“Çox təəssüflər olsun ki, boşanan insanlar bir müddət psixoloji gərginlik yaşayırlar. Elə psixoloji gərginliyin içərisində də, bəzən səhv addımlar atır və səhv qərarlar verirlər. O səhv qərarlar nədən ibarət olur. Bəzən bu məqamda belə müəyyən boşluqlara düşürlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, bir xanımın həyatında bir bəyin olması, bir bəyində həyatında bir xanımın olmasının boşluğunu yaşadığı anda, ani verəcəyi bir qərardan növbəti evliliyə doğru addım atırlar: “Çox təəssüflər olsun ki, bəzən də buevliliklər heç uğurlu alınmadığına görə, yenidən boşanmaya doğru üz tuturlar. Hətda bəzən elə insanlar olubdur ki, bizə müraciət edərkən bildirirlər ki, 9 il bundan öncə ayrılıblar, bu günkü gün müraciət edərkən barışmaq istədikdə belə artıq qarşılarında bir maneə olur ki, o maneə ikinci evlilikdir və dünyaya gələn iki uşaqdı. Baxın birinci evlilikdə bir uşaqın alimentini ödəyirdisə, ikinci evlilikdə yenidən birinci xanımına doğru addım atırsa, bu zaman iki uşaqın alimentini ödəməyi bir çətinlik görərək, həmin məsuliyyəti öz üzərində hiss etmədikdə hər ikisindən gərək üz döndərməlidir. Və ya həmin bəy düşünür ki, niyə mən birinci həyat yoldaşımdan ayrıldım. Bax bəzən bu etiraflarda olur. Buna görə də, psixi imunitetlər aşağı düşür, artıq əxlaq kontekslərinə belə təsir etməyə başlayır. Ona görə də, yaxşı düşünməli, yaxşı mütəxəsisə müraciət olunmalıdır. Hər iki cütlüyün yəni bəyində, xanımında psixoloji olaraq arada olacaq müəyyən yorğunluqlarını boşanmalara yox, müəyyən olarfaq bir-birinə vaxt verərək və bir-birindən bir neçə gün ayrı qalaraq və zehinlərini dincəldmələrinə önəm verməlidirlər. Bu zaman səhvlərini fərqinə vararaq o səhvlərdən nəticə çıxaraq evliliklərini xilas edə bilərlər və boşanmaya bilərlər”.