Boliviyada itən yüngül təyyarə tapılıb…


Boliviyada göyərtəsində biri uşaq olmaqla 5 nəfərin olduğu itmiş yüngül təyyarə tapılıb.

SİA xəbər verir ki, bu barədə Beni departamentinin təcili yardım mərkəzinin rəhbəri Uilyam Avaloya istinadən Deber nəşri məlumat yayıb.

Təyyarə bir qrup balıqçı tərəfindən aşkar edilib. Onlar Beni departamentindəki İqnasio Muiba körpüsünün yaxınlığında kömək çağırışları eşidiblər.

Sərnişinlər xəstəxanaya yerləşdirilib.

Bundan əvvəl Boliviya prezidenti Luis Arse yüngül mühərrikli təyyarənin itməsi ilə bağlı axtarış-xilasetmə əməliyyatına göstəriş verib.

…Fevralın əvvəlində Moskva vilayətində Myaçkovo aerodromunun yaxınlığında yüngül təyyarə qəzaya uğrayıb. Qeyd olunub ki, P-2002 Sierra təlim uçuşu həyata keçirirdi. Təyyarədə kursant və pilot təlimatçı olub.

Faciəni digər yüngül təyyarənin pilotu da təsdiqləyib, ondan qəza yerinin üzərindən uçması xahiş olunub.

O, təyyarənin yandığını gördüyünü bildirib.

Əli Babayev

Əlaqəli Xəbərlər