Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq üçün əzmlə çalışırıq

Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. SİA xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına ünvanlandığı müraciətində bildirib. “Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək…

Daha çox

“Hər kəsin eyni saatlarda yemək yeməsi tibbi baxımdan doğru deyil”

“Bu gün cəmiyyət arasında geniş yayılan “gündə mütləq 3 dəfə yemək lazımdır” fikri çox vaxt standart bir yanaşma kimi qəbul olunur”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq və sağlam qidalanma mütəxəssisi Ceyhunə Yusifova deyib. O bildirib ki, qidalanma hər bir insan üçün fərdi və çevik şəkildə tənzimlənməli bir prosesdir: “Hər kəsin eyni qrafikdə, eyni miqdarda və eyni saatlarda yemək yeməsi tibbi baxımdan doğru deyil. Əvvəla, insan orqanizmi metabolizma sürəti, fiziki aktivlik səviyyəsi, sağlamlıq durumu (xüsusilə insulin dirənci, hormonal problemlər, bağırsaq pozuntuları və s.) və hətta psixoloji vəziyyətə görə fərqli ehtiyaclara sahibdir.…

Daha çox

Bəzi çaylarda sululuq artıb

Avtomat hidroloji stansiyaların saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. SİA xəbər verir ki, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 25 sm, Qusarçay-Kuzunda 19 sm, Qarasuçay-Zərdabda 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 2 sm artım qeydə alınıb. Transsərhəd çaylarda Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 3 sm artıb, su sərfi 158 m3/san olmaqla normanın 89%-ni təşkil edir.

Daha çox

Dünya bazarlarında neftin qiyməti artıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyul müqaviləsinin dəyəri 0,46% artaraq 1 barelə görə 66,1 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,52% artaraq 63,35 ABŞ dollarına bərabər olub.

Daha çox

“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib!

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Go Camp” Piknik layihəsinin növbəti istiqaməti Naxçıvan Muxtar Respublikasında baş tutub. SİA xəbər verir ki, könüllülər arasında birliyin təşviqi və şəbəkələşmələri məqsədi ilə ay ərzində fəallıq göstərən Azərbaycan Könüllüləri Naxçıvan Muxtar Respublikasının Zəngəzur Milli Parkının Batabat ərazisində müxtəlif oyunlar və idman yarışları ilə asudə vaxtlarını dəyərləndiriblər. Daha sonra Azərbaycan Könüllüləri üçün nahar və çay süfrəsi arxasında maraqlı və yadda qalan anlar təşkil olunub. Qeyd…

Daha çox

İNTERPOL Makronun Mühafizə rəisi Benallanı “Qırmızı Bülleten”lə axtarışa verib

İNTERPOL Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı Bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib. SİA xəbər verir ki, qərarın əsası Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub. Məlum olduğu kimi, Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz (hazırda Azərbaycandadır, məsuliyyətə cəlb olunub) 2018-ci ildə Azərbaycan əsilli rusiyalı…

Daha çox

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 7. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində; 8. 28 May…

Daha çox