Gürcüstan-Azərbaycan münasibətləri və tərəfdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib


Batumidə Acariya Muxtar Respublikasının hökumət sədri Sulxan Tamazaşvili Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ilə görüşüb. SİA xəbər verir ki, bu barədə məlumatı Acariya hökuməti yayıb.

Görüşdə Batumidəki Baş konsul Fuad Əzizov da iştirak edib.

Gürcüstan və Azərbaycan arasında mövcud ikitərəfli münasibətləri və tərəfdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edilib.

Hökumət başçısı qonaqlara regionun turizm potensialı və hazırda həyata keçirilən infrastruktur layihələri barədə ətraflı məlumat verib.

Bildirilib ki, bu tərəfdaşlıq mədəni, humanitar, iqtisadi və təhsil sahələrini də əhatə edir.

F. Quliyev mədəniyyət naziri Elisso Bolkvadze ilə də görüşüb. Tərəflər Azərbaycan – Gürcüstan münasibətləri, mədəni əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin gerçəkləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Əlaqəli Xəbərlər