Azərbaycan XİN Cənubi Afrikanı təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi Azadlıq Günü münasibətilə Cənubi Afrika Respublikasını (CAR) təbrik edib. SİA xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında paylaşım edilib. “Cənubi Afrikanı Azadlıq Günü münasibətilə təbrik edirik!”, – təbrik mətnində qeyd olunub. Qeyd edək ki, CAR-ın aparteid rejiminin süqutu və yeni dövrün başlanğıcını simvolizə edən Azadlıq Günü CAR-da 27 aprel tarixində qeyd olunur. 1994-cü ilin bu günündə ilk dəfə ümumi seçkilər keçirilib və bütün vətəndaşlar, irqindən asılı olmayaraq, səs vermək hüququndan istifadə ediblər. Bayram Cənubi Afrikanın bərabərlik, insan hüquqları və sosial ədalət sahəsindəki…

Daha çox

İlham Əliyev Syerra-Leone Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Culius Maada Bionu təbrik edib. SİA xəbər verir ki, məktubda qeyd olunub: “Hörmətli cənab Prezidenti, Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram”.

Daha çox

Azərbaycan Prezidenti CAR-ın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə bu ölkənin Prezidenti Matamela Siril Ramafozanı təbrik edib. SİA xəbər verir ki, məktubda qeyd olunub: “Hörmətli cənab Prezident, Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Cənubi Afrika arasında dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik. Belə bir xoş gündə Sizə…

Daha çox

7 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Paytaxtın Hüseyn Cavid prospekti və Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar, aprelin 27-də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) SİA-ya bildirilib ki, məhdudiyyət səbəbindən 3, 6, 10, 14, 17, 18 və 96 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti gün ərzində İnşaatçılar və Mətbuat prospektləri, Şəfaət Mehdiyev, Bəxtiyar Vahabzadə, Ayna Sultanova və Mikayıl Müşfiq küçələri ilə təşkil ediləcək.

Daha çox

İranda 3 günlük MATƏM

İranda Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışdan sonra Hörmüzqan vilayətində 3 günlük matəm elan edilib. SİA-ın xəbərinə görə, bu barədə İRNA məlumat yayıb. Qeyd edək ki, son məlumata əsasən, İranda limanda partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb, 1139 nəfər yaralanıb.

Daha çox

Bakıda və rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq

Aprelin 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ayın 27-dən 28-nə keçən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,…

Daha çox

Bakının iki küçəsinin kəsişməsində hərəkət müvəqqəti məhdudlaşdırılıb

Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində təmir işləri aparılır. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Belə ki, təmir işləri çərçivəsində artıq ərazidə frezlənmə (köhnə asfaltın qaşınması) prosesi yekunlaşıb. Hazırda ərazidə sözügedən hissəyə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur. Bununla əlaqədar olaraq qeyd olunan kəsişmədə hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, önvədən hərəkət istiqamətlərinəmuyğun alternativ küçələrdən istifafə etmələri xahiş olunur. Qeyd edək ki, aparılan təmir işlərinin bu gün axşam saatlarına qədər yekunlaşdırılması planlaşdırılır.

Daha çox

Çin nüvə enerjisi sahəsində dünya lideri olub

Çin ABŞ və Fransanı keçərək nüvə enerjisi baxımından yeni dünya lideri olub. SİA xəbər verir ki, bu barədə Çin Nüvə Enerjisi Assosiasiyasının hesabatında qeyd olunub. “Hazırda Çində ümumi quraşdırılmış gücü 113 milyon kilovat olan 102 nüvə enerji bloku istismar olunur, tikilir və ya tikintisinə icazə verilir. Nüvə enerjisinin miqyasına görə Çin ilk dəfə olaraq dünyada birinci yeri tutub”, – sənəddə deyilir. Ayrı-ayrılıqda vurğulanır ki, Çin artıq 18 ildir tikilməkdə olan nüvə aqreqatlarının gücünə görə liderdir. Hazırda ölkədə ümumi quraşdırılmış gücü 33,65 milyon kilovat olan 28 belə enerji bloku tikilir. Eyni…

Daha çox

Mahmud Abbas xələfini seçib

Fələstin Prezidenti Mahmud Abbas yaxın sirdaşı sayılan Hüseyin Eş-Şeyxi müavini və mümkün xələfi təyin edib. SİA-nın xəbərinə görə, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb. Fələstin Azadlıq Təşkilatının razılığı ilə Hüseyin Eş-Şeyx bu vəzifəyə təyin olunub. Fələstin Azadlıq Təşkilatı yaradıldığı 1964-cü ildən sonra ilk dəfə bu il aprelin 24-də prezident müavini vəzifəsinin təsisinə qərar vermişdi. Qeyd edək ki, 89 yaşlı Mahmud Abbas 2004-cü ildə Yaser Ərəfatın ölümündən sonra Fələstin Azadlıq Təşkilatının lideri və Fələstin prezidentidir. 64 yaşlı Hüseyin Eş-Şeyx isə Fələstin Azadlıq Təşkilatının İcra Komitəsinin Baş katibi olub.

Daha çox