Misirdə güclü qum fırtınası baş verib

Misirdə güclü qum fırtınası baş verib. SİA xəbər verir ki, fırtına səmanı narıncıya çevirib. Qum fırtınası xüsusilə ölkənin şimal-qərbində şiddətini artırıb. Nəticədə Es-Sallum şəhəri demək olar ki, qaranlığa qərq olub. Yerli hakimiyyət sakinlərə lazım olmadıqca küçəyə çıxmamaq barədə çağırış edib.

Daha çox

Balıq ovuna qadağa qüvvəyə mindi

Balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minib SİA xəbər verir ki, sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində…

Daha çox

Rəsmi Kiyev təbii ehtiyatların işlənməsinə dair ABŞ-la bağlayacaq sazişin şərtlərini açıqladı

Ukrayna hökuməti təbii ehtiyatlar üzrə gələcək Saziş çərçivəsində ABŞ-la İnvestisiyaların Bərpası Fondunun yaradılması haqqında sazişin imzalanması üçün zəruri olan qərarlar qəbul edib. SİA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal mətbuata açıqlamasında bildirib. Qeyd olunur ki, bu Fond 50/50 prinsipi əsasında yaradılır. Ukrayna dövləti də təbii sərvətlərə tam nəzarəti özündə saxlayır. Üstəlik, saziş ölkənin Avropaya inteqrasiya hərəkatını yavaşlatmamalıdır. Ukrayna hökumətinin başçısı bu sazişin əsasında duran beş əsas prinsipi sadalayıb: Bərabərlik: İnvestisiya fondu 50/50 əsasında yaradılır və hər iki tərəf bərabər səs hüququna malikdir. Nəzarətin saxlanması: Ukrayna yerin…

Daha çox

Vaşinqtonda ABŞ və Ukrayna arasında minerallara dair saziş imzalanıb

ABŞ və Ukrayna arasında minerallara dair saziş imzalanıb. SİA-nın məlumatına görə, həftələrdir üzərində danışıqlar gedən bu saziş ABŞ-a Ukraynanın nadir minerallarına və təbii sərvətlərinə çıxış imkanı verəcək. Aprelin 30-u ABŞ Xəzinədarlıq Departamentində imzalanan saziş çərçivəsində həm də ABŞ – Ukrayna İnvestisiyaların Bərpası Fondunun yaradılmasına dair razılığa gəlinib. Sazişi imzalayan Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko deyib ki, fond ölkəyə qlobal sərmayələrin cəlb edilməsinə yol açacaq. ABŞ xəzinədarlıq katibi Skot Bessent isə bildirib ki, Tramp administrasiyası uzunmüddətli perspektivdə azad, suveren və firavan Ukrayna naminə sülh prosesinə sadiqdir.

Daha çox

Ukraynadakı müharibədə nə qədər Şimali Koreya əsgəri həlak olub..?

“Reuters” bu rəqəmləri açıqlayıb… …Rusiyanın Ukraynaya qarşı müharibəsində 600-ə yaxın Şimali Koreya əsgəri həlak olub. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Reuters” xəbər verir ki, bu rəqəmi kəşfiyyat agentliyinin məlumatlarına istinadən Cənubi Koreyalı deputat Li Sun Kvun deyib. O, Şimali Koreya hərbçilərinin hazırkı itkilərinin “600-ə yaxını həlak olmaqla” 4700 nəfər olaraq qiymətləndirildiyini bildirib. …Öldürülənlərin cəsədləri Kurskda kremasiya edilib, sonra isə qalıqlar Şimali Koreyaya gətirilib. Bunu da Cənubi Koreyalı deputat bəyan edib. Li Sun Kvun əlavə edib ki, ilin əvvəlindən bəri təxminən 2000 əsgər Şimali…

Daha çox

The Economist: Tramp Putini “dişinə vurur”..?

…Donald Tramp Vladimir Putinə xoş münasibət göstərə bilər, lakin ABŞ prezidenti məhz tarif müharibələri ilə onu “dişinə vurdu”..? SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə The Economist xəbər verir. Rusiya iqtisadiyyatı kəskin şəkildə yavaşlayır… Ötən ilin sonundan etibarən Rusiya iqtisadiyyatı kəskin tənəzzülə uğrayıb. Goldman Sachs-ın tərtib etdiyi yüksək tezlikli indeksə əsasən, ÜDM-in illik artım tempi təxminən 5 faizdən sıfıra düşüb. Oxşar tendensiyalar Rusiyanın İnkişaf Bankı olan VEB tərəfindən də qeydə alınır. Sberbank-ın biznes aktivliyi göstəricisi də azalma göstərir. Səlahiyyətlilər ehtiyatlı danışsalar da, problemlərin mövcudluğunu etiraf edirlər: aprelin əvvəlində…

Daha çox

Rusiya Yanukoviçi necə hakimiyyətə qaytarmaq istəyirdi..?

Moskva işğaldan əvvəl siyasi əməliyyat hazırlayırdı..? …Rusiya keçmiş prezident Viktor Yanukoviçin hakimiyyətə qayıtması üçün siyasi əməliyyat hazırlayırdı. İdeya rejimin “qanuni” bərpası illüziyasını yaratmaq idi. SİA-nın məlumatına görə, bu barədə general-mayor İlya Pavlenko bu barədə RBC-Ukraynaya müsahibəsində danışıb. Rusiya hərbi müdaxiləyə hazırlaşmaqla yanaşı, həm də siyasi ssenarini – Viktor Yanukoviçin hakimiyyətə qayıdışını həyata keçirirdi. Onun sözlərinə görə, Yanukoviç Belarusda olub və Kiyevdə onun legitim prezident kimi tanınması ilə bağlı məhkəmə prosesi başlayıb. …Məhkəmə bu məsələyə baxmağa başladı və müşavirəyə getdi. Bu o demək idi ki, hakim hər an…

Daha çox

ABŞ Şimali Koreyanı Ukraynadakı müharibəni uzatmaqda ittiham edib…

Dövlət Departamenti təfərrüatları açıqlayıb… …ABŞ Dövlət Departamenti rəsmi olaraq bəyan edib ki, Şimali Koreya Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etməklə döyüşlərin uzanmasına kömək edir. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə aprelin 29-da Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus bildirib. …Hər şey olduqca sadədir. Şimali Koreya faydalı deyil. Onlar kömək etmir. Bu qırğına töhfə verən başqa ölkələr də var və onların hərəkətləri bunun davam etməsinə şərait yaradır. Üçüncü ölkələr, məsələn, Şimali Koreya Rusiya-Ukrayna müharibəsini davam etdirib və buna görə məsuliyyət daşımalıdır. Bunu deyən…

Daha çox

Ruslar Viber-i 800 min rubl cərimələyiblər…

…Moskvanın Taqanski Məhkəməsi Viber messencerini (Viber Media S.ár.l) ani mesajlaşma ilə bağlı öhdəliklərini yerinə yetirmədiyinə görə cərimələyib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb. Viber Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.39-cu maddəsinin 1-ci hissəsinə (“Ani mesajlaşma xidmətinin təşkilatçısı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi”) uyğun olaraq cinayət törətməkdə təqsirli bilinib. Ötən ilin sonunda Roskomnadzorun qərarı ilə Viber bloklanıb. Agentliyin məlumatına görə, messencer Rusiya qanunvericiliyinin messencerdən terror və ekstremist məqsədlər üçün istifadə, vətəndaşların onları törətməyə cəlb edilməsi, narkotik vasitələrin satışı ilə bağlı təhdidlərin…

Daha çox