Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüşüb. SİA AMB-yə istinadən xəbər verir ki, görüşdə bu ilin I rübü üzrə fintex ekosistemini təmsil edən təşkilatların fəaliyyətinin nəticələri və inkişaf prioritetləri geniş müzakirə olunub, ödəniş xidməti təchizatçıları üzrə risk əsaslı nəzarət çərçivəsinin yaradılması və ödənişlərin təhlükəsizliyinin təmin edilməsi kimi təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş sektorun inkişafı üçün önəmli olan məsələlərin müzakirəsi ilə davam edib.