Rusiya XİN Ukraynalıların Aleşkiyə hücumuna cavab verib..?

…Rusiya Xarici İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində Oleşkiyə hücumu ilə bağlı bəyanat yayıb və bunu hərbi cinayət adlandırıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyi öz Telegram kanalında şəhərin atəşə tutulmasına cavab verib. …Ukraynalıların dinc rus əhalisinə qarşı növbəti qanlı hərbi cinayəti… Hücum bayram günlərində şəhər sakinlərinin alış-verişə getdiyi vaxt qəsdən həyata keçirilib. Bunu nəşr yazır. Departamentin əlavə etdiyi kimi, bütün məsuliyyət daşıyanlar Rusiyanın mövcud qanunvericiliyinə uyğun olaraq tapılacaq və mühakimə olunacaq. Onlar həmçinin beynəlxalq ictimaiyyəti və aidiyyatı qurumları hadisəyə reaksiya verməyə çağırıblar. Sonda Xarici…

Daha çox

Azərbaycan və Xorvatiya mərzçəkmə sahəsində təcrübə mübadiləsi aparıb

Azərbaycan və Xorvatiya arasında mərzçəkmə sahəsində təcrübə mübadiləsi aparılıb. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumata görə, qurumla Xorvatiyanın Dövlət Geodeziya İdarəsi arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə torpaqların idarə edilməsi, onların təyinatı üzrə istifadəsi, innovativ əmlak idarəetmə həlləri üzrə göstərilən elektron xidmətlər və bu sahədə tətbiq olunan yeniliklər, məkan vahidlərinin reyestri, mərzçəkmə sahəsində təcrübə mübadiləsi aparılıb. Tərəflər milli məkan məlumatları infrastrukturunun qurulması, Coğrafi İnformasiya Sistemi məlumatlarının və torpaqların idarə edilməsi, geodeziya və kadastr sahəsində ikitərəfli əməkdaşlıq təkliflərini nəzərdən keçiriblər.

Daha çox

Növbəti üç gün güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 2-4-də güclü külək əsəcək. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Gəncə, Naftalan, Goranboy, Mingəçevir, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hacıqabul, Neftçala, Salyan, Xızıda cənub-qərb küləyi əsəcək. Bununla yanaşı, Xaçmaz, Şabran, Siyəzən, Quba, Qusar, Qobustan, Şirvan, Şamaxı, İsmayıllı, Biləsuvar, Beyləqan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Saatlı, Sabirabad, İmişli, Bərdə, Tərtər və Ağdamda da cənub-qərb küləyi əsəcək, küləyin sürəti…

Daha çox

“Hazırda sənaye parkında 6 min 200-dən çox insan daimi işlə təmin olunub”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib. Onun sözlərinə görə, Sumqayıt Kimya Sənaye Parkı Cənubi Qafqazın ən böyük sənaye parkıdır ərazisi 613 hektardan çoxdur: “Burada 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Hazırda sənaye parkında 6 min 200-dən çox insan daimi işlə təmin olunub. Həmçinin növbəti mərhələdə Sənaye Parkına əlavə olaraq 515 milyon manat investisiyanın yatırılması, 2 min 700-ə yaxın daimi…

Daha çox

Azərbaycan və Şimali Makedoniya arasında ilk siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Şimali Makedoniyanın Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Şimali Makedoniya tərəfindən isə xarici işlər və xarici ticarət nazirinin müavini Zoran Dimitrovski rəhbərlik edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər və xarici ticarət nazirinin müavini Zoran Dimitrovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında mövcud ikitərəfli və çoxtərəfli gündəlikdə duran münasibətlər, habelə regional və qlobal inkişaflar…

Daha çox

Sabahdan bəzi rayonlara yağış və qar yağacaq

Sabahdan bəzi rayonlara yağış və qar yağacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra mayın 2-si axşam qərb rayonlarından başlayaraq 6-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Daha çox

Sabah Bakının iki rayonunda qaz olmayacaq

Sabah Bakının Nizami və Sabunçu rayonlarının bəzi küçələrin qaz təchizatında fasilə yaranacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Nizami rayonu, E.Süleymanov küçəsində qaz sızmasının aradan qaldırılması, Sabunçu rayonunda orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış cihazın demontaj olunması məqsədi ilə mayın 2-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Təmir-quraşdırma işləri aparılan müddətdə Nizami rayonu üzrə M.Şərifli, E.Süleymanov, R.Rüstəmov, Naxçıvanski küçələrinin, Sabunçu rayonu üzrə isə Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha çox

AQTA sədri Oğuzda vətəndaşları qəbul edəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Oğuz Olimpiya İdman Kompleksində mayın 15-i saat 10:00-da Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə SİA-ya agentlikdən məlumat verilib. Bildirilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq mayın 14-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.

Daha çox

Səbinə Əliyeva “Amnesty International” təşkilatının baş katibinə etiraz məktubu ünvanlayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatının baş katibi Aqnes Kallamarda açıq etiraz məktubu ünvanlayıb. SİA xəbər verir ki, məktubda sözügedən təşkilatın rəsmi internet səhifəsində yayımladığı 2024-cü il üzrə dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair hesabatında ölkəmizə dair həqiqəti əks etdirməyən, birtərəfli, qərəzli məlumatların yer almasının həmin təşkilatın insan hüquqları sahəsində obyektivlik və ədalət prinsiplərindən uzaq olduğunu bir daha sübut etdiyi qeyd olunub. Eyni zamanda, hesabatda deyilənlərin əksi olaraq, ölkəmizdə ötən il keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)…

Daha çox