“Çin Azərbaycanın müxtəlif sahələrində sərmaye qoymaq fikirindədir”


“Çin dünyanın iqtisadi güc mərkəzidir. Çin BMT-nin təhlükəsizlik şurasının daimi üzvüdür. Həmçinin Çin dünya siyasətində müstəqildir, heç bir hərbi blokalara qoşulmur. Belə bir dövlətlə Azərbaycanın ikitərəfli münasibətlərinin yaxşı olması, Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından maraqlarına uyğundur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan balanslaşdırılmış siyasət yerinə yetirir: “Azərbaycan çoxşaxəli öz iqtisadi və siyasi maraqlarını bütün qütb tərəfdarları ilə balanslaşdırır. O cümlədən Çin dövləti ilə Azərbaycanın münasibətlrinin yaxşı olması hər iki dövlətin, xüsusilə Azərbaycanın maraq dairəsindədir.

Eyni zamanda Azərbaycanın Çinlə müttəfiqliyinin yaranması bir çox sahələrə özünü əks etdirir. Çin Azərbaycanın müxtəlif sahələrində sərmaye qoymaq fikirindədir. Bu sahədə dövlət başçımızın etdiyi səfərdə də bir daha onu göstərdi. Çinin Cənubi Qafqaza, xüsusilə Azərbaycana maraqları çox böyükdür. Ona görə ki, Azərbaycan Çinlə Orta Dəhliz barəsində ortaq fikir mübadiləsi aparır. Çünki Çin Avropa ilə nəqliyyat infrastrukturunun Azərbaycan üzərindən təhlükəsiz xətti ilə həyata keçirilməsinin marağındadır”.

Politoloq bildirir ki, Çin Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla münasibətini yüksək səviyyədə qurması, Çin dövlətinində marağındadır: ” Mən xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidentinin Çinə səfəri zamanı çox yüksək səviyyədə qarşılanma prosesi olub. Bu da Azərbaycan Prezidentinin nüfuzunun dünya auditoriyasında yüksək olmasından qaynaqlanır. Çin həm ərazi baxımından, həm əhali baxımından, həm hərbi qüvvə baxımından, həm də iqtisadi güc baxımından Azərbaycandan qat-qat güclü olan dövlətin Azərbaycan Prezidentini yüksək səviyyədə qarşılaması və ehtiramla münasibət bildirməsi Azərbaycan xalqına hörmət əlamətidir”.

Əlaqəli Xəbərlər