Azərbaycan neftinin qiyməti 65 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,13 ABŞ dolları, yaxud 1,71 % azalaraq 65,13 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 63,28 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,12 ABŞ dolları və ya 1,74 % azalaraq 63,40 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

Nazir Anar Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yeni mərkəzi ilə tanış olub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nümayəndələri ilə görüş keçirilib. SİA xəbər verir ki, görüşdə Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdəki əlverişli mühitin həmkarlar ittifaqlarının səmərəli fəaliyyətinə və əmək hüquqlarının effektiv müdafiəsinə yaratdığı geniş imkanları, dövlətimizin bu sahəyə diqqət və qayğısını vurğulayıb. O, bildirib ki, sağlam və təhlükəsiz iş şəraitinin tam təmin olunması, ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, müalicə və istirahətinin səmərəli təşkili məqsədilə sanatoriya-kurort müəssisələrinin fəaliyyəti davamlı olaraq təkmilləşdirilir. Tədbirdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar və layihələr, “Kurort” Turizm…

Daha çox

Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq

Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq. SİA xəbər verir ki, bununla bağlı parlamentin mayın 1-nə təyin edilən plenar iclasının gündəliyində dəyişiklik edilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında təqdimata baxılıb və plenar iclasa tövsiyə olunub. Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti sabah başa çatır.

Daha çox

Əmtəə bazarlarında qızılın qiyməti 3 200 dollardan aşağı enib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 2,51% azalaraq 3 235,8 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 1,61% azalaraq 32,3 ABŞ dollarına bərabər olub.

Daha çox

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırd: 1. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində; 8. Yusif Səfərov küçəsi, mərkəz…

Daha çox

Bir sutkadan az müddətdə kosmosa 6 müxtəlif raket buraxılıb

Cəmi 17,5 saat ərzində dünyanın müxtəlif kosmodromlarından orbitə altı raket buraxılışı həyata keçirilib. Bu göstərici bir sutka ərzində həyata keçirilmiş raket buraxılışlarının əvvəlki maksimum sayını iki dəfə üstələyib. SİA xarici mediaya istinadla xəbər verir ki, missiyaların əksəriyyəti peyk internet şəbəkələrinin yerləşdirilməsi ilə bağlı olub. Görünür, kosmik trafikin bu qədər sıxlığı hələ başlanğıcdır. Belə ki, aprelin 29-da (Bakı vaxtı ilə saat 01:10-də) Çin Haynan adasında yerləşən Vençan kosmodromundan “Long March 5B” raketini orbitə buraxıb. Raket “Guowang” adlı genişzolaqlı əlaqə üçün nəzərdə tutulmuş böyük peyk şəbəkəsinin yaradılması məqsədilə bir qrup peyki Yerin…

Daha çox

Küçədə çılpaq gəzən cütlük saxlanılıb

Tailandda küçədə tamamilə çılpaq gəzən cütlük saxlanılıb. SİA xəbər verir ki, bu barədə “Bangkok Post” yazıb. Məlumata görə, aprelin 28-də Koh Phanqanda yolun ortasında çılpaq kişi və qadın görünüb. Yerli sakinlər bu barədə polisə məlumat veriblər. Hadisə yerinə gələn polis həmin an qucaqlaşmağa davam edən iki əcnəbini saxlayıb. Saxlanılanların Polşadan gələn turistlər olduğu üzə çıxıb. Saxlanılan 27 yaşlı kişi və 24 yaşlı qadın bir-birlərinə sevgilərini ifadə etmək üçün paltarlarını soyunaraq küçədə qucaqlaşdıqlarını bildiriblər. Cütlüyün narkotik testi mənfi olub. Bununla belə, kişi əlavə psixiatrik müayinəyə göndərilib, qadın isə 5000 bat (təxminən…

Daha çox

May ayı üçün maqnit qasırğası təqvimi

Maqnit qasırğaları insanların sağlamlıq vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. SİA xəbər verir ki, meteoroloqların fikrincə, may ayında Günəşdə çox sayda maqnit qasırğaları olacaq və onların təsiri Yerdə də hiss olunacaq. Onların sözlərinə görə, maqnit qasırğaları ayın əvvəlində, ortasında və sonunda müxtəlif intensivlikdə olacaq. Beləliklə, 2025-ci ilin mayında maqnit qasırğaları hansı tarixlərdə gözlənilir? 5-7 mayda güclü, 2, 18-20, 28 mayda orta intensivlikdə, 10 və 21 may tarixlərində isə zəif maqnit qasırğası müşahidə ediləcək. Maqnit qasırğaları – Günəş küləyinin kəskin zərbələrinə və təzyiqinə maqnitosferin verdiyi reaksiyadır. Yerin maqnit qalxanı Günəşin partlayışlar…

Daha çox

Husilər ABŞ-ın F-18 təyyarəsini vurduqlarını iddia etdilər

Ənsar Allah (Husi) hərəkatının üsyançılarının Qırmızı dənizdə ABŞ-ın “Harri Truman” təyyarədaşıyan gəmisinə hücumu nəticəsində Amerikanın F-18 qırıcısı vurulub. SİA xəbər verir ki, bu barədə Husilərin nümayəndəsi Yəhya Sariaya istinadən “Al Masirah” telekanalı məlumat yayıb. “Harry Truman” təyyarədaşıyan gəmisinə qarşı əməliyyat nəticəsində F-18 qırıcısı vurulub və ölkəmizə qarşı hava hücumunun qarşısı alınıb”, – Saria jurnalistlərə bildirib.

Daha çox

Rusiya və Ukrayna arasındakı müharibə nəhayət bitməlidir

“Türkiyə Rusiya və Ukrayna arasında atəşkəs müddətinin və çərçivələrinin genişlənəcəyinə ümid edir. Müvəqqəti atəşkəs uzunmüddətli sülhə yol aça bilər”. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyaya səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbəti zamanı bildirib. Türkiyə lideri xatırladıb ki, Ankara müharibə başlayandan Rusiya və Ukrayna arasında ədalətli və uzunmüddətli sülhün tərəfdarı olub. “Biz heç vaxt uzunmüddətli sülhlə bağlı ümidimizi itirməmişik. Ən şiddətli döyüşlər zamanı belə Ankara tərəfləri eyni masa arxasında toplamaqla sülh dialoqunun yenilənməsini təklif edib”, – deyə siyasətçi qeyd edib. Eyni zamanda o, xəbərdarlıq…

Daha çox