Ruslar Viber-i 800 min rubl cərimələyiblər…


…Moskvanın Taqanski Məhkəməsi Viber messencerini (Viber Media S.ár.l) ani mesajlaşma ilə bağlı öhdəliklərini yerinə yetirmədiyinə görə cərimələyib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

Viber Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.39-cu maddəsinin 1-ci hissəsinə (“Ani mesajlaşma xidmətinin təşkilatçısı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi”) uyğun olaraq cinayət törətməkdə təqsirli bilinib.

Ötən ilin sonunda Roskomnadzorun qərarı ilə Viber bloklanıb. Agentliyin məlumatına görə, messencer Rusiya qanunvericiliyinin messencerdən terror və ekstremist məqsədlər üçün istifadə, vətəndaşların onları törətməyə cəlb edilməsi, narkotik vasitələrin satışı ilə bağlı təhdidlərin qarşısının alınması üçün müəyyən edilmiş tələblərini pozub, “Viber” platformasında qanunsuz məlumatlar yerləşdirilib.

Dövlət Dumasının deputatı Anton Nemkinin sözlərinə görə, xidmət son iki ildə ümumilikdə 1,8 milyon rubl məbləğində cərimə toplayıb.

Lakin messendjer onların pulunu ödəməyib.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər