Şəhid ailələri və müharibə əlillərinin sosial müadifəsi ilə bağlı tədbirlər gücləndirilib

“Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, əmək münasibətlərinin inkişafı, sosial sahədə xidmətlərin elektronlaşması, operativliyin və şəffaflığın təmin edilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial müdafiə naziri Anar Əliyev “Rəqəmsallaşma və Süni İntellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sosial sahədə apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 2018-2025-ci illər ərzində ölkəmizdə 5 böyük sosial islahat paketi həyata keçirilmişdir: “Bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla, 4 milyon…

Daha çox

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

Azərbaycanın bu il aprelin 1-nə 5 milyard 67,0 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 85,6 %-i elə dollarda olub. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, borcun tərkibində avro 6 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,5 %, yapon yeni 3,3 %, digər valyutalar isə 1,6 % paya malik olub. Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,9 %-ni, sabit dərəcə ilə olanlar isə 51,1 %-ni təşkil edib. Xarici dövlət borcunun 49,9 %-i 5 ilə qədər olan müddətdə, 44,2 %-i 5…

Daha çox

Azərbaycan Qlobal Cənub və Qlobal Şimal arasında əlaqələndirici rolunu gücləndirməyə çalışır

Azərbaycan ardıcıl olaraq Qlobal Cənub və Qlobal Şimal arasında əlaqələndirici rolunu gücləndirməyə çalışır. SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Qlobal Cənub QHT Platformasının təsis konfransının açılış mərasimində bildirib.

Daha çox

Parkinqdə əlillər üçün ayrılmış yerlərdə maşın saxlayanları nə gözləyir?

“Keçən il əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimələr 6 dəfə artırılıb və cəza tədbirləri sərtləşdirilib. Cəriməsi əgər 10 manat idisə, indiki vəziyyətdə bu cərimə 60 manat nəzərdə tutulub. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, əlillər üçün ayrılmış park yerlərində qanunsuz parklama halında sürücüyə cərimə tətbiq olunur”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib. Onun sözlərinə görə, zərurət yarandıqda, nəqliyyat vasitəsi evakuasiya edilə bilər. Bu cəza həm hüquqi məsuliyyət, həm də ictimai məsuliyyət baxımından önəmlidir. Sadəcə sərt nəzarət…

Daha çox

“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyədək 18 minə yaxın yük avtomobili daşınıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Zərifə Əliyeva” gəmi-bərəsi ilə istismara verildiyi 2022-ci ildən bu il aprelin 1-dək 17 908 yük avtomobili daşınıb. SİA bu barədə ASCO-ya istinadən xəbər verir. Bu müddət ərzində bu gəmi-bərə ilə 337 vaqon, 2 094 minik avtomobili və 16 970 sərnişin daşınıb. Qeyd edək ki, bu gün “RoPax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsindən 3 il ötür. Gəmi görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın adını daşıyır və onun doğum günü – 2022-ci il aprelin 28-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. https://youtu.be/t06w0jSEDCw

Daha çox

Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 28-i saat 00:25-də Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”.

Daha çox

Yığıcılıq pozuntusu və ya “Plyuşkin xəstəliyi”

“Kompulsiv yığıcılıq xəstəliyi, yığıcılıq pozuntusu və ya digər adıyla dispozofobiya insanın gələcəkdə işə yarayacağını düşündüyü üçün əşyanın dəyəridən asılı olmayaraq, hətta istifadə olunmayan əşyaları belə əldən çıxarmamasıdır. Yığıcılıq pozuntusu zamanı atılmayan və yığılan əşyalarda uyğunsuzluq vardır. Yığılan əşyalar köhnə qəzet, plastik əşyalar, geyimlər, torbalar və hətta qırıq əşyalar kimi müxtəlif şeylərdən ibarətdir. Bu insanlarda sahib olduqları əşyalara qarşı həddindən çox bağlılıq olur və buna görə başqalarının bu əşyalara toxunmasına, icazəsiz götürməsinə aqressiv reaksiya göstərirlər. Bütün əşyaları lazımlı olaraq qəbul edirlər. Bu əşyalara görə yaşadıqları yerlər daralır və onların həyat fəaliyyətlərinə…

Daha çox

Müflisləşməyə dair anonim qərarlar Vahid Məhkəmə Portalında yerləşdirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsində Vahid Məhkəmə Portalında müflisləşmə ilə bağlı işlər üzrə anonimləşdirilmiş məhkəmə qərarları yerləşdirilib. SİA bu barədə Ədliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, “Anonimləşdirilmiş qərarlar” bölməsində qərarın ili, məhkəmənin adı, işin növü, məhkəmə aktı və hakim barədə məlumatlar əks olunub. Bununla yanaşı, bölmədə qərarı seçərək sənədə baxış, işin mahiyyəti və nəticə ilə tanış olmaq, həmçinin sənədlərin yüklənməsi mümkündür. Qərarlarla linkə keçid edərək tanış olmaq olar. “Biznesin müflisləşməsi” İşçi qrupuna Ədliyyə Nazirliyi rəhbərlik edir.

Daha çox

Bakıda Qlobal Cənub QHT Platforması təsis olunub

Bakıda Qlobal Cənub QHT Platforması təsis olunub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Milli QHT Formunun nümayəndəsi Ramil İsgəndərli Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransında məlumat verib. Onun sözlərinə görə, bu gün tək platforma yaradılmır, həm də qlobal hərəkat təsis edilir. R.İsgəndərli xatırladıb ki, COP29-dan qaynaqlanan bu idea bərabərlik üçün vuruşan insanları bir araya gətirir: “Düşündük ki, Qlobal Cənub QHT Platformasını yaratmağın vaxtı çatıb. Bura toplaşmağımızın məqsədi sükunətə son vermək, qlobal arenada səsimizi duyurmaqdır. Qlobal Cənub Platforması eyni dini, çətinlikləri olan insanları birləşdirir, sıx əməkdaşlığa və birlikdə…

Daha çox

97 mindən çox ailə üçün kiçik bizneslər yaradılıb

“Ölkəmizdə “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın, habelə “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Qanunlarının qəbul olunması işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi sahəsində aktiv tədbirlərin səmrəliliyinin artırılmasını, ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizminin formalaşmasını, məşğulluq xidmətlərinin yeni modelinin tətbiqini təmin edir”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial müdafiə naziri Anar Əliyev “Rəqəmsallaşma və Süni İntellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, 2018-ci ildən başlayaraq, görülmüş tədbirlər nəticəsində 1,6 milyon şəxs müxtəlif məşğulluq tədbirlərinə cəlb olunmuş, 721 mindən artıq işsiz…

Daha çox