Milli Məclis icra icraatı üzrə ödənişi nağd formada edənlərin cərimələnməsini son oxunuşda təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirə olunub. Dəyişikliyə əsasən icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə vəzifəli şəxslər…
Daha çoxDay: May 1, 2025
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib. SİA xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə edilib. Qeyd edilib ki, Azərbaycan Konstitusiyasına əsasən, Prezidentin təqdimatı ilə Milli Məclis Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir. Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub. Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatır.
Daha çoxMM kənd təsərrüfatı subsidiyalarına nəzarət mexanizminin gücləndirilməsini qəbul edib
Azərbaycanda kənd təsərrüfatı subsidiyalarına, güzəştli kreditlərə, lizinq mexanizmlərinə, eləcə də kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışına nəzarət tədbirləri gücləndiriləcək. SİA xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə yeni maddənin (30.6.18) əlavə edilməsi haqqında layihə Milli Məclisin bugünkü plenar iclasında son oxunuşda müzakirə olunub. Qeyd edilib ki, bundan əlavə, ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan məhsullar istisna olmaqla) dövlət büdcəsinin vəsaitləri hesabına mərkəzləşdirilmiş qaydada satın alınması da nəzarət çərçivəsinə daxil ediləcək. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyindəki qurumlar subsidiyaların, güzəştli kreditlərin və lizinq əməliyyatlarının verilməsini, maliyyələşdirilməsini və həmin…
Daha çox“İslahatlar Azərbaycan prokurorluğu qarşısında yeni və mühüm vəzifələr qoyur”
Mənə östərilən yenidən etimadla bağlı Ali Baş Komandan, Prezident İlham Əliyevə özüm və porokurorluq orqanları əməkdaşları adından dərin təşəkkürümü bildirirəm. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş Prokuror Kamran Əliyev deyib. Kamran Əliyev namizədliyini dəstəklədiyi üçün deputatlara təşəkkür edib: “Respublikamızın bugünkü uğurlarının əsasını Ümummilli Heydər Əliyevin uzaqgörən siyasəti təşkil etməkdədir. Məhz onun yaratdığı strategiyanın Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi sayəsində 30 ildən çox müddətdə işğal altında olan ərazilər azad edildi, bütün ərazilərdə suverenliyimiz bərpa edildi. Azad edilmiş ərazilərdə uğurlu bərpa işlərinə başlanıb, artıq Qarabağ…
Daha çoxAHİK sədrinə yeni müşavir təyin olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinə yeni müşavir təyin olunub. SİA xəbər verir ki, müvafiq əmrlə Kamran Qəhəd oğlu Umudov həmin vəzifəyə təyinat alıb. Qeyd edək ki, K.Umudov bu vəzifəyə qədər Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Analitik təhlil, planlaşdırma və monitorinq şöbəsinin müdiri, eyni zamanda agentliyin Həmkarlar İttifaqının sədri vəzifəsində çalışıb.
Daha çoxBakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir
Azərbaycan Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, ölkəmizdə səfərdə olan Alyansın Hərbi Hava Qüvvələri Komandanlığının (HHQ) mobil təlim qrupu tərəfindən Azərbaycan HHQ-nin hərbi qulluqçularına “Hava əməliyyatlarının planlanması və aparılması” mövzusunda kurs keçirilir. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, keçirilən kursun əsas məqsədi NATO-da hava məkanının idarə olunması, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (OCC) proqramı çərçivəsində aviasiya heyətinə özünüqiymətləndirmə (SEL) və NATO qiymətləndirməsi (NEL) fəaliyyətlərinin əsas prinsiplərini izah etmək, dinləyicilərin öz ixtisasları üzrə nəzəri və praktiki biliklərini təkmilləşdirməkdir. Kurs müddətində işçi qruplarla…
Daha çox“Əlçatanlığın artması mənzil bazarında tələb artımına səbəb olub”
“Azərbaycanda ipoteka kreditlərinin genişlənməsi son illərdə həm iqtisadi inkişafın, həm də dövlətin sosial siyasətinin əsas alətlərindən biri kimi çıxış edir. Bu prosesin daşınmaz əmlak bazarına bir sıra mühüm təsirləri olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Beynəlxalq bankında Biznes monitorinq üzrə ekspert Toğrul Novruzəliyev deyib. Onun sözlərinə görə, ipoteka kreditlərinin əlçatanlığının artması (xüsusilə güzəştli ipotekaların) mənzil bazarında tələb artımına səbəb olub: “Tələb artdıqca, xüsusilə Bakı və iri şəhərlərdə mənzil qiymətləri yüksəlməyə meylli olub. Həmçinin ipoteka kreditləri adətən sənədləşməsi tam olan yeni tikililərə yönəldiyindən, tikinti şirkətləri üçün stimul yaranıb. Bu da yeni…
Daha çoxAzercell “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “Employability Week 2025” təşəbbüsündə fəal iştirak edib. Proqramın əsas məqsədi tələbələri müasir əmək bazarının tələbləri ilə tanış etmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və gələcək karyera imkanlarını genişləndirmək idi. Proqram çərçivəsində Azercell-in müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssisləri tələbələrə emosional zəka, sənaye icmalı, müsahibəyə hazırlıq, iş etikası, innovasiya və sahibkarlıq, şəxsi brendinq kimi mövzularda təlimlər keçiblər. Eyni zamanda, şirkətin İnsan Kapitalının əməkdaşları proqram iştirakçılarına Azercell-də mövcud olan karyera və təcrübə imkanları, eləcə də işə qəbul prosesi barədə ətraflı məlumat…
Daha çoxAzərbaycan Nepalla investisiya əməkdaşlığı ilə bağlı məsləhətləşmələr keçirib
Azərbaycan və Nepal Katmanduda ilk Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirərək, diplomatik münasibətlərdə yeni bir səhifə açıblar. SİA xəbər verir ki, bu barədə Nepal KİV-i yazıb. Məsləhətləşmələr Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Nepala səfəri çərçivəsində təşkil edilib. Nepal nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin katibi Amrit Bahadur Ray rəhbərlik edib. Tərəflər qarşıdakı illərdə Nepal və Azərbaycan arasında tərəfdaşlığın dərinləşdirilməsinə sadiq olduqlarını ifadə ediblər. Müzakirələrin əsas mövzuları ikitərəfli ticarət və investisiyaların genişləndirilməsi, turizm və mədəni mübadilə, təhsil sahəsində əməkdaşlıq, iqlim dəyişikliyi ilə mübarizədə birgə təşəbbüslər…
Daha çoxƏlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) komanda-qərargah təlimi keçirilib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılıb, onların manevr imkanları, komandirlərin və qərargahların əməliyyat şəraitində bölmələri idarəetmə bacarıqları yoxlanılıb. Real döyüş şəraitinə uyğun keçirilən təlimdə bölmələr şərti düşmən hədəflərini atəşlə məhv ediblər. Komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib.
Daha çox