Türkiyənin Trabzon şəhərindən olan Trabzon Ticarət və Sənaye Odasının (Trabzon TTSO) nümayəndə heyəti – türk iş adamları Azərbaycana səfərləri çərçivəsində Bakı Tekstil Fabrikində olublar. SİA xəbər verir ki, qonaqları fabrikin kommersiya rəhbəri Elçin Babayev qarşılayaraq, onlara müəssisənin fəaliyyət istiqamətləri və istehsalat sahələri barədə geniş məlumat təqdim edib. Bildirilib ki, 2010-cu ildən fəaliyyət göstərən Bakı Tekstil Fabriki artıq 15 ildir ki, işçi geyimləri, məktəbli formaları, promo geyimlər, corab və iç geyimləri kimi tekstil məhsullarının istehsalı ilə məşğuldur. Səfər çərçivəsində Trabzon TTSO-nun rəhbəri Erkut Çelebi və nümayəndə heyəti fabrikin istehsal prosesi ilə…
Daha çoxDay: May 1, 2025
Naxçıvanda rəqəmsal radio yayımına keçirilməsi məsələsi müzakirə olunub
Audiovizual Şuranın nümayəndə heyəti Naxçıvandakı televiziya və radio yayımlarının vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq-ölçmə işləri aparıb, bir sıra görüşlər keçirib. Bu barədə SİA-ya Audiovizual Şuradan məlumat verilib. Bildirilib ki, Audiovizual Şuranın nümayəndələrinin Naxçıvana səfəri çərçivəsində “Naxçıvan TV” və “Naxçıvan Radiosu” proqramlarının hazırlanması, yayıma buraxılması, prosesə texniki nəzarət, materialların saxlanılması ilə bağlı geniş məlumat verilib. Daha sonra nümayəndə heyəti Naxçıvan Radio-Televiziya Ötürücü Mərkəzində olub. Televiziya və radio yayımının keyfiyyətinin ölçülməsi, radioverici mərkəzin təhcizatı və avadanlıqların parametrlərinə baxış keçirilib. Baxış müddətində ərazidə TV və radio yayım keyfiyyəti öyrənilib eləcə də “DAB+” standartlı rəqəmsal…
Daha çoxAldadıcı bank reklamları nə zamana kimi davam edəcək?
“Azərbaycanda bank faizləri bir çox ölkələrdən olduqca yüksəkdir. Yəni fantastik rəqəmlərlə faizlər olur. Bu faizlər 30,35 və hətta 40 faizə qədər gəlib çıxır. Düzdür reklamlarda görürsən ki, 11 faiz, 13 faiz, 14 faiz göstərilir. Amma vətəndaş banka yaxınlaşdıqdan sonra fərqli qiymət, fərqli faizlərlə rastlaşır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, burada məsələ ondan ibarətdir ki, hər bir şəxsin özünə görə ödəmə qabiliyyətindən asılı olaraq, orada bank tərəfindən risklər hesablanır, kredit alan şəxslərin kredit tarixçəsi, ödəmə qabiliyyəti, maaşı və yeni qanunlara əsasən sosial şəbəkələrdə olan aktivliikdə…
Daha çoxSabaha olan hava proqnozu AÇIQLANDI
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdə, axşam isə bəzi şimal və qərb rayonlarında arabir yağış…
Daha çoxBu il Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisə fəaliyyətə başlayacaq
Bu il Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisə fəaliyyətə başlayacaq. SİA xəbər verir ki, bunu Sumqayıt Kimya Sənaye Parkına təşkil olunan mediatur çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) sədrinin müavini Emil Hacıyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu il Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisənin fəaliyyətə başlaması planlaşdırılır: “Məlum olduğu kimi, aprelin 30-da dövlət başçısının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında iki müəssisənin açılış mərasimi keçirildi. Belə ki, tikinti kimyəvilərin və “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı müəssisələri…
Daha çox“Pezeşkianinin səfəri uğurlu nəticələrlə yaddaşlarda qaldı”
“İran prezidenti Məsud Pezeşkianinin Azərbaycana səfəri çox uğurlu nəticələrlə yaddaşlarda qaldı. Həm imzalanan sənədlər, həm keçirilmiş görüşlər və əldə olunan razılaşmalar Azərbaycan və İran arasındakı münasibətlərin inkişafına töhfə verir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycanla İran arasında olan münasibətlər inkişaf dövrünün ən məhsuldar dövrünü yaşamaqdadır: “Baxmayaraq ki, bundan öncə çox ziddiyətli və gərgin münasibətlər iki ölkə arasında hiss olunurdu. Bütün bu siyasi problemlərin həll edilməsi üçün bu səfərin hesab edirəm ki, yaxşı nəticələri olacaqdır. Prezident cənab İlham Əliyev Xudafərinə səfəri zamanı Xudafərin körpüsünü dostluq…
Daha çoxAzərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları apreldə cüzi artıb
Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 62,5 milyon ABŞ dolları təşkil edib. SİA quruma istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,3 % çoxdur. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,9 % artıb, son 1 ildə isə 5,1 % azalıb.
Daha çoxBu gün Milli Məclisin plenar iclası keçirilir
Bu gün Milli Məclisin plenar iclası keçirilir. SİA xəbər verir ki, iclasın gündəliyinə 13 məsələ daxil edilib. Həmin məsələlər bunlardır: 1. Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında. 2. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”,…
Daha çoxKamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə baxılacaq
Milli Məclisin növbəti plenar iclası başlayıb. SİA xəbər verir ki, toplantı Sahibə Qafarovanın sədrliyi ilə keçirilir. İclasın gündəliyində yer alan ilk məsələ Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə Milli Məclisin Qərarına baxılmasıdır. Gündəlikdə bir neçə qanun layihələrinin ikinci və üçüncü oxunuşlarda müzakirəsi də yer alıb.
Daha çox“Bu gün dünyada işçi qüvvəsi çox ciddi basqı altındadır”
“Mən indi Cenevrədə BMT-nin binasındayam. Bilirsiniz ki, 1 May Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günüdür və BMT tərəfindən elan olunub. Təəsüf ki, bu gün dünyada işçi qüvvəsi çox ciddi basqı altındadır”. Bu sözləri SİA-ya açıqlamasında “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib. Sahib Məmmədov sözlərinə belə davam edib: “Dünya həmkarlığı çöküb, işçi hüquqlarını müdafiə edən Həmkarlar İttifaqları ya transmilli şirkətlərin, ya da hökümətlərin təsiri altındadır. Ona görə də işçilərin hüquqlarının müdafiəsi getdikcə çətinləşir. Süni intelektin 5-ci sənayə inqilabının təsirləri nəticəsində işçi əmək bazasında işçilərin kütləvi ixtisarı gedir. Əmək…
Daha çox