Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Katmanduya səfəri zamanı Nepalın Prezidenti Ramçandra Paudel ilə görüşüb. SİA xəbər verir ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Nepalın Prezidentinə çatdıran Leyla Əliyeva iki ölkə arasında dostluq münasibətlərinin önəmini bir daha vurğulayıb. COP29 zamanı Bakıya səfər etdiyini xatırladan prezident Ramçandra Paudel Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün tarixini əhəmiyyətini qeyd edib və aparılan müzakirələrin ölkələrarası əlaqələrin inkişafına təkan verəcəyini bildirib. Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Nepalda bir sıra layihələrin icrasının nəzərdə tutulduğunu, səfər çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya…
Daha çoxDay: April 27, 2025
Bəzi rayonlarda küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb
Milli Hidrometeorologiya Xidmətinin aprelin 27-si saat 10:00-a olan məlumatına əsasən, bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb. SİA xəbər verir ki, düşən yağıntının miqdarı Balakəndə 9, Qazax, Şəki və Qaxda 8, Şərur, Gəncə və Tovuzda 5, Şahdağ, Ağstafa, Ordubad, Şahbuz, Şəmkir, Gədəbəy, Lerik, Daşkəsən, Ceyrançöl, Sədərək, Culfa, Astara və Lənkəranda 4 mm-dir. Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Cəbrayılda 20, Kəlbəcərdə 19, Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 26, Aran…
Daha çoxKanadada avtomobil kütlənin üzərinə sürülüb, ölənlər var
Kanadada avtomobil kütlənin üzərinə sürülüb. SİA-nın xəbərinə görə, hadisə Vankuverdə qeydə alınıb. Vankuver polisi festival keçirilən küçədə avtomobilin kütləyə çırpılması nəticəsində ölənlərin və yaralananların olduğu barədə məlumat yayıb. Avtomobilin sürücüsü saxlanılıb.
Daha çoxPrezidentin Çinə səfəri tərəfdaşlığın dərinləşməsinə xidmət edir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasına səfəri çərçivəsində Çinin Sinxua agentliyinə müsahibə verib. Müsahibədə Azərbaycan-Çin münasibətləri, istər iki tərəfli, istər beynəlxalq əməkdaşlıq, gələcək perspektivlər və s. məsələlərlə bağlı Azərbaycan dövlət başçısının yanaşmaları və mövqeyi dünya ictimaiyyətinə açıqlanıb. Müsahibəsində ilk növbədə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”yə toxunan və imzalanan bu Bəyannaməni tarixi hadisə adlandıran Prezident İlham Əliyev dedi ki, imzalanan bəyannamə əməkdaşlığı gələcəkdə də genişləndirməyi, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirəməyi, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə etməyi,…
Daha çoxAzərbaycan XİN İranda limanda partlayışla əlaqədar başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bəndər Abbas şəhərindəki limanda baş verən partlayışla əlaqədar başsağlığı verib. SİA-nın xəbərinə görə, bu barədə XİN X-da paylaşım edib. “İran İslam Respublikasının Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk”, – deyə paylaşımda bildirilib.
Daha çoxUşaqlığımızın aktrisası vəfat etdi
Rusiyalı aktrisa Svetlana Xarlap vəfat edib. SİA xəbər verir ki, aktrisa 84 yaşında dünyasını dəyişib. Qeyd edək ki, S.Xarlap Rusiyanın məşhur “Spokoynoy noçi, malışı!” verilişində “Xryuşa”, “Stepaşka” və “Karkuşa” obrazlarını səsləndirib.
Daha çoxMask Zelenskini diktator adlandırdı
Amerikalı milyarder və ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask “X” sosial şəbəkəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin diktatorun istənilən dürüst standartlarına uyğun gəldiyini bildirib. SİA xəbər verir ki, o, sözügedən yazıda Zelenskinin demokratik təsisatların, o cümlədən azad mətbuatın fəaliyyətinin dayandırılmasının Rusiya təcavüzünə qarşı zəruri müharibə zamanı tədbir olduğu iddiasına istinad edib. Nəşrin müəllifi onu da qeyd edib ki, Ukrayna lideri məhkəmə qərarı olmadan Kiyevi tənqid edən telekanalları bağlamağa başlayıb və bunu Rusiya ilə genişmiqyaslı münaqişədən bir il əvvəl edib. “İstənilən vicdanla, o, dərslikdəki diktator tərifinə uyğun gəlir – fərqli…
Daha çoxKülək güclənəcək – Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti aprelin 27-dən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edib. Naxçıvan MR, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xankəndi, Xocavənd, Şuşa, Xızı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Salyan, Ucar, Kürdəmir, Saatlı, Sabirabad, Zərdab, İmişli, Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı Astara, Biləsuvar, Xaçmaz, Şabran, Siyəzən, Quba, Ağsu, Şamaxı və Balakəndə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda və Abşeron yarımadasında, Kəlbəcər,…
Daha çoxVatikan Zelenskiyə görə diplomatik protokolu pozdu
Vatikan diplomatik protokolu pozaraq, Ukrayna Prezidenti Volodimir Zelenskini Papa Fransisin vida mərasimində ABŞ və Fransa liderlərinin yanında ön sıraya yerləşdirib. SİA xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Qərar sürpriz olub, çünki ənənəvi olaraq belə tədbirlərdə oturacaq yerləri fransız dilində ölkələrin adlarının əlifba sırası ilə müəyyən edilir. Vatikanın Müqəddəs Pyotr meydanında keçirilən dəfn mərasimində Ukrayna lideri və birinci xanımı Olena Zelenska Hindistan Prezidenti Draupadi Murmu və Macarıstan prezidenti Tamaş Szujokun yanında əyləşib.
Daha çoxİranın cənubundakı dəniz limanında güclü partlayış baş verib, 8 nəfər həlak olub
İranın cənubundakı Bəndər Abbas şəhərinin Mahid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb. SİA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Hadisədə 8 nəfər həlak olub, 750 nəfər xəsarət alıb.
Daha çox