Azərbaycan və BƏƏ qarşılıqlı investisiyaların artırılmasını nəzərdən keçirib


Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qarşılıqlı investisiyaların artırılması imkanları nəzərdən keçirilib. SİA İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi ilə görüşündə aparlıb.

Görüşdə Azərbaycanla BƏƏ arasında dostluq və qardaşlıq əlaqələri vurğulanıb, iqtisadi-ticarət tərəfdaşlığının genişləndiyi qeyd olunub. BƏƏ-nin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyaların əhəmiyyəti diqqətə çatdırılıb.

Bildirilib ki, ölkəmizin əlverişli biznes mühiti, strateji coğrafi mövqeyi, zəngin resursları, həmçinin qeyri-neft sənayesinin sürətlə inkişafı investorlar üçün cəlbedici imkanlar yaradır. Bu imkanlardan səmərəli istifadə etməklə investisiya əlaqələrinin təşviqi, biznes subyektləri arasında tərəfdaşlığın genişləndirilməsi vacib əhəmiyyət kəsb edir.

Tərəflər iki ölkə arasında iqtisadi inteqrasiyanın daha da gücləndirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı investisiyaların artırılması imkanlarını nəzərdən keçiriblər.

Əlaqəli Xəbərlər