkəs təklifini rədd edib.
SİA xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
…Zelenski mayın 9-da Putinin üç günlük atəşkəs təklifini rədd etdi və 30 günlük atəşkəsdə israrlıdır.
Bunu yazan nəşr qeyd edir ki, Ukrayna prezidenti həmçinin bəyan edib ki, Ukrayna mayın 9-da Moskvaya parad üçün gələcək dünya liderlərinin təhlükəsizliyinə zəmanət verə bilməz.
Aprelin 29-da Zelenski mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına hücum etmək istədiyinə eyham vurub. Ukrayna lideri əlavə edib ki, Rusiya döyüşlərin davam etməsindən “narahat olmalıdır”.
Həmin gün “Politico” nəşri Ukraynanın bəzi avropalı müttəfiqlərinin Kiyevin mayın 9-na planlaşdırılan sammitin keçirilməsi təklifini rədd etdiyini yazıb.
Bu gün üçün nəzərdə tutulan digər planları Böyük Britaniya və Polşanın baş nazirləri Key Starmer və Donald Tusk, həmçinin Fransa prezidenti Emmanuel Makron və Almaniyanın gələcək kansleri Fridrix Merz açıqlayıb.
Əli Babayev