Gənclərin bayağı musiqilərə meylinin artmasının günahı kimdədir?


“Bizim televiziya kanallarında səsələnən musiqilər bayağı musiqi deyil? Televiziyada səslənən musiqilərə baxsaq, ora dəvət olunan dırnaqarası müğənillərə baxsaq və onların səsləndirdiyi dırnaqarası ifadə etdiyi musiqilər bəs bayağı musiqi deyil? Yəni bu günləri televiziyalarda gənclərə hansısa bir keyfiyyətli musiqi nömrəsi təqdim olunurmu ki, gənclərdə normal musiqi dinləsinlər”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Onun sözlərinə görə, bu vəziyyətdən bir çıxış yolu tapılmalıdır. Yəni biz gənclərə nə təqdim və təklif edirik. Bunu əvvəl biz düşünməliyik: “Bu günləri çox televiziyalarda elə bir vəziyyətdir ki, gənclər yaxşını pisdən ayıra bilmir. Çünki televiziyalarda təqdim olunan, dəvət olunan müğənillər əgər onlara müğənni demək olarsa onlar bayağı şəkildə musiqilər təqdim edir və gənclərdə elə hesab edir ki, televiziyalarda bu musiqi səslənirsə demək ki, yaxşı musiqidir. Buna görə də, televiziya vasitəsilə, digər vasitələrlə yaxşı örnəklər gənclərə təqdim olunmalıdır. Keyfiyyətli musiqi nömrələri təqdim olunmalıdır ki, gənclərin mənəvi inkişafına, mənəvi qidalanmasına töhfə versin. Gənclər də başqa bayağı dırnaqarası əsərlərə meyillənməsinlər. Baxırıq ki, ictimai nəqliyyatda, ictimai məkanlarda bayağı musiqi və hətta efirlərdə də, bayağı musiqilər çalınır. Ona görə də gənclərin başqa seçim imkanı olmur, məcbur olub belə musiqiləri dinləyirlər. Çünki yaxşı sənət nömrələrinin yüksək səviyyədə təqdimatı lazımdır. Eyni zamanda yaxşı sənət nömrələrinin konsertlərini təklif və təşkil etmək lazımdır. Gəncləri də həmin konsertlərə dəvət etmək lazımdır ki, gənclər orada görsünlər əsl sənət nədir və o sənət nümunəsi mənəvi qidalanmaya, mənəvi inkişafa necə təsir göstərir. Musiqi bir sənətdir və bu sənət gənclərin mənəvi təmizlənməsində iştirak etməlidir. Əvəzində biz nə görürük? Gənclərə bayağı musiqilər, funkdiminal mesajlar, aqresiv mesajlar, vulqar ifadələr, jarqonlar ötürülür. Beləliklə də gənclərin sosiallaşmasına aşındırıcı təsir göstərir. Ona görə biz ilk növbədə gənclərə təqdim olunan vitrinə nəzər yetirməliyik. O vitrin sağlam sənət nömrələri ilə təzahür etsin, sağlam musiqi nömrələrini özündə ehtiva etsin ki, gənclər artıq görsün ki, bu musiqi daha çox ona mənəvi ehtiyaclarını ödəyir, nəinki bayağı musiqi”.

Əlaqəli Xəbərlər