İran Prezidentinin Azərbaycana səfəri əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla birgə mətbuat konfransında deyib. Dövlət başçısı vurğulayıb ki, hər iki tərəf əlaqələrin inkişafına çalışmalıdır və çalışır: “Bu gün imzalanan sənədlər onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Məramımız, məqsədimiz birdir, yəni İran-Azərbaycan əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır və bunun üçün də aidiyyəti üzrə göstərişlər bu gün verildi. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayır, bu gün möhkəm təməl üzərində əlaqələrimiz inkişaf edir”, – dövlət…
Daha çoxDay: April 28, 2025
Dünən “qayıdır” yazmışdıq, bu gün təzələyirik: “qayıtmayacaq”!?.
…Deməli, SİA olaraq ötən gün rus nəşrlərinin yazdığına istinadən “McDonald’s”-un guya Rusiyaya qayıtmaq üçün minnətçi düşdükləri barədə balaca bir yazı vermişdik… …Amma Amerikanın “McDonald’s” fast food restoranlar şəbəkəsi Rusiyada fəaliyyətini bərpa etməyi planlaşdırmır. …Bizim mövqeyimiz aydındır və dəyişməz olaraq qalır. Bu, korporasiya X-də Ukrayna bölməsinin səhifəsində dərc olunan bəyanatda deyilir. …Bir gün əvvəl məlum olub ki, şirkət Rusiyada ticarət nişanlarını qeydiyyata almaq üçün ərizə verib. Bu da, onun geri dönüşü üçün zəmin hazırladığına dair şayiələrə səbəb oldu. “McDonald’s” izah edib ki, onlar sadəcə olaraq markanın icazəsiz şəxslər tərəfindən istifadə edilməsinin…
Daha çoxNümayəndə heyəti Türkiyədə beynəlxalq konqresdə iştirak edib
Aprelin 24-25-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin dəvəti ilə “Ətraf mühit hüququnun müasir problemləri” mövzusunda keçirilən beynəlxalq konqresdə iştirak edib. SİA xəbər verir ki, 15-dən çox ölkədən hüquqşünas alimlərin, vəkillərin iştirak etdiyi beynəlxalq tədbirə Kollegiyanın sədri Anar Bağırovla yanaşı, ARVK Vəkillərin İxtisas Komissiyasının sədri professor Turqay Hüseynov və ARVK Aparat rəhbərinin müavini Səttar Məmmədov da qatılıb. Konqresin açılış mərasimində Dokuz Eylül Universitetinin dekanı, professor Mehmet Refik Korkusuz çıxış edərək iştirakçıları salamlayıb,…
Daha çoxBirbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
Sahibkarlara əlverişli və rahat bankçılıq xidmətləri təqdim edən Birbank Biznes bu dəfə Gəncə şəhərində və ətraf regionlarda yaşayan sahibkarlar üçün satış yarmarkası təşkil etdi. Bankın dəstəyi ilə həyata keçirilən layihə “Pasha Malls” və “Pasha Real Estate”in tərəfdaşlığı ilə “Gəncə Mall”da baş tutdu. Layihənin əsas məqsədi regionda fəaliyyət göstərən sahibkarın bizneslərini və şəxsi inkişafını dəstəkləmək idi. 30-a yaxın sahibkarın ödənişsiz qoşulduğu tədbir yerli sakinlər tərəfindən böyük maraqla qarşılandı. Yarmarka sahibkarlara yeni tanışlıqlar, biznes əlaqələri qurmaq, məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim etmək imkanı yaratdı. Layihə ilə bağlı fikirlərini bölüşən Kapital…
Daha çoxQlobal güclər yeni qlobal konsensusa doğru
Ukrayna, Tayvan və Suriya yerinə Qrenlandiya və Fələstin? ABŞ Rusiya, Çin və Türkiyə ilə yeni qlobal konsensusa doğru irəliləyir. Tramp artıq Krımı Rusiyaya, Tayvanı Çinə, Suriyanı Türkiyəyə verib və bunun müqabilində Kanada, Panama kanalı və Qrenlandiyanı alacağını gözləyir. Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı, 15 iyul 2016-cı il çevriliş cəhdinin yatırılmasından sonra Türkiyənin Liviya, Qarabağ və Suriyadakı hərəkətləri, Çinin “Kəmər və Yol” təşəbbüsü, Cənubi Çin dənizində hərbi güclənməsi, Hind regionunda tarazlığı sarsıdan və “Belə” strategiyası kimi hadisələr ABŞ-ın qlobal povestini ciddi şəkildə sarsıtdı. Tayvan. Birləşmiş Ştatlar bu sarsıntılara cavab verməyə çalışdı,…
Daha çoxSəhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib
Aprelin 28-də Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, akademik Zərifə xanım Əliyevanın anadan olmasından 102 il keçir. Səhiyyə Nazirliyinin rəhbərliyi bu münasibətlə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və tər çiçəklər düzülüb. Həmçinin görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin də məzarları üzərinə tər çiçəklər qoyulub. Akademik Zərifə xanım Əliyevanın…
Daha çoxÇin Azərbaycanla BOEM sahəsində fəal əməkdaşlığa ümid edir
Çin Azərbaycanla bərpa olunan enerji mənbələri (BOEM) sahəsində əməkdaşlığın fəal inkişafına ümid edir. SİA xəbər verir ki, bu barədə Çinin Bakıdakı səfiri Lu Mey bu gün keçirdiyi mətbuat konfransında bildirib. Diplomatın sözlərinə görə, təmiz enerji sahəsində əməkdaşlıq Çin və Azərbaycan arasında praqmatik münasibətlərdə mühüm yer tutur. “Çin Azərbaycanla BOEM sahəsində əməkdaşlığın fəal inkişafına, iki ölkənin enerji transformasiyasına və davamlı sosial-iqtisadi inkişafına dəstək verməyə, həmçinin birlikdə təmiz enerji sahəsində qlobal tərəfdaşlığın yaradılmasına ümid edir”, – səfir qeyd edib. O vurğulayıb ki, iki ölkənin “yaşıl inkişaf” konsepsiyaları əhəmiyyətli dərəcədə üst-üstə düşür və…
Daha çoxİran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək
İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək. SİA xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında danışıb. “Yaxın gələcəkdə qardaşımın yenidən qonağı olacağam. Burada mən özümü yad hiss etmirəm. Hazırda İranda baş verən partlayışa görə çox qala bilmirəm”, – o əlavə edib.
Daha çoxBursada istehsal olunan 10 avtomobildən 6-sı xaricə göndərilib
OYAK Renault və TOFAŞ fabriklərinin yerləşdiyi Bursada ilin ilk 3 ayında gündəlik istehsal edilən 1206 avtomobildən 731-i ixrac edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, avtomobil İstehsalçıları Dərnəyinin (OSD) məlumatlarından toplanan məlumata görə, bu ilin ilk rübündə Türkiyədə 220 min 927 avtomobil və traktor olmaqla 352 min 299 avtomobil istehsal edilib. İstehsal edilən 352 299 avtomobildən 257 212-si, yəni 73 faizi xaricə satılıb. Avtomobil sektorunda istehsal olunan 220 927 ədəd nəqliyyat vasitəsinin 149 843 ədədi ixrac edilib. Avtomobillərdə ən yüksək istehsal 90.245 ədədlə Bursada fəaliyyət göstərən OYAK Renault tərəfindən…
Daha çoxDSMF beynəlxalq müsabiqədə iki mükafata layiq görülüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Birləşmiş Krallığın “Pan Finance” beynəlxalq maliyyə və biznes analizi platformasının “Pan Finance Awards 2025” beynəlxalq müsabiqəsində iki kateqoriya üzrə qaliblər sırasına daxil edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Fond müsabiqənin “Avrasiya regionu üzrə 2025-ci ilin Pensiya Xidmətləri İnnovatoru” ali mükafatına və Avrasiya regionu üzrə Sosial İnklüzivlik və Rəqəmsal Rifah sahəsində Mükəmməllik Mükafatına layiq görülüb. Müsabiqədə DSMF ilə yanaşı, ABŞ, İsveçrə, Braziliya, Səudiyyə Ərəbistanı, BƏƏ, Birləşmiş Krallıq və digər ölkələri təmsil edən sığorta və investisiya qurumları,…
Daha çox