Maqnit qasırğaları insanların sağlamlıq vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. SİA xəbər verir ki, meteoroloqların fikrincə, may ayında Günəşdə çox sayda maqnit qasırğaları olacaq və onların təsiri Yerdə də hiss olunacaq. Onların sözlərinə görə, maqnit qasırğaları ayın əvvəlində, ortasında və sonunda müxtəlif intensivlikdə olacaq. Beləliklə, 2025-ci ilin mayında maqnit qasırğaları hansı tarixlərdə gözlənilir? 5-7 mayda güclü, 2, 18-20, 28 mayda orta intensivlikdə, 10 və 21 may tarixlərində isə zəif maqnit qasırğası müşahidə ediləcək. Maqnit qasırğaları – Günəş küləyinin kəskin zərbələrinə və təzyiqinə maqnitosferin verdiyi reaksiyadır. Yerin maqnit qalxanı Günəşin partlayışlar…
Daha çoxDay: May 1, 2025
Husilər ABŞ-ın F-18 təyyarəsini vurduqlarını iddia etdilər
Ənsar Allah (Husi) hərəkatının üsyançılarının Qırmızı dənizdə ABŞ-ın “Harri Truman” təyyarədaşıyan gəmisinə hücumu nəticəsində Amerikanın F-18 qırıcısı vurulub. SİA xəbər verir ki, bu barədə Husilərin nümayəndəsi Yəhya Sariaya istinadən “Al Masirah” telekanalı məlumat yayıb. “Harry Truman” təyyarədaşıyan gəmisinə qarşı əməliyyat nəticəsində F-18 qırıcısı vurulub və ölkəmizə qarşı hava hücumunun qarşısı alınıb”, – Saria jurnalistlərə bildirib.
Daha çoxRusiya və Ukrayna arasındakı müharibə nəhayət bitməlidir
“Türkiyə Rusiya və Ukrayna arasında atəşkəs müddətinin və çərçivələrinin genişlənəcəyinə ümid edir. Müvəqqəti atəşkəs uzunmüddətli sülhə yol aça bilər”. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyaya səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbəti zamanı bildirib. Türkiyə lideri xatırladıb ki, Ankara müharibə başlayandan Rusiya və Ukrayna arasında ədalətli və uzunmüddətli sülhün tərəfdarı olub. “Biz heç vaxt uzunmüddətli sülhlə bağlı ümidimizi itirməmişik. Ən şiddətli döyüşlər zamanı belə Ankara tərəfləri eyni masa arxasında toplamaqla sülh dialoqunun yenilənməsini təklif edib”, – deyə siyasətçi qeyd edib. Eyni zamanda o, xəbərdarlıq…
Daha çoxMisirdə güclü qum fırtınası baş verib
Misirdə güclü qum fırtınası baş verib. SİA xəbər verir ki, fırtına səmanı narıncıya çevirib. Qum fırtınası xüsusilə ölkənin şimal-qərbində şiddətini artırıb. Nəticədə Es-Sallum şəhəri demək olar ki, qaranlığa qərq olub. Yerli hakimiyyət sakinlərə lazım olmadıqca küçəyə çıxmamaq barədə çağırış edib.
Daha çoxMaskdan vida nitqi
Maskdan vida nitqi
Daha çoxBalıq ovuna qadağa qüvvəyə mindi
Balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minib SİA xəbər verir ki, sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində…
Daha çoxRəsmi Kiyev təbii ehtiyatların işlənməsinə dair ABŞ-la bağlayacaq sazişin şərtlərini açıqladı
Ukrayna hökuməti təbii ehtiyatlar üzrə gələcək Saziş çərçivəsində ABŞ-la İnvestisiyaların Bərpası Fondunun yaradılması haqqında sazişin imzalanması üçün zəruri olan qərarlar qəbul edib. SİA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal mətbuata açıqlamasında bildirib. Qeyd olunur ki, bu Fond 50/50 prinsipi əsasında yaradılır. Ukrayna dövləti də təbii sərvətlərə tam nəzarəti özündə saxlayır. Üstəlik, saziş ölkənin Avropaya inteqrasiya hərəkatını yavaşlatmamalıdır. Ukrayna hökumətinin başçısı bu sazişin əsasında duran beş əsas prinsipi sadalayıb: Bərabərlik: İnvestisiya fondu 50/50 əsasında yaradılır və hər iki tərəf bərabər səs hüququna malikdir. Nəzarətin saxlanması: Ukrayna yerin…
Daha çoxVaşinqtonda ABŞ və Ukrayna arasında minerallara dair saziş imzalanıb
ABŞ və Ukrayna arasında minerallara dair saziş imzalanıb. SİA-nın məlumatına görə, həftələrdir üzərində danışıqlar gedən bu saziş ABŞ-a Ukraynanın nadir minerallarına və təbii sərvətlərinə çıxış imkanı verəcək. Aprelin 30-u ABŞ Xəzinədarlıq Departamentində imzalanan saziş çərçivəsində həm də ABŞ – Ukrayna İnvestisiyaların Bərpası Fondunun yaradılmasına dair razılığa gəlinib. Sazişi imzalayan Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko deyib ki, fond ölkəyə qlobal sərmayələrin cəlb edilməsinə yol açacaq. ABŞ xəzinədarlıq katibi Skot Bessent isə bildirib ki, Tramp administrasiyası uzunmüddətli perspektivdə azad, suveren və firavan Ukrayna naminə sülh prosesinə sadiqdir.
Daha çoxUkraynadakı müharibədə nə qədər Şimali Koreya əsgəri həlak olub..?
“Reuters” bu rəqəmləri açıqlayıb… …Rusiyanın Ukraynaya qarşı müharibəsində 600-ə yaxın Şimali Koreya əsgəri həlak olub. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Reuters” xəbər verir ki, bu rəqəmi kəşfiyyat agentliyinin məlumatlarına istinadən Cənubi Koreyalı deputat Li Sun Kvun deyib. O, Şimali Koreya hərbçilərinin hazırkı itkilərinin “600-ə yaxını həlak olmaqla” 4700 nəfər olaraq qiymətləndirildiyini bildirib. …Öldürülənlərin cəsədləri Kurskda kremasiya edilib, sonra isə qalıqlar Şimali Koreyaya gətirilib. Bunu da Cənubi Koreyalı deputat bəyan edib. Li Sun Kvun əlavə edib ki, ilin əvvəlindən bəri təxminən 2000 əsgər Şimali…
Daha çoxThe Economist: Tramp Putini “dişinə vurur”..?
…Donald Tramp Vladimir Putinə xoş münasibət göstərə bilər, lakin ABŞ prezidenti məhz tarif müharibələri ilə onu “dişinə vurdu”..? SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə The Economist xəbər verir. Rusiya iqtisadiyyatı kəskin şəkildə yavaşlayır… Ötən ilin sonundan etibarən Rusiya iqtisadiyyatı kəskin tənəzzülə uğrayıb. Goldman Sachs-ın tərtib etdiyi yüksək tezlikli indeksə əsasən, ÜDM-in illik artım tempi təxminən 5 faizdən sıfıra düşüb. Oxşar tendensiyalar Rusiyanın İnkişaf Bankı olan VEB tərəfindən də qeydə alınır. Sberbank-ın biznes aktivliyi göstəricisi də azalma göstərir. Səlahiyyətlilər ehtiyatlı danışsalar da, problemlərin mövcudluğunu etiraf edirlər: aprelin əvvəlində…
Daha çox