Bu gün Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək. SİA xəbər verir ki, bu nəhəng tədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini – dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisəsi hesab olunur. Platformanın yaradılması təşəbbüsü ilə 2024-cü ilin noyabrında – COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu çıxış edib. Təşəbbüs qısa müddətdə beynəlxalq rezonans doğurub. Nəticədə COP29 QHT Koalisiyası Azərbaycan Milli QHT Forumu qarşısında bu…
Daha çoxDay: April 28, 2025
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Daha çoxXocalı şəhərinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Xocalı şəhərinə yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 33 ailə – 138 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını…
Daha çoxBu gün hava necə olacaq?
Aprelin 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ayın 27-dən 28-nə keçən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,…
Daha çoxZelenski “ən qaynar” döyüşlərin getdiyi yerləri açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski “ən qaynar” döyüşlərin getdiyi ərazilərin adını açıqlayıb. SİA xəbər verir ki, Zelenski bu haqda özünün teleqram kanalında danışıb. Ukrayna lideri bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Sırski ilə görüşüb və o, cəbhədəki vəziyyətlə bağlı ona məruzə edib. A.Sırski qeyd edib ki, bir çox ərazilərdə vəziyyət ağır olaraq qalır. “Döyüşlərin ən qızğın yerləri Pokrovsk, Kramatorsk, Limansk və Kursk istiqamətlərindədir”, – Zelenski bildirib.
Daha çoxABŞ Yəmənə hava zərbələri endirib, 8 nəfər ölüb
ABŞ Yəmənin Səna şəhərinə hava zərbələri endirib. SİA xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb. Bildirilib ki, aviazərbələr nəticəsində 8 nəfər ölüb. Ölənlər arasında qadın və uşaqlar da var. Daha bir neçə nəfərin yaralandığı qeyd edilir.
Daha çoxÇin Filippini ərazi suverenliyini pozmaqda ittiham etdi
Rəsmi Pekin Filippini ərazisi suverenliyini pozmaqda ittiham edib. SİA xəbər verir ki, bu barədə Çin Sahil Mühafizəsinin sözçüsü Lyu Detszyuan məlumat verib. Onun sözlərinə görə, 6 Filippin vətəndaşı Çin tərəfinin xəbərdarlıqlarına baxmayaraq, aprelin 26-da mübahisəli Tesyan ərazisinə eniş edib. O, “filippinlilərə qarşı qanuna uyğun olaraq tədbir görüldüyünü” vurğulayıb. Çin tərəfi bəyan edib ki, Tesyan ərazisi də daxil olmaqla Nanşa (Spratli) adaları üzərində suverenliyə malikdirlər. Filippin tərəfinin hərəkətləri Çinin ərazi suverenliyinin pozulması və regionda sülh və sabitliyə zərbə kimi qiymətləndirilib.
Daha çoxKanadada festival zaman avtomobil izdihamın üzərinə sürülüb
Kanadanın Vankuver şəhərində festival zamanı naməlum şəxs avtomobili izdihamın üzərinə sürüb. SİA xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 11 nəfər ölüb, 20 nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.
Daha çoxUkrayna Trampın şərtlərini rədd etməlidir
Ukrayna ABŞ Prezidenti Donald Trampın öz ərazilərini vermək təklifi ilə razılaşmamalıdır. SİA xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın ARD telekanalına müsahibəsində deyib. Onun fikrincə, Amerika liderinin təklif etdiyi atəşkəs şərtləri daha çox kapitulyasiyaya bənzəyir: “Kiyev açıq şəkildə bilir ki, xoş niyyətlə razılaşdırılmış davamlı atəşkəsə nail olmaq üçün müəyyən ərazilərdən imtina etməli ola bilər. Lakin onlar, şübhəsiz ki, Amerika prezidentinin son təklifi qədər uzağa getməyəcək, ya da getməməlidir”. Nazir vurğulayıb ki, Ukrayna belə şərtləri bir il əvvəl təkbaşına da əldə edə bilərdi: “Bu təslim olmaq kimi görünür”.…
Daha çoxRobotlar ən yaxşı cərrahları geridə qoyacaq
Cəmi beş ildən sonra robotlar tibbi əməliyyatların keyfiyyətinə görə ən yaxşı cərrahları geridə qoya biləcəklər. SİA xəbər verir ki, bu fikri ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) kuratoru, iş adamı İlon Mask X səhifəsində yazıb. “Robotlar bir neçə il ərzində yaxşı cərrahları, təxminən beş ildən sonra isə ən yaxşı cərrahları geridə qoyacaq”, – deyə o qeyd edib.
Daha çox