Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Xocalı şəhərinə yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 33 ailə – 138 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını…

Daha çox

Bu gün hava necə olacaq?

Aprelin 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ayın 27-dən 28-nə keçən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,…

Daha çox

Zelenski “ən qaynar” döyüşlərin getdiyi yerləri açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski “ən qaynar” döyüşlərin getdiyi ərazilərin adını açıqlayıb. SİA xəbər verir ki, Zelenski bu haqda özünün teleqram kanalında danışıb. Ukrayna lideri bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Sırski ilə görüşüb və o, cəbhədəki vəziyyətlə bağlı ona məruzə edib. A.Sırski qeyd edib ki, bir çox ərazilərdə vəziyyət ağır olaraq qalır. “Döyüşlərin ən qızğın yerləri Pokrovsk, Kramatorsk, Limansk və Kursk istiqamətlərindədir”, – Zelenski bildirib.

Daha çox

Çin Filippini ərazi suverenliyini pozmaqda ittiham etdi

Rəsmi Pekin Filippini ərazisi suverenliyini pozmaqda ittiham edib. SİA xəbər verir ki, bu barədə Çin Sahil Mühafizəsinin sözçüsü Lyu Detszyuan məlumat verib. Onun sözlərinə görə, 6 Filippin vətəndaşı Çin tərəfinin xəbərdarlıqlarına baxmayaraq, aprelin 26-da mübahisəli Tesyan ərazisinə eniş edib. O, “filippinlilərə qarşı qanuna uyğun olaraq tədbir görüldüyünü” vurğulayıb. Çin tərəfi bəyan edib ki, Tesyan ərazisi də daxil olmaqla Nanşa (Spratli) adaları üzərində suverenliyə malikdirlər. Filippin tərəfinin hərəkətləri Çinin ərazi suverenliyinin pozulması və regionda sülh və sabitliyə zərbə kimi qiymətləndirilib.

Daha çox

Ukrayna Trampın şərtlərini rədd etməlidir

Ukrayna ABŞ Prezidenti Donald Trampın öz ərazilərini vermək təklifi ilə razılaşmamalıdır. SİA xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın ARD telekanalına müsahibəsində deyib. Onun fikrincə, Amerika liderinin təklif etdiyi atəşkəs şərtləri daha çox kapitulyasiyaya bənzəyir: “Kiyev açıq şəkildə bilir ki, xoş niyyətlə razılaşdırılmış davamlı atəşkəsə nail olmaq üçün müəyyən ərazilərdən imtina etməli ola bilər. Lakin onlar, şübhəsiz ki, Amerika prezidentinin son təklifi qədər uzağa getməyəcək, ya da getməməlidir”. Nazir vurğulayıb ki, Ukrayna belə şərtləri bir il əvvəl təkbaşına da əldə edə bilərdi: “Bu təslim olmaq kimi görünür”.…

Daha çox

Robotlar ən yaxşı cərrahları geridə qoyacaq

Cəmi beş ildən sonra robotlar tibbi əməliyyatların keyfiyyətinə görə ən yaxşı cərrahları geridə qoya biləcəklər. SİA xəbər verir ki, bu fikri ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) kuratoru, iş adamı İlon Mask X səhifəsində yazıb. “Robotlar bir neçə il ərzində yaxşı cərrahları, təxminən beş ildən sonra isə ən yaxşı cərrahları geridə qoyacaq”, – deyə o qeyd edib.

Daha çox

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 102 ili tamam olur. SİA xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvanın Şərur rayonunda anadan olub. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanıb və yüksək qiymətə layiq görülüb. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapıb. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası…

Daha çox

ABŞ-da atışma baş verdi – 1 ölü, 11 yaralı var

ABŞ-ın Myrtle Beach şəhərində (Cənubi Karolina) atışma baş verib. SİA xəbər verir ki, bu barədə yerli WMFB telekanalı məlumat yayıb. Səlahiyyətlilər və polis bir nəfərin öldüyünü, 11 nəfərin yaralandığını təsdiqləyib. Xəsarət alan 11 nəfərə tibbi yardım göstərilir. Telekanalın məlumatına görə, zabitin cavab atəşi nəticəsində güllələnən şəxs aldığı yaralardan dünyasını dəyişib. Atışma şənbə günündən bazar gününə keçən gecə, hüquq-mühafizə orqanlarının əməkdaşları küçədə insanların nizamsız davranışına reaksiya verərkən baş verib.

Daha çox