“Azərbaycanda arxiv mədəniyyəti indi formalaşmağa başlayıb”

“Azərbaycanda arxiv mədəniyyəti indi formalaşmağa başlayıb. Amma indiyə qədər demək olar ki, xronologiya, salnamə, arxiv mədəniyyəti, tarixi yazıya almaq mədəniyyəti demək olar ki, olmayıb”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, M.F.Axundovdan başlayaraq biz Avropa tipli arxivşünaslıq, tarixşünaslıq məsələlərinə başladıq: “Axundov da həmişə tənqid edirdi ki, “biz 17 imperiya yaratsaq da, indiyə qədər onlar haqqında çox az kitab yazmışıq” yaxud bizim yaratmış olduğumuz imperiyalar, keçdiyimiz…

Daha çox

Azərbaycanda elektrik közərmə lampaları ilə bağlı qadağa qüvvəyə minib

Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi haqqında Milli Məclisin aprelin 11-də qəbul etdiyi qanunu təsdiqləyib. SİA xəbər verir ki, dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir. Qadağa 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları üçün gələn il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə…

Daha çox

Dövlət qulluqçularının aylıq vəzifə maaşları artırılıb

Dövlət qulluqçularının aylıq vəzifə maaşları artırılıb. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Sərəncama dəyişiklik edilmsi barədə Fərman imzalayıb. Fərmanla Milli Məclisi sədrinin müşaviri, Milli Məclis sədrinin köməkçisi, Baş nazirin köməkçisi, Baş nazirin müşavirinin aylıq vəzifə maaşı 2 425 manat müəyyən edilib. Qeyd edək ki, bundan əvvəl yuxarıda sadalanan şəxslərin aylıq vəzifə maaşları 2 410 manat müəyyən edilmişdi.

Daha çox

Yaz mövsümünün dəb geyimi BƏLLİ OLDU

“2025-ci ilin yaz dəbindən danışarkən bu mövsümün trendlərində ön planda olan rənglərə toxunmaq istərdim. Yaz kolleksiyalarında boz, karamel, bordo və zeytun tonları ən çox diqqət çəkən rənglər sırasındadır. Bu rənglər yalnız fərdi şəkildə deyil, eyni zamanda bir-biri ilə uyğunlaşdırılmış kombinasiyalı geyimlərdə də geniş istifadə olunacaq”. Bunu SİA-ya açıqlamasında modelyer Şəlalə Maqsudova deyib. Onun sözlərinə görə, bu mövsüm bədənə oturan modellərdən daha çox boş və rahat kəsimli geyimlər üstünlük təşkil edəcək: “Xüsusilə boş ətəklər, trapez və midi trapez ətəklər trenddədir. Eyni tendensiya şalvarlara da aiddir – daha rahat və geniş kəsimli…

Daha çox

“Həmin yardımın verilməsi çox gözəl bir hadisədir”

“9 may Qələbə Günü ilə bağlı sərəncamda əsas mesaj İkinci Dünya Müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardımının verilməsindən daha çox cənab Prezident İlham Əliyevə və dövlətin onlara göstərilən diqqəti və qayğısı üzərindən verilən mesajla bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzininin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli deyib. Onun sözlərinə görə, 70-80 il məsələsi üzərindən baxanda artıq dünya dəyişir və yenidən revanşizm baş qaldırır: “Yenidən müxtəlif formatlı qisasçı qlobal-siyasi və regional-siyasi proseslər baş qaldırıb. Bu mənada yenidən faşizm və yeni dalğasına qarşı keçmiş tarixi xatırlatmaq və yada salmağa ehtiyac…

Daha çox

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparatının gəlirləri və xərcləri azalıb

2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının gəlirləri 101,142 milyon manat, xərcləri isə 101,182 milyon manat təşkil edib. SİA nazirliyə istinadən xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 5,9 % və 5,7 % azdır. Ötən il aparatın dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirləri 79,882 milyon manat (əvvəlki ilə nisbətən 14,2 % az), birja əməliyyatlarından gəlirləri isə 21,259 milyon manat (47,4 % çox) olub. Hesabat dövründə qurumun əməkhaqqı və məcburi dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 5,435 milyon manat (0,9 % az), maliyyə yardımları və sair transfer xərcləri…

Daha çox

MM himayəçilik orqanlarının razılığına dair qərarın EHİS-ə daxil edilməsini qəbul edib

Milli Məclis qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarlarının bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilməsi haqqında dəyişikliyi son oxunuşda təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında Ailə və Mülki Məcəllələrdə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin…

Daha çox

Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

“Azercell Telekom” MMC bu il də qadınların liderlik, innovasiya və texnologiya sahəsindəki rolunu təşviq edən “SHE Congress”in rəsmi tərəfdaşı və rəqəmsal transformasiya üzrə dəstəkçisi qismində çıxış edir. May ayının 22-də Heydər Əliyev Mərkəzində “Bu Gündən Kənar – Gələcəyə Qalanı Yaratmaq” (“Beyond Now – Creating What Lives On”) şüarı altında keçiriləcək tədbir yüzlərlə qadın lideri, sahibkar və peşəkarı bir araya gətirəcək. Konqres iştirakçılara təcrübə mübadiləsi aparmaq, ünsiyyət qurmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və müxtəlif təşkilatların rəhbərləri ilə tanış olmaq imkanı verəcək. Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində qadınlara dəstək, onların cəmiyyətdəki rolunun…

Daha çox

Parlament FHN-in 20 illik yubiley medalının təsis olunmasını təsdiqləyib

Milli Məclis Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalının təsis olunmasını təsdiqləyib. SİA xəbər verir ki, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. İclasda “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi bir oxunuşda müzakirə olunub. Layihəyə əsasən, yubiley medalı ilə Azərbaycanın fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların…

Daha çox

“İnvestisiyaların böyük bir həcmi bu sahəyə yönəlib”

“Azərbaycanın enerji sektoru əsasən neft və qaz sektrou üzərində qurulduğuna görə demək olar ki, investisiyaların böyük bir həcmi bu sahəyə yönəlib. 2010-2020-ci illər arasında orta hesabla ölkəyə yatırılan 90 milyard manata qədər investisiyanın 85%-i neft və qaz sektrouna yönəlib. Bizim ölkənin inkişafına uyğun olaraq xarici investisiyalar, həmçinin donor təşkilatları prinsip əsası ilə bu sektora yönəlib”. Bu sözləri SİA-ya açıqlamasında enerji məsələləri üzrə ekspert Sadiq Həsənov deyib. Onun sözlərinə görə, 1994-cü ildə Azərbaycan və dünyanın tanınmış transmilli şirkətləri, həmçinin dövlətləri arasında 7,4 milyard dollar həcmində investisiya üçün “Əsrin müqaviləsi” imzalanıb: “Ümumi…

Daha çox