İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gəlib

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İran İslam Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Daha çox

Azərbaycan Ərzurumda İƏT-in Turizm nazirlərinin 6-cı iclasında iştirak edib

Azərbaycan aprelin 25-26-da Türkiyənin Ərzurum şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm nazirlərinin 6-cı iclası və İƏT-in turizm üzrə yüksək səviyyəli ekspertlərinin 8-ci iclasında iştirak edib. SİA bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. Məlumata görə, agentliyin sədri Fuad Nağıyev son illərdə İƏT ilə turizm sahəsi üzrə aparılan əməkdaşlığın gücləndirilməsi və ölkəmizin ev sahibliyi ilə təşkil edilmiş İƏT tədbirləri barədə məlumat verib, Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı seçilməsi çərçivəsində planlaşdırılan işlərdən bəhs edib. İclas zamanı Şuşanın turizm potensialını əks etdirən təbliğat videosu nümayiş etdirilib. Səfər çərçivəsində…

Daha çox

BƏT-lə əməkdaşlıq çərçivəsində 3-cü Layiqli Əmək üzrə Ölkə Proqramı imzalanacaq

Bu il BƏT-lə əməkdaşlıq çərçivəsində 3-cü Layiqli Əmək üzrə Ölkə Proqramı imzalanacaq. SİA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilənin 120 illiyi ilə əlaqədar keçirilən konfransda deyib. O qeyd edib ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının (BƏT) 59 Konvensiyasını və 1 Protokolunu ratifikasiya etməklə MDB ölkələri arasında ən çox BƏT-in standartlarını qəbul etmiş ölkələrdən biridir: “Hazırda BƏT-lə əməkdaşlıq çərçivəsində üçüncü Layiqli Əmək üzrə Ölkə Proqramının layihəsi hazırlanır və bu il sənədin…

Daha çox

Mikro-sığorta və Yeni Biznes Modelləri

“Blockchain — məlumatların dəyişdirilməsi mümkün olmayan bir sıra bloklarda təhlükəsiz şəkildə saxlanıldığı paylanmış (distributed) və təhlükəsiz (secure) verilənlər bazası texnologiyasıdır. Əsas xüsusiyyətləri bunlardır. Mərkəzsizləşdirilmişdir – yəni bir mərkəzi serverə bağlı deyil, bir çox kompüterdə (node-da) saxlanılır. Şəffafdır – istənilən iştirakçı (məhdudiyyətlərdən asılı olaraq) əməliyyatları görə bilər. Dəyişdirilə bilməzdir – bloklar bir-birinə zəncir kimi bağlıdır və əvvəldən yazılan məlumatlar dəyişdirilə bilməz. Təhlükəsizdir – şifrələmə texnologiyaları istifadə olunur. Məşhur istifadə sahələrinə Bitcoin və digər kriptovalyutalar daxildir, amma blockchain bundan çox daha geniş sahələrdə, o cümlədən sığorta sahəsində istifadə oluna bilər”. Bu sözləri…

Daha çox

Strateji tərəfdaşlıq: Azərbaycan-Çin əməkdaşlığı güclənir

Azərbaycan ilə Çin arasında dostluq və əməkdaşlıq münasibətləri uzun illərdir ki, davam edir. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və beynəlxalq təşkilatlarda əməkdaşlıq edirlər. Məlumdur ki, Azərbaycan ilə Çin arasında diplomatik münasibətlər 1992-ci ilin aprel ayının 2-də qurulub. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycan Respublikasında səfirliyi açılıb. 1993-cü ilin sentyabrın 3-də isə Azərbaycan RespublikasınınMilli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib. Əlbəttə ki, Azərbaycan-Çin münasibətlərinin formalaşmasında və inkişafında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri danılmazdır.Ulu Öndərin 1994-cü ildə Çinə rəsmi səfəri iki ölkə arasında münasibətlərin təməlini təşkil…

Daha çox

“Adam tanıyıram müdirə gəlib deyir ki,…”

Müğənni-gitarist Şahin Sadiqin SİA-ya müsahibəsini təqdim edirik: – Gənc ifaçılar niyə bu qədər qınaq obyektinə çevrilirlər? – Mən də gənc ifaçı olaraq cavab verəcəm. Düşünürəm ki, keçmiş zamanlarda gözəl sənətçimiz Zeynəb Xanlarova var idi, bu gün keçmişə baxdıqda sadəcə olaraq Zeynəb Xanlarova xatırlanır. Halbuki həmin dönəmdə də bir sıra xanım ifaçılar var idi ki, səhnəyə çıxsaydılar, bu gün tanınardılar. Tanınmış ifaçılarımız çoxdur. Sadəcə olaraq bu gün Zeynəb Xanlarovanın adı səslənir. İndi də ifaçı çoxalıb, yerindən duran hamı özünü müğənni adlandırır. Efirlərdə biabırçılıq baş alıb gedir. Məsələn, səsi olmayan ifaçını dəvət…

Daha çox

Biz elektronlaşdırmanın işçi sağlamlığına və təhlükəsizliyinə təsirini dəstəkləyirik

“Azərbaycan və Türkiyə Prezidentləri cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın güclü iş birliyi, uzun illərə dayanan dostluqları hər sahədə olduğu kimi, iş sağlığı və təhlükəsizliyi sahəsində də önəmli işlər görülüb”. SİA xəbər verir ki, bunu Türkiyə Respublikasının Əmək və Sosial müdafiə naziri Vedat İşıqhan “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, dünyamız hər sahədə olduğu kimi işçilik sahəsindədə dəyişim dövründədir: “Süni zəka və elektronlaşdırma sadəcə istehsal sahəsində deyil, eyni zamanda işçinin sağlamlığı və təhlükəsizliyi sahəsində dəyişməkdədir. Biz cənab Rəcəb Tayyib Ərdoğanın başçılığı…

Daha çox

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi çağırış edib

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev dünya ölkələri və təşkilatlarını Qlobal Cənubu dəstəkləməyə çağırıb. SİA xəbər verir ki, o, bununla bağlı aprelin 28-də Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransında çıxışında bildirib. “Qlobal Cənub QHT Platformasına üzv təşkilatları və digər ölkələri birliyə çağırıram. Çünki deyilən hər fikir və ideya bu dəqiqə bizim üçün böyük önəm daşıyır”, – M.Babayev qeyd edib. Prezidentin nümayəndəsi xatırladıb ki, COP29 dövründə əsas məqsədlərdən biri dəstəyə ehtiyacı olan ölkələrə maliyyə proqramının razılaşdırılması idi: “Bu dövrdə iqlim dəyişiklikləri çağırışlarında QHT-lər, yerli təşkilatlar, gənclər təşkilatları bizimlə…

Daha çox