İntellektual cəmiyyət və hibrid müharibələrə qarşı ictimai mübarizə


Nizami rayon sosial-ictimai maarifləndirmə ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “İntellektual cəmiyyət və hibrid müharibələrə qarşı ictimai mübarizə” adlı layihənin icrasına start verib. SİA xəbər verir ki, İctimai Birlikdən verilən məlumata görə, layihənin məqsədini gənc nəsli yad ideoloji təsirlərdən qorumaq, onların hibrid müharibələrin qurbanı olması tendensiyasından uzaqlaşdırmaq, qlobal transformasiyanın mahiyyətini anlamaq, eyni zamanda sürətlə inkişaf edən texnoloji biliklərə yiyələnmək, idarəolunan obyekt qismindən idarəedən subyektə çevrilmə imkanlarını üzə çıxarmaq təşkil edir. Layihənin reallaşdırılması ilə gənclərin həm qorunması, həm maarifləndirilməsi, həm də savadlılıqlarının artırılması və texnoloji bacarıqlarının üzə çıxarılması məqsədi güdülür.

Layihə çərçivəsində gənclərə İKT sahəsi üzrə təlimlər keçiriləcək, onlara informasiya təhlükəsizliyi, hibrid müharibələr, ideoloji savaşlar, SMM haqqında məlumatlar veriləcək, o cümlədən sosial şəbəkələrin bütün seqmentləri, boleggerlik, UX/Uİ, saytlarda iş, dizayn, videoqrafiya üzrə praktik bacarıqlar öyrədiləcək. Yekun olaraq gənclər üçün imtahan mərhələsi və mükafatlandırılma olacaq.

Layihə 3 ay müddətində baş tutacaq.

Əlaqəli Xəbərlər