…ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və onun müavini Aleks Vonq yaxın vaxtlarda vəzifələrindən gedəcəklər.
SİA-nın məlumatına görə, CBS News bunu mənbələrə istinadən xəbər verir.
Müşavir və onun müavininin yaxın 24 saat ərzində işdən çıxarılması gözlənilir.
CBS News qeyd edir ki, məmurların gedişi Tramp administrasiyası tərəfindən “Siqnal” messencerində yazışmaların sızması ilə bağlı qalmaqala görə xarici təzyiqlərə – media və siyasi opponentlərə güzəştə getmək əvəzinə, yenidən təşkilatlanma kimi təqdim olunacaq.
Aprel ayında CBS News, mənbələrə istinadla bildirmişdi ki, Vals telefon nömrəsinin qarışması səbəbindən Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hughes əvəzinə, The Atlantic-in baş redaktoru Ceffri Qoldberqi şəxsi Signal söhbətinə əlavə edib.
Mart ayında jurnalist deyib ki, Tramp administrasiyası onu təsadüfən Yəmən husilərinə zərbələrin müzakirə edildiyi “Siqnal” söhbətinə əlavə edib.
Əli Babayev