…Süni intellekt texnologiyaları nəhəng imkanlar təqdim etməklə yanaşı, eyni zamanda görünməmiş risklər və problemlər də daşıyır. SİA-nın məlumatına görə, RİA Novosti ölkənin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin deyib. Onun sözlərinə görə, süni intellekt insanın həyat tərzini, eləcə də istehsal prinsiplərini kökündən dəyişəcək. Çin lideri həmçinin süni intellekt texnologiyaları və etik məsələlərlə bağlı müvafiq qanun və qaydaların sürətlə işlənib hazırlanması və təkmilləşdirilməsinin vacibliyini qeyd edib. Bundan əlavə, Si Cinpin texnologiyanın monitorinqi, risklərin müəyyən edilməsi, fövqəladə hallara cavab verilməsi və süni intellektin təhlükəsizliyinin təmin…
Daha çoxDay: April 27, 2025
Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.
Daha çoxABŞ və Cənubi Afrika prezidentlərinin görüşü növbəti üç ayda baş tutacaq
ABŞ Prezidenti Donald Tramp və cənubi afrikalı həmkarı Siril Ramafoza arasında bu həftə telefon danışığı zamanı razılaşdıqları görüş yaxın üç ay ərzində baş tutacaq. SİA xəbər verir ki, bu barədə yerli “Sunday Times” nəşri məlumat yayıb. Qeyd olunub ki, hələ konkret tarix müəyyənləşməyib. Nəşrin məlumatına görə, görüşün ən çox ehtimal olunan vaxtı iyunun ikinci yarısıdır. Məkan ABŞ – Afrika biznes sammitinin keçiriləcəyi Anqolanın paytaxtı Luandadır. Cənubi Afrika Prezidentinin sözçüsü Vinsent Maqvenya söyləyib ki, Vaşinqton və Pretoriya ikitərəfli münasibətləri bərpa etmək üçün görüş keçirmək barədə razılığa gəliblər: “Şəxsi müstəvidə iki prezident…
Daha çoxPakistan XİN rəhbəri çinli həmkarı ilə danışığında Hindistanın qanunsuz hərəkətlərini rədd edib
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İsxaq Dar Çinin xarici işlər naziri Van İ ilə danışığında Hindistan tərəfinin qanunsuz hərəkətlərini qəti şəkildə rədd edib. SİA xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. İ.Dar çinli həmkarına mövcud regional vəziyyət barədə məlumat verib, Hindistanın birtərəfli və qeyri-qanuni hərəkətlərini, habelə Pakistana qarşı əsassız təbliğatını qəti şəkildə rədd edib. Pakistanın xarici işlər naziri Çinin ardıcıl və sarsılmaz dəstəyinə görə dərin minnətdarlığını ifadə edərək, İslamabadın Pekinlə sarsılmaz dostluğuna və hərtərəfli strateji tərəfdaşlığa dair ortaq baxışına qəti…
Daha çoxTailand vizasız qalma müddətini yarıya endirəcək
Tailandın Baş naziri Pxetqonqtan Çiknavat əcnəbilər üçün vizasız rejimə yenidən baxılması və 60 gündən 30 günə endirilməsi barədə göstəriş verib. SİA “TASS”a istinadən xəbər verir ki, bu barədə krallığın ictimaiyyətlə əlaqələr üzrə dövlət departamenti məlumat yayıb. “Baş nazir bu yaxınlarda bəzi ziyarətçilərin icazə veriləndən daha uzun müddət qalmaq və qanunsuz işləmək kimi qanunu pozması aşkar edildikdən sonra vizadan azad etmə sisteminə yenidən baxılmasını əmr etdi. Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və Turizm və İdman Nazirliyi də daxil olmaqla, müvafiq departamentlərə sistemin effektivliyini, xüsusən də qalma müddətinin məqsədəuyğunluğunu yoxlamağa çağırılıb.…
Daha çoxPeşəkar mühasib sertifikatı üzrə elektron sınaq imtahanı keçirilib
Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda peşəkar mühasib sertifikatı imtahanının I və II mərhələsi üzrə sınaq imtahanı keçirilib. Bu barədə SİA-ya DİM-dən bildirilib. İmtahanda ümumilikdə 352 nəfər iştirak edib. İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə (qapalı tipli tapşırıqlar üzrə) tanış olmaq imkanına malik olublar. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən yekun imtahan nəticələrinin 6 həftə ərzində elan olunması nəzərdə…
Daha çoxFHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.SİA xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit və fasilələrlə yağıntılı keçəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə…
Daha çoxİspaniyanın Gernika şəhərində dini liderlərin iştirakı ilə beynəlxalq tədbir keçirilib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə MT Baş Katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə İspaniyada “BMT Sivilizasiyalar Alyansı”nın və “Dinlər Sülh Uğrunda Hərəkat”ın “Sülh, Müharibələrə son qoymaq və Beynəlxalq Hüquqa hörmət üçün çağırış” adlı birgə təşəbbüsünün ilk tədbirində iştirak edib. İdarənin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdıran Allahşükür Paşazadə ən böyük dəyər olan insan həyatının xilası naminə dünyanın beynəlxalq hüquq normaları və ümumbəşəri mənəvi dəyərlər, ənənəvi dini-əxlaqi prinsiplər üzərində bərqərar olmasının vacibliyini vurğulayıb. QMİ-nin sədri…
Daha çoxAzərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfərdən biri zərərsizləşdirilib, üçü saxlanılıb
Aprel ayının 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Bu barədə Sia-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar. Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun…
Daha çoxAzərbaycan XİN Cənubi Afrikanı təbrik edib
Azərbaycanın Xarici İşlər Nazirliyi Azadlıq Günü münasibətilə Cənubi Afrika Respublikasını (CAR) təbrik edib. SİA xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında paylaşım edilib. “Cənubi Afrikanı Azadlıq Günü münasibətilə təbrik edirik!”, – təbrik mətnində qeyd olunub. Qeyd edək ki, CAR-ın aparteid rejiminin süqutu və yeni dövrün başlanğıcını simvolizə edən Azadlıq Günü CAR-da 27 aprel tarixində qeyd olunur. 1994-cü ilin bu günündə ilk dəfə ümumi seçkilər keçirilib və bütün vətəndaşlar, irqindən asılı olmayaraq, səs vermək hüququndan istifadə ediblər. Bayram Cənubi Afrikanın bərabərlik, insan hüquqları və sosial ədalət sahəsindəki…
Daha çox