“Çin ilə Azərbaycan ənənəvi dostluğu daha da inkişaf etdirmək, strateji qarşılıqlı etimadı möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığı yüksək səviyyəyə çatdırmaq, miqyasını artırmaq niyyətindədirlər. Çinin Azərbaycanla təmiz enerji, rəqəmsal texnologiyalar və rəqəmsal iqtisadiyyat sektorunda əməkdaşlığı dərinləşdirməyə hazırdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində ölkələrimiz arasında münaibətlərin yüksək səviyyədə olduğunu bildirib: “Prezident qeyd edib ki, biz Heydər Əliyevin yolunu davam etdiririk. Azərbaycanın xarici siyasətində Çin xüsusi yeri var. Dövlətimizin başçısı deyib ki, ötən illər ərzində dünya, o cümlədən Azərbaycan…
Daha çoxDay: April 28, 2025
Dövlət Xidmətinin qadın hərbi qulluqçuları akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər
Aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümüdür. SİA xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qadın hərbi qulluqçuları Fəxri xiyabanda akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Qeyd edək ki, Zərifə xanımın alim kimi qazandığı böyük uğurlar, zəngin elmi fəaliyyəti Azərbaycan tibb elmi tarixinin mühüm bir mərhələsini təşkil edir. İstedadlı alim oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Onun xatirəsi hər zaman hörmətlə anılacaq.
Daha çoxBakıda IOTA-nın 29-cu Baş Assambleyası keçiriləcək
İyunun 17-19-da Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 29-cu Baş Assambleyası keçiriləcək. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, “Sürətlə dəyişən mühitdə uyğunlaşan və çevik vergi administrasiyası” mövzusunda təşkil ediləcək tədbirdə vergi administrasiyalarının müasir çağırışlara vaxtında cavab vermək üçün istifadə edə biləcəyi innovativ yanaşmalar və alətlər diqqət mərkəzində olacaq, innovasiyaların təcrübədə tətbiqi, vergi inzibatçılığında çevik metodlar və alətlər barədə təqdimatlar nümayiş etdiriləcək. Tədbir çərçivəsində vergi administrasiyalarına daha sürətli uyğunlaşma, konstruktiv qərarların qəbulu, innovasiyaların təşviqi, səriştələrin artırılması və işçi qüvvəsinin planlaşdırılmasını optimallaşdırmağa imkan verən…
Daha çoxİran Prezidentinin Azərbaycana səfəri qarşılıqlı münasibətlərin inkişafında çox böyük rol oynayacaq
İran Prezidentinin Azərbaycana səfəri qarşılıqlı münasibətlərin inkişafında çox böyük rol oynayacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla birgə mətbuat konfransında danışıb. Dövlət başçısı İranda baş verən partlayışa da diqqət çəkərək qonşu ölkəyə bir daha başsağlığı verib: “Allah xalqlarımızı bu bəlalardan qorusun və həmişə bölgəmizdə sülh olsun”.
Daha çoxVilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 27-də və 28-də Tovuz Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. SİA xəbər verir ki, nazir Tovuz Rayon Polis Şöbəsində Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa rayonlarından və digər bölgələrdən qəbula gələn 153 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb. Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarına xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Vətən müharibəsinin 36 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə…
Daha çoxDonald Trampın 100-cü gününə
Bu həftə Donald Trampın prezidentliyinin 100 günüdür. Aprelin 27-də Ağ Ev rəhbəri Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və Moskvaya qarşı əlavə sanksiyaların tətbiqini istisna etməyib. Bu arada Kreml Ukrayna ətrafında sülh yolu ilə nizamlanma üzrə məsləhətləşmələrin davam etdiyini təsdiqləyib. Bununla belə, danışıqlar yalnız diskret formatda aparılmalıdır. Hələlik nailiyyətlər azdır, lakin nikbinlik üçün hələ də əsas var. Donald Tramp və Vladimir Zelenski Vatikandakı Müqəddəs Pyotr Bazilikasının əzəmətli interyeri fonunda stullarda oturaraq qısa görüş keçiriblər. Onlar 15 dəqiqə tərcüməçisiz üzbəüz ünsiyyət qurublar. Dünya diplomatiyasında olduqca qeyri-adi bir hal. Ukrayna prezidenti söhbəti…
Daha çoxƏmək Məcəlləsinə dəyişikliklər ediləcək
Hazırda Əmək Məcəlləsinə 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. SİA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilənin 120 illiyi ilə əlaqədar keçirilən konfransda deyib. O bildirib ki, nazirlik tərəfindən əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədi ilə davamlı tədbirlər görülür: “Hazırda Əmək Məcəlləsinə 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklərə, əsasən, məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə vəzifələri olan işçilərə və qadınlara qarşı…
Daha çoxAzərbaycan və Macarıstan yeraltı suların xəritələşdirilməsini müzakirə edib
Azərbaycan və Macarıstan arasında yeraltı suların xəritələşdirilməsi müzakirə edilib. SİA bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir. Məlumata görə, bu gün qurumun tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin rəisi Rafiq Aslanov Macarıstanın Azərbaycandakı səfiri Tamas Tarmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə xidmətin rəis müavini Tural Abbasov, səfirin attaşesi Daniel Brenner, “Geogold Karpatia” şirkətinin rəhbərliyi və digər nümayəndələr iştirak ediblər. Görüş zamanı əsas müzakirə mövzular sırasında yeraltı suların xəritələşdirilməsi, bu çərçivədə yeraltı sularla bağlı faktiki materialların toplanması, onların yatma dərinliyi və minerallaşma səviyyəsinə dair…
Daha çoxMəsud Pezeşkian Azərbaycan Prezidentinə təşəkkür edib
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə İran-Azərbaycan münasibətləri və regionla bağlı uzaqgörən baxışlarına görə təşəkkür edib. SİA xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında danışıb. Onun sözlərinə görə, iki ölkə çox sayda ortaq maraqlara malikdir: “Biz əlaqələrimizi daha da inkişaf etdirməyə səy göstərəcəyik. Çünki iki ölkənin əlaqələrindən inkişaf üçün istifadə edə bilərik”.
Daha çoxSəkidə skuter sürənləri hansı cəzalar gözləyir?
“Vaxt gələcək, bəlkə də şəhərin mərkəzində səkidə skuter sürənlər də öz əhəmiyyətini itirəcək. Çünki şəhər mərkəzində yollar onsuz da dardır və bir çox problemləri köklü şəkildə həll etmək mümkün deyil. Ona görə də yolları daraltmaqla böyük nəticələr əldə etmək mümkün deyil”. Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. Onun sözlərinə görə, bəzi məsələlər var ki, onları köklü şəkildə həll etmək lazımdır və bu məsələlər, açığı, çox da böyük əhəmiyyətli məsələ kimi görünmür: “Çoxları deyir ki, biz skuterlə gedirik və ya velosipedlə işə gedirik.…
Daha çox