Ukraynalılar da, ruslar da “Bizim istədiyimiz budur” deyirlər…

Rusiya və Ukrayna öz sülh təkliflərini irəli sürüblər. ABŞ Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli həllini tapmaq niyyətindədir. SİA-nın məlumatına görə, vitse-prezident J.D.Vens bunu Fox News-da yeni prezident administrasiyasının ilk 100 gününün nəticələrini müzakirə edərkən deyib. …Nümayiş üçün ilk addım hər bir tərəfin öz sülh planlarını irəli sürməsidir və baş verən də budur, -deyə Vance bildirib. …Ukraynalılar “Bizim istədiyimiz budur” deyirlər. Elə ruslar “Bizim istədiyimiz budur” deyirlər və indi diplomatiyanın işi hər hansı bir şəkildə iki tərəfi bir araya gətirməyə çalışmaqdır. Biz qarşıdakı 100 gün ərzində bu insanları bir araya…

Daha çox

“Çin Azərbaycanın müxtəlif sahələrində sərmaye qoymaq fikirindədir”

“Çin dünyanın iqtisadi güc mərkəzidir. Çin BMT-nin təhlükəsizlik şurasının daimi üzvüdür. Həmçinin Çin dünya siyasətində müstəqildir, heç bir hərbi blokalara qoşulmur. Belə bir dövlətlə Azərbaycanın ikitərəfli münasibətlərinin yaxşı olması, Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından maraqlarına uyğundur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib. Onun sözlərinə görə, Azərbaycan balanslaşdırılmış siyasət yerinə yetirir: “Azərbaycan çoxşaxəli öz iqtisadi və siyasi maraqlarını bütün qütb tərəfdarları ilə balanslaşdırır. O cümlədən Çin dövləti ilə Azərbaycanın münasibətlrinin yaxşı olması hər iki dövlətin, xüsusilə Azərbaycanın maraq dairəsindədir. Eyni zamanda Azərbaycanın Çinlə müttəfiqliyinin yaranması…

Daha çox

Danimarka müharibə vəziyyətində donanmasını sığortalamaq qərarına gəlib

Danimarka həm üçüncü ölkələrdə, həm də Danimarkanın özünün iştirakı ilə hərbi münaqişə təhlükəsi səbəbindən ticarət donanmasını sığortalamaq qərarına gəlib. SİA-nın məlumatına görə, Ritzau xəbər verir ki, müvafiq qanun layihəsini ölkə hökuməti təqdim edib. …Bu, lazımi təftişin aparılması ilə bağlıdır. “Bizim Danimarka ticarət donanmasının müharibə vəziyyətində fəaliyyətini davam etdirə bilməsi çox vacibdir. Qanun layihəsində ticarət donanmasına dəyən potensial zərərin ödənilməsi üçün ölkə büdcəsindən Danimarka Müharibə Sığortası İnstitutuna 6 milyard kron (1 milyard ABŞ dollarından az) məbləğində kredit ayrılması təklif edilir. Eyni zamanda, qurum sülh dövründə heç bir xərc çəkməyəcək. Bunu Danimarkanın…

Daha çox

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri xəttə buraxılacaq

Azərbaycan Dəmir Yolları QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını ödəmək üçün 9 və 11 may tarixlərində əlavə qatar reyslərini xəttə buraxacaq. SİA-nın məlumatına görə, ADY-dən bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkün olacaq. “Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”, – deyə əlavə olunub.

Daha çox

Vals və onun müavininin niyə işdən çıxarılması məlum olub…

…ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və onun müavini Aleks Vonq yaxın vaxtlarda vəzifələrindən gedəcəklər. SİA-nın məlumatına görə, CBS News bunu mənbələrə istinadən xəbər verir. Müşavir və onun müavininin yaxın 24 saat ərzində işdən çıxarılması gözlənilir. CBS News qeyd edir ki, məmurların gedişi Tramp administrasiyası tərəfindən “Siqnal” messencerində yazışmaların sızması ilə bağlı qalmaqala görə xarici təzyiqlərə – media və siyasi opponentlərə güzəştə getmək əvəzinə, yenidən təşkilatlanma kimi təqdim olunacaq. Aprel ayında CBS News, mənbələrə istinadla bildirmişdi ki, Vals telefon nömrəsinin qarışması səbəbindən Milli Təhlükəsizlik Şurasının sözçüsü…

Daha çox

Kamran Əliyev yenidən Baş prokuror vəzifəsinə təyin edilib

Kamran Bayram oğlu Əliyev Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatdığından Milli Məclis bugünkü plenar iclasında onun yenidən həmin vəzifəyə təyinatına razılıq verib.

Daha çox

Sankt-Peterburqda müəllim çatışmazlığı var…

İl ərzində şəhərdə müəllimlərə tələbat demək olar ki, 20 faiz artıb… …Deməli, rusların şimal paytaxtı dedikləri Sankt-Peterburqda müəllim çatışmazlığı var. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə hh.ru Mərkəzinin mətbuat xidmətinin rəhbəri, Şimal-Qərb Mariya Buzunova məlumat verib. Onun sözlərinə görə, bütövlükdə şəhərin əmək bazarında müəllim çatışmazlığı son bir ildə 19 faiz artıb. Bu ilin birinci rübünün nəticələrinə görə, Sankt-Peterburq işəgötürənləri 2,7 mindən çox müəllim axtarırdılar. Eyni zamanda, şəhərdəki müəllimlər artıq 60 min rubldan çox maaş alacağı planlaşdırılır. Belə ki, bir il ərzində orta…

Daha çox

“Ermənilər azərbaycanlıları amansızcasına qətlə yetiriblər…”

Türkiyənin aparıcı nəşrlərindən olan “Türkiye” qəzeti çoxmilyonlu auditoriyasını Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kütləvi məzarlıqların hələ də aşkar olunduğu, eləcə də ermənilərin törətdikləri vəhşiliklər barədə məlumatlandırıb. SİA xəbər verir ki, qəzet Şuşa və Xocalı şəhərləri yaxınlığında erməni vəhşiliyinin qurbanı olmuş azərbaycanlılara aid iki yeni kütləvi məzarlığın aşkar edilməsinə diqqət çəkib. Nəşr Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatlarına istinad edərək, eləcə də tapılan insan qalıqlarının şəkillərini paylaşaraq, Birinci Qarabağ müharibəsi zamanı öldürülmüş azərbaycanlıların işgəncələrə məruz qaldığını xüsusi vurğulayıb. “Ermənilər azərbaycanlıları amansızcasına qətlə yetiriblər”, – deyə…

Daha çox

Hazırda ölkə üzrə 16,000-dən çox istismar müddəti bitmiş bina mövcuddur

“Müxtəlif mənbələrin məlumatına görə, hazırda ölkə üzrə 16,000-dən çox istismar müddəti bitmiş bina mövcuddur. Son rəqəmlər artıq 16 min həddini keçib. Bu siyahıya sovet dövründə inşa olunmuş çoxmənzilli yaşayış binaları, eyni zamanda şəhər mərkəzində yerləşən bəzi açıq, köhnə binalar da daxildir”. Bu sözləri SİA-ya açıqlamasında əmlak üzrə ekspert Elnur Azadov deyib. Onun sözlərinə görə, mart ayında yaranmış vəziyyətlə əlaqədar olaraq Baş Nazirin sədrliyi ilə iclas keçirilmişdir: “Fövqəladə Hallar Nazirliyi həmin siyahıdan 197 binanı xüsusi olaraq seçərək qeydiyyata alıb. Bu binalarda yaşamaq artıq vətəndaşlar üçün təhlükəli hesab olunur və onların qısa…

Daha çox

Avropaya təhlükələr vəd edən YENİDƏN SİLAHLANMA

Avropa ölkələrinin hərbi baxımdan yenidən “güc” toplamaq, hansısa potensiala sahib olmaq, ən azından özünü müdafiə etmək adı altında silahlanmaq niyyətləri barədə artıq bir müddətdir ki, çox eşidirik. “Od olmasa tüstü çıxmaz” zərb məsəlində də deyildiyi kimi, əgər avropalıların hərbi güc, silahlanma istəyi olmasaydı, bu barədə heç bir spekulyasiyalara da rast gəlinməzdi. Rast gəliriksə, deməli, belə bir istək var və nədən irəli gəldiyi, nəyə görə olduğu, nələrə, xüsusən də hansı təhlükələrə səbəb olacağı barədə suallar da meydana çıxır. Belə məlum olur ki, həqiqətən də yenidən silahlanma Avropa üçün təhlükələr vəd edir……

Daha çox