Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 102 ili tamam olur. SİA xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvanın Şərur rayonunda anadan olub. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanıb və yüksək qiymətə layiq görülüb. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapıb. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası…

Daha çox

ABŞ-da atışma baş verdi – 1 ölü, 11 yaralı var

ABŞ-ın Myrtle Beach şəhərində (Cənubi Karolina) atışma baş verib. SİA xəbər verir ki, bu barədə yerli WMFB telekanalı məlumat yayıb. Səlahiyyətlilər və polis bir nəfərin öldüyünü, 11 nəfərin yaralandığını təsdiqləyib. Xəsarət alan 11 nəfərə tibbi yardım göstərilir. Telekanalın məlumatına görə, zabitin cavab atəşi nəticəsində güllələnən şəxs aldığı yaralardan dünyasını dəyişib. Atışma şənbə günündən bazar gününə keçən gecə, hüquq-mühafizə orqanlarının əməkdaşları küçədə insanların nizamsız davranışına reaksiya verərkən baş verib.

Daha çox

Hindistan raket buraxılışlarını sınaqdan keçirdi

Hindistan Pakistanla gərginliyin artması fonunda raket buraxılışlarını sınaqdan keçirib. SİA xəbər verir ki, bu barədə Hindistan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi məlumat verib: “Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmiləri platformaların, sistemlərin və ekipajın uzunmənzilli dəqiq hücum zərbəsinə hazır olduğunu təsdiqləmək və nümayiş etdirmək üçün uğurlu çoxsaylı gəmiəleyhinə atışlar həyata keçirib”.

Daha çox

Temperatur 8° enəcək – Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. SİA xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

Daha çox

Vaşinqton münaqişə bitdikdən sonra Moskva ilə ortaq biznesi nəzərdən keçirir..?

…Planla tanış olanların fikrincə, Tramp administrasiyası Rusiya ilə enerji əməkdaşlığına böyük əhəmiyyət verir və bunu iqtisadi artıma böyük təkan kimi görür. O, həm də Ukrayna böhranının həllinə Kremli cəlb etmək üçün bir vasitə kimi qiymətləndirilir. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, təklif olunan sülh sazişi ABŞ-ın Arktika regionunda, eləcə də neft, qaz və nadir metallar sektorlarında birgə müəssisələri əhatə edən tərəfdaşlıq təklifi ola bilər. Qeyd edilməlidir ki, insayderlər adlarını açıqlamamağa üstünlük veriblər, çünki bu təfərrüatlar hələ geniş ictimaiyyət üçün nəzərdə tutulmayıb. …Prezident Trampın sülh sazişinin potensial iqtisadi faydaları ilə…

Daha çox

“Apple” bütün “iPhone” komplektini Çindən Hindistana köçürür..?

Şirkət Çindən asılılığını azaltmağa çalışır… …“Apple” şirkəti Donald Trampın ticarət müharibəsi fonunda ABŞ-da satılan bütün “iPhone”ları yığıb Hindistana köçürməyi planlaşdırır. SİA-nın məlumatına görə, bu barədə Financial Times yazır. Bu gün şirkət iPhone-larının əksəriyyətini hələ də Çində yığır. Şirkət ABŞ-da ildə 60 milyondan çox iPhone satır, lakin gələn ilin sonuna qədər onların hamısı Hindistanda istehsal oluna bilər, çünki Apple ABŞ və Çin arasında artan ticarət gərginliyi fonunda Çindən asılılığını azaltmağa çalışır. Nəşrin qeyd etdiyi kimi, bu, şirkətin istehsal bazası yaratmaq üçün Çinə böyük sərmayə qoyduğu təxminən…

Daha çox

“Rusiya çətin günlər keçirəcək…”

Putinin iqtisadiyyatı ilə bağlı maraqlı proqnoz açıqlanıb… …Rusiya çətinliklərlə üzləşəcək, çünki qlobal tənəzzül artıq başlayıb. Eyni zamanda onun liman infrastrukturuna hücumlar həyata keçirilir ki, bu da ruslara ziyan vurur. Belə bir vəziyyətdə Kreml üçün gələcək inkişafın yaxşı variantları yoxdur. SİA-nın məlumatına görə, bunu siyasi və iqtisadi ekspert Taras Zaqorodnıy deyib. Qlavred-ə müsahibəsində o bildirib ki, Vaşinqtonda prezident dəyişikliyindən sonra enerji siyasətinə yanaşma dəyişir. Trampın ABŞ istehsalına yenidən başlamaq üçün aşağı enerji qiymətlərinə ehtiyacı var. …Bayden dövründə hər şey ruslar üçün az-çox yaxşı idi. Onun “yaşıl keçidi”…

Daha çox

ABŞ Rusiyaya Ukrayna ilə bağlı ultimatum verib…

Senator Lindsi Qrem Kremlə qarşı planlarını açıqlayıb… …ABŞ Senatı Rusiya “şərəfli, ədalətli və davamlı sülhü qəbul etməzsə” ona qarşı yeni sanksiyaları razılaşdırmağa hazırdır. Bundan sonra ABŞ Rusiyadan neft, qaz, uran və ya digər məhsullar alan istənilən dövlətə qarşı ikinci dərəcəli rüsumlar tətbiq edəcək. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu respublikaçı senator Lindsi Qrem deyib. X hesabında o, “Putinin Rusiyasına qarşı” yeni sanksiyalara dair ikitərəfli qanun layihəsini artıq təqdim etdiyini söyləyib. Sənədin 60-a yaxın həmmüəllifi var. Sanksiyalar Rusiyadan neft, qaz və ya digər məhsullar alan…

Daha çox