“Bu gün dünyada işçi qüvvəsi çox ciddi basqı altındadır”


“Mən indi Cenevrədə BMT-nin binasındayam. Bilirsiniz ki, 1 May Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günüdür və BMT tərəfindən elan olunub. Təəsüf ki, bu gün dünyada işçi qüvvəsi çox ciddi basqı altındadır”. Bu sözləri SİA-ya açıqlamasında “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.

Sahib Məmmədov sözlərinə belə davam edib: “Dünya həmkarlığı çöküb, işçi hüquqlarını müdafiə edən Həmkarlar İttifaqları ya transmilli şirkətlərin, ya da hökümətlərin təsiri altındadır. Ona görə də işçilərin hüquqlarının müdafiəsi getdikcə çətinləşir.

Süni intelektin 5-ci sənayə inqilabının təsirləri nəticəsində işçi əmək bazasında işçilərin kütləvi ixtisarı gedir. Əmək bazarında ciddi transformasiya baş verməkdədir. Ənənəvi işə götürən işçi münasibətlərindən kənar özünəməxsus məsafədən işləmək kimi işlər ortaya çıxmaqdadır. İnsanları, işçiləri, robotlar süni intelektlər əldə etməkdədir. Və buna görə də bu qlobal basqı genişlənir. Bu da öz növbəsində sosial gərkinliyi artırır və işçilərin hüquqlarını müdafiə etməsini çətinləşdirir. Bu bütün dünyada belədir. Təəsüf ki, bu Azərbaycan üçün də xarakterikdir və Azərbaycanda da deyək ki qeyri-formal əmək bazarının həcmi yüksək səviyyədə qalmaqdadır. Baxmayaraq ki, ƏƏSMN və DVX bu istiqamətdə çox ciddi nailiyyətlər əldə ediblər.

Son bir neçə ildə yalnız 400 minə qədər iş yerində ağardılıb, qeyri formal əmək bazarından formal əmək bazarına keçid edilib və s. Və yaxud da ki yeni iş yerləri açılıb. Amma buna baxmayaraq yenə də çətinliklər var. Bir çox hallarda əmək haqqını özəl sexdə ikilik vaxt əsasında verirlər. Həmkarlar İttifaqı isə işçilərinin müdafiəsində ən zəif bir yerdədir, yəni müdafiyə edə bilmir. Birincisi, kommersiya qurumlarının demək olar ki, əksəriyyətində Həmkarlar İttifaqı yoxdur. Həmkarlar İttifaqı əsasən yalnız dövlət orqanlarında və büdcə təşkillatlarındadır. Özəl sektorda isə qismən. Hətta orda olanlar da işçilərin hüquqlarını müdafiə etmək imkanında deyil”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər