Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün tərəflər üçün böyük səmərə gətirəcək

Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün tərəflər üçün böyük səmərə gətirəcək. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla birgə mətbuat konfransında danışıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu layihə üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirir.

Daha çox

“Milli mətbuatımızın inkişafı hər şeyi ifadə edir”

Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırıb. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Odur ki, Prezident İlham Əliyev milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması…

Daha çox

Azərbaycan və Dünya Bankı dayanıqlı maliyyələşmə mənbələrinin genişləndirilməsini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı Qrupu arasında dayanıqlı maliyyələşmə mənbələrinin genişləndirilməsi müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov ABŞ səfəri çərçivəsində Dünya Bankı Qrupunun prezidenti Acay Banqa ilə görüşdə iştirak edib. Görüşə Dünya Bankına daxil olan təşkilatların, eləcə də Azərbaycanın da təmsil olunduğu Seçki Qrupuna üzv ölkələrin mərkəzi bankları və maliyyə nazirliklərinin rəhbər şəxsləri qatılıb. Qlobal maliyyə gündəminin mühüm mövzularının müzakirə olunduğu bu görüşdə regional tərəşdaşlığın möhkəmləndirilməsinin və dayanıqlı maliyyələşmə mənbələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Cənab Banqa innovativ texnologiyaların,…

Daha çox

Mərkəzi Asiyada nüfuz savaşı

Son 10 ildə Mərkəzi Asiya respublikalarına (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan) rəsmi inkişaf yardımının (RİY) ümumi həcmi mütləq ifadədə 21 milyard dolları ötüb. Eyni zamanda, bu ölkələrin xarici yardımdan asılılığı zaman keçdikcə azalıb. ABŞ-ın xarici yardım proqramlarını azaltmaq siyasəti postsovet ölkələrinə beynəlxalq dəstəyin azalmasına səbəb olacaq. Eyni zamanda, Pekin, Brüssel və Moskva öz iqtisadi təsirlərini gücləndirməyə cəhd edə bilərlər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) hesabatlarına görə, rəsmi donorların ümumi beynəlxalq yardımı son beş ildə ilk dəfə azalıb. 2024-cü ilin sonuna qədər o, 2023-cü illə müqayisədə 7% azalıb. Rəsmi inkişaf…

Daha çox

Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır

“Nazirlik tərəfindən əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədi ilə davamlı tədbirlər görülür. Hazırda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklərə əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əmək haqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əmək haqqının ödənilməsi, ailə vəzifələri olan işçilərə və qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması ilə bağlı müddəaların təsbiti və s. məsələlər nəzərdə tutulur”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial müdafiə naziri Anar Əliyev “Rəqəmsallaşma və Süni İntellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, əmək münasibətlərində rəqəmsal texnologiyaların…

Daha çox

Təmizlik vasitələri necə istehsal olunur?

Azərsun Kağız Karton İstehsalat Korporasiyasının nəzdində fəaliyyət göstərən Təmizlik Vasitələri fabrikində jurnalistlər üçün görüş təşkil edilib. SİA xəbər verir ki, görüş çərçivəsində, media nümayəndələrinə fabrikin istehsal prosesi ilə yaxından tanış olmaq imkanı yaradılıb. Eyni zamanda, istehsal olunan markalar və bu məhsulların keyfiyyət standartları barədə geniş məlumat verilib. 2022-ci ildən fəaliyyətə başlayan müəssisənin çox qısa müddət ərzində Azərbaycanda təmizlik vasitələri sahəsində aparıcı mövqeyə yüksəldiyi vurğulanıb. Hazırda fabrikin illik istehsal gücü 22 min ton təşkil edir və bu məhsullar istehlakçılar tərəfindən yüksək qiymətləndirilir. Fabrikin müasir texnologiyalarla təchiz olunmuş istehsal xəttində İtaliya və…

Daha çox

“Azərbaycan heç zaman İrana qarşı olunan kampaniyalarda iştirak etməyib”

“Azərbaycan və İran tarixi qonşulardır. Onların münasibətləri regionda situasiyanın necə olacaqına çox ciddi təsir göstərir. Dövlətimiz qonşu ölkə ilə münasibətlərini hər zaman mehriban qonşuluq münasibətində qurulmasına çalışıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, İran tərəfi bunu hər zaman öz siyasətində hiss edib: “Azərbaycan heç bir zaman İrana qarşı olunan kampaniyalarda iştirak etməyib və Qərb dünyasının İranla münasibətlərinin danışıqlar yolu, beynəlxalq hüquq normaları ilə həll edilməsinin tərəfdarı olub. İranın yeni seçilmiş prezidentinin Azərbaycana bu gün başlanan səfərinin, iki ölkə arasında münasibətlərdə yeni səhifə açacağına inanıram.…

Daha çox

Azərbaycan süni intellekt sahəsində regionda liderlərdən biri olacaq

“Azərbaycan süni intellekt sahəsində regionda liderlərdən biri olacaq”. SİA xəbər verir ki, bunu “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfransda Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycanda 2025–2028-ci illər üçün süni intellekt Strategiyası təsdiq edilib: “Əminik ki, bu strategiyanın həyata keçirilməsi ölkəmizi süni intellekt texnologiyalarının inkişafı sahəsində regionda liderlərdən birinə çevirəcək”.

Daha çox

Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri artıb

Bu gün yeni çağırışlar böyük qayıdış prosesi çərçivəsində meydana çıxdığından bəzi məsələlər kollektiv müqavilələrdə də öz əksini tapmalıdır. SİA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri artıb: “İşçi hüquqlarını yeni çağırışlara uyğunlaşdırmalı, işçiləri rəqəmsal mühitə hazırlamalıyıq. İnsanların “smart kənd”də yaşamağa alışması üçün addımlar atmalıyıq. Bunun üçün yeni layihələr reallaşdırılmalıdır. Orada yaşayan ailələrin, bərpa və minatəmizləmədə iştirak edən insanların hüquqlarının…

Daha çox

Müəssisə və təşkilatlarda aşkar edilən pozuntuların 85 %-i aradan qaldırılıb

Azərbaycanda 2024-cü il ərzində texniki əmək müfəttişləri tərəfindən yoxlama aparılan müəssisə və təşkilatlarda aşkar edilmiş 1 454 pozuntunun 85 %-i aradan qaldırılıb. SİA xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 436 müəssisə və təşkilatda yoxlamalar aparılıb: “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası qarşısında duran əsas vəzifələrdən biri iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradırılması, işçilərin bədbəxt hadisələrlə qarşılaşmaması üçün öncədən lazımi tədbirlərin həyata keçirilməsi ilə ictimai nəzarətin təmin edilməsidir. Bununla əlaqədar…

Daha çox