Hindistan Fransadan 7,3 milyard dollarlıq hərbi təyyarə aldı


Hindistan və Fransa arasında 7,3 milyard dollarlıq müqavilə imzalanıb. SİA xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, müqaviləyə əsasən, Hindistan Fransadan 26 ədəd “Rafale Marine” təyyarəsi alıb. Hindistanla Pakistan arasında gərginliyin artması fonunda Yeni Dehlinin silahlanması narahatlıq doğurur.

Xatırladaq ki, bundan əvvəl Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif Hindistanla 2-3 gün ərzində müharibənin başlaya biləcəyini açıqlayıb.

Əlaqəli Xəbərlər