Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsi Hüseyn əl-Şeyxin Fələstin Muxtariyyəti vitse-prezidenti təyin edilməsinə razılıq verib. SİA xəbər verir ki, bu barədə FAT İcraiyyə Komitəsindən məlumat verilib. “Biz Hüseyn Şəhadə Məhəmməd əl-Şeyxin Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədr müavini və Fələstin Dövlətinin vitse-prezidenti təyin edilməsinə razılıq vermək qərarına gəldik”, – deyə məlumatda bildirilir. İcraiyyə komitəsi əlavə edib ki , bu qərar Fələstin Mərkəzi Şurasının Ramallahda keçirilən 32 – ci sessiyası zamanı qəbul edilmiş qətnamə əsasında qəbul edilib. Tədbir ötən il aprelin 24-də baş tutub və həmin tədbirdə Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin sədr müavini, eləcə də Fələstin Dövlətinin vitese-prezidenti vəzifəsinin təqdimatı təsdiqlənib.